"(Ey Əli) Mənə nisbətən Sən, Musa'ya nisbətlə Harun mövqeyində olmağa razı olmazsan mı?" hədisini izah edərsinizmi?

Sa'd b. əbi Vaqqas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"(Ey Əli) Mənə nisbətən Sən, Musa'ya nisbətlə Harun mövqeyində olmağa razı olmazsan mı?"

İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Əli b. əbi Talib (radiyallahu anh)'ın fəziləti babı", hədis no: 115

-------------------------

İzahı:

Buxari'nin "Mağazi" bölməsinin Təbuk döyüşü bəhsində, yenə Sa'd b. əbi Vaqqas (radiyallahu anh)'dan rəvayet etdiyi bu hədis, daha təfsilatlı və uzundur. Ordakı mətn belədir:

"Sa'd b. əbi Vaqqas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o, belə demişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Təbuk döyüşünə çıxdı və Əli (radiyallahu anh)'ı Mədinə'də vəkil təyin etdi. Bunun üzərinə, Əli:

"Ey Allahın rəsulu! Məni uşaqlar və qadınlar arasında vəkil mi buraxırsan?" dedi. Allah rəsulu da:

"Ey Əli! Mənə nisbətən Sən, Musaya nisbətlə Harun mövqeyində olmağa razı olmazsan mı? Bu fərqlə ki, Məndən sonra peyğəmbər yoxdur." buyurdu.

"Miftahu'l-Hacə"də belə deyilir:

Muslim və Tirmizi'də yenə eyni ravidən rəvayət edilən bu mənadakı hədis belədir:

"---أنت مني بمنزلة هارون من موسى إلا أنه لا نبي بعدي---"

"Mənə nisbətlə sən, Musaya nisbətlə Harun kimisən. Bu qədər ki, Məndən sonra peyğəmbər yoxdur."

Buxari, Muslim və müəllifimiz ibn Macə'nin Sa'd (radiyallahu anh)'dan rəvayət etdikləri mətnlər, eyni mənanı ifadə etməkdədirlər.

---------------------------

Hədisdəki bənzətmədən məqsəd budur:

"Ey Əli! Musa (əleyhissəlam) Tur dağına gedərkən Harunu vəkil buraxdığı kimi, Mən də Təbuk səfərinə çıxarkən, Səni vəkil buraxmış oluram. 

Bu vəkalət, Peyğəmbərlik vəzifəsinə aid bir vəkalət deyil, daha əvvəl döyüşlərə çıxıldığında Mədinə'də bir Əmir buraxıldığı kimi, bu dəfə sən buraxılmış olursan."

Rəvayət edildiyinə görə, Əli (radiyallahu anh) vəkil təyin edilib Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, ordu ilə hərəkət etdikdən sonra, münafiqlər, hz. Əli kimi böyük bir qəhrəmanın Mədinə'də buraxılmasını dedi-qodu mövzusu etdiklərində, bunu eşidən Əli (radiyallahu anh) da silahlanaraq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in arxasından yetişərək, döyüşə qatılma izni istədi və bu qarşılıqlı söhbət, bu əsnada cərəyan etdi.

------------------------

"Miftahu'l-Hacə" müəllifi, Qadı İyaz'dan bunları da nəql edir:

"Rafizilər, İmamiyyə və s. Şiə məzhəbinə bağlı firqələr, xilafətin Əli (radiyallahu anha)'ın haqqı olduğu və Peyğəmbərin bunu tövsiyyə etdiyinə dair iləri sürdükləri dəlillərdən biri də, bu hədisdir.

Bilindiyi kimi, yolunu tamamilə azan Rafizilər, öncəliklə Əli (radiyallahu anh)'ı xəlifə seçmədikləri səbəbilə, bütün Səhabələri (maazallah) təkfir etdilər;

Bir qismi də, niyə haqqını istəmədi diyə, hz. Əlinin kafir olduğuna qail (razı, söyləyən, bu yöndə görüş mənimsəyən) oldular. Əslində belə bir söz söyləmək, o kimsənin təkfirini gərəkdirir. 

İfrata varmayan İmamiyyə və bəzi firqələr isə, böyük səhabələrə küfür isnad etməyib, Əli (radiyallahu anh)'ı ilk xəlifə seçmədikləri üçün, səhabələrin xətaya düşdüklərini iddia etdilər. Həqiqətdə isə, onların iddiaları tamamilə yersizdir. 

Hədisdə heç bir Şiə firqəyə yarayacaq yön yoxdur. Onda sadəcə hz. Əli'nin fəziləti vardır. Amma hz. Əli'nin başqa səhabədən üstünlüyünə və ya bərabərliyinə dair bir şey yoxdur.

Bununla bərabər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra, hz. Əlinin xilafətinə dair bir dəlalət yoxdur. Çünki bu hədis, Əli (radiyallahu anh)'ın Təbuk döyüşünə qatılma istəyi qarşısında Mədinədə qalıb döyüş bitənə qədər idari işlərdə vəkillik etməsi üçün buyurulmuşdur. 

Hz. Əlinin bənzədildiyi Harunun, Musa peyğəmbərdən sonra qalıb, onun yerinə xəlifə olmadığı da bir həqiqətdir. Çünki məşhur olan xəbərlərə görə, Musa (əleyhissəlam) hələ həyatda ikən və ondan 40 il əvvəl Harun (əleyhissəlam) vəfat etmişdir. Harunun vəkilliyi, Musanın ibadət üçün dağa çıxdığı müvəqqəti müddət üçün olduğu kimi, Əli'nin vəkilliyi də, müvəqqətidir."

---------------------------

"Miftahu'l-Hacə" müəllifi, daha sonra belə deyir:

"Alimlər demişlərdir ki:

Bu hədis, İsa (əleyhissəlam)'ın göydən endirildiyi zaman, İslam şəriəti ilə hökm edəcəyinə dəlalət edər. Çünki:

'Məndən sonra peyğəmbər yoxdur.' əmri, açıqdır.

Read 15 times
In order to make a comment, please login or register