Evlənməyən peyğəmbər vardırmı?

İsa (əleyhissəlam) niyə evlənməmişdir və ya Peyğəmbərimiz niyə çox evlənmişdir?

Sual:

"Madam ki, evlənmək bu qədər fəzilətlidir, elə isə, İsa (əleyhissəlam) niyə evlənməmişdi? Allaha ibadətlə baş-başa qalmaq bu qədər üstün olduğuna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) niyə bu qədər çox evlənmişdir?"

Cavab:

• Gücü olan;

• Qəlbi qüvvətli olan;

• Himmətləri uca olan; və

• Özlərini heç bir əngəlin Allahdan uzaq qoymadığı

şəxslərin, həm evlənmələri və həm də özlərini ibadətə vermələri, daha fəzilətlidir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), buna müqtədir olduğundan, qüvvətli yolu tərcih edərək, həm ibadət, həm də evlənmə fəzilətini bir arada toplamışdır. 9 xanımı olmasına baxmayaraq, Özünü Allaha ibadətə həsr etmişdi.

Dünyanın sövq və idarəsilə məşğul olanları, zəruri ehtiyaclar əngəlləmədiyi kimi, evlənmə yolu ilə cinsi ehtiyacını ortadan qaldırmaq da (ödəmək də), Allah rəsulunu ibadətdən uzaq qoymamışdı.

Bəli, dünya intizamını öz çiyinlərinə alanlar, (zəruri) ehtiyaclarını ödəməklə məşğul ikən, zehni cəhətdən dünyaya aid işlərini düşündükləri, bu vəzifələrini unutmadıqları kimi, üstün mərtəbəsindən ötürü, bu aləmlə bağlı işləri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəlbinin Allah ilə birlikdə olmasını əngəlləmirdi. Necə ki, xanımının yatağında ikən belə, Allah tərəfindən, Özünə vəhy gəlirdi.

Belə bir mövqe, başqaları üçün sabit olsa belə, dərin dənizləri pozmayan (kirlətməyən) şeyin, kiçik bulaqları kirlətməsi gözdən iraq tutulmamalı və dolayısı ilə, Allah rəsulu ilə başqaları müqayisə edilməməlidir.

İsa (əleyhissəlam)'a gəlincə:

O, qüvvət yönünü deyil, ehtiyat yolunu tərcih etmişdi. Özü üçün tədbirli olmağı tərcih etmiş, möhtəmələn:

• halı, ailə və uşaqdan təsirlənəcək bir halda olduğundan; və ya

• evləndiyi təqdirdə, halal qazanc təminində çətinliklərlə qarşılaşacağından; yaxud

• həm evlilik, həm də Özünü Allaha ibadətə vermə fəzilətini bir arada toplamaq imkanından məhrum olduğundan,

evlənməyə yanaşmamış, Allaha ibadəti tərcih etmiş ola bilər.

Peyğəmbərlər:

• Öz hallarının incəliklərini;

• Yaşadıqları dövrün gərəklərini;

• Halal qazanc təminindəki sıxıntıları; və

• Qadınların əxlaqlarını;

• Evlənməyin Özlərinə verəcəyi faydaları ilə zərərlərinin nələr olduğunu

daha yaxşı bilirdilər.

Bəziləri üçün evlənməyin; bəziləri üçün də evlənməməyin daha fəzilətli olduğunu (bundan əvvəl "evliliyin faydaları və zərərləri bəhsində") öyrəndiyimizə görə, hər işdə, Peyğəmbərlərin davranışlarını ən üstün davranış şəkli olaraq dəyərləndirməklə mükəlləfik. Bizə düşən vəzifə budur. Ən doğrusunu, Allah bilir...

(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "İhya'u-Ulumi'd-din", 2. Cild, s. 88, 1-ci bölmə: "Evlənməyə təşviq və evlənməkdən soyutmaq")

Read 6 times
In order to make a comment, please login or register