Fəcr surəsi 1-2-ci ayətlərin təfsiri
وَٱلْفَجْرِ • وَلَيَالٍ عَشْرٍ
"And olsun fəcrə. Və 10 gecəyə." (Fəcr/1-2)
----------------------
Təfsiri:
"And olsun fəcrə" buyuruğu ilə, uca Allah, fəcrə and içməkdədir.
"Fəcr"in nə olduğu xüsusunda, fərqli görüşlər vardır.
• Bəziləri, fəcr'in, "hər gün, qaranlığın gündüzdən ayrılması"dır, demişlərdir. Bu izahı, Əli, ibn əz-Zubeyr və ibn Abbas (radiyallahu anhum) vermişlərdir.
• Yenə, ibn Abbas (radiyallahu anh)'dan nəql edildiyinə görə, məqsəd, "gündüzün bütünü"dür. Ondan fəcr deyə söz edilməsi, fəcrin, gündüzün başı olmasından dolayıdır.
• İbn Muhaysin'in, Atiyyə'dən ---> onun da, ibn Abbas'dan rəvayətinə görə, fəcrdən məqsəd, "Məhərrəm gününün fəcr vaxtı"dır.
Qatadə də, Onun kimi demişdir. O dedi: "Fəcr, Məhərrəm'in ilk gününün fəcridir. İl, ondan başlayır."
• Yenə, Ondan gələn rəvayətlərə görə, məqsəd, "fəcr/sabah namazı"dır.
• ibn Cureyc'in, Ata'dan ---> Onun da, ibn Abbas'dan rəvayətinə görə, ibn Abbas, belə demişdir:
"And olsun fəcr'ə" buyuruğu ilə, qurban kəsilmə gününün sabahı qəsd edilmişdir. Çünki, şanı uca olan Allah, hər bir gündüzün əvvəlində, ona aid bir gecə qılmışdır. Qurban kəsmə günü, bundan müstəsnadır. Ondan əvvəl, ona aid bir gecə təqdir etmədiyi kimi; ondan sonra da bir gecə yoxdur. Çünki, ərəfə gününün iki gecəsi vardır. Biri, özündən əvvəl; biri də, özündən sonradır. Dolayısı ilə, ərəfədən sonrakı gecə, dan yeri ağarıncaya, yəni, qurban kəsmə gününün dan yeri ağarıncaya qədər vəqfəyə (ərəfə günü, Ərəfat'da, zöhr və əsr namazından sonra bir miqdar dayanmaq) çatan bir kimsə, çatmış olar."
Bu, eyni zamanda, Mücahid'in də görüşüdür.
• İkrimə dedi:
"And olsun fəcrə' buyruğu ilə, Cəm, yəni Muzdəlifə gününün fəcri, 'dan yeri'nin ağarması qəsd edilmişdir."
• Muhamməd b. Ka'b əl-Qurazi, "And olsun fəcrə' ayəti ilə, Cəm'dən ayrılma vaxtı olan 10 gününün (Məhərrəmin ilk 10 gününün) son vaxtıdır." demişdir.
• Dahhak dedi: "Məqsəd, zi'l-hiccə'nin fəcridir. Çünki uca Allah, digər günləri onunla bərabər bəhs mövzusu edərək, 'və 10 gecəyə' deyə buyurmuşdur ki, bu, zi'l-hiccə'nin 10 gecəsidir."
İbn Abbas da belə demişdir.
• Məsruq da, "Bunlar, uca Allahın, Musa (əleyhissəlam)'ın qissəsində bəhsini etdiyi 'Və buna, 10 gecə də əlavə etdik.' (Əraf/142) buyruğunda bəhsini etdiyi 10 gecədir. Bunlar, ilin ən fəzilətli günləridir." demişdir.
• əbu'z-Zubeyr'in, Cabir'dən rəvayətinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"And olsun fəcrə və 10 gecəyə', yəni, qurban bayramının 1-ci günü (ilə tamamlanan) 10 gecədir." (Hakim, "əl-Müstədrək", ll, 568; Darimi, "Sünən", ll, 41; Heysəmi, "Məcmau'z-Zəvaid", Vll, 157; "Müsnəd", lll, 327)
Bu görüşə görə, bunlar, 10 gecədir. Çünki qurban kəsmə gününün gecəsi, buna daxildir. Çünki, uca Allah, bu gecəni, Ərəfə günü vəqfəyə çatmayan kimsələr üçün, vəqfə edəcək zaman üçün təxsis etmişdir.
Bu gecələrin, mərifə (haşiyə) olaraq zikr edilməyib, nəkrə olaraq zikr edilməsi isə, digər gecələrə olan fəzilətlərindən dolayıdır. Əgər bu gecələr, mərifə olaraq zikr edilmiş olsaydı, nəkrə halındakı fəzilətlilik mənasını ehtiva etməzdi. Bu cəhətdən, özlərinə and içilən xüsuslar arasında, o, nəkrə olaraq gəlmişdir. Buna səbəb isə, başqalarında olmayan fəzilətin, bu gecələrdə olmasıdır. Allah, ən doğru biləndir.
--------------------------------------
(Haşiyə:
Marifə: "Söyləndiyi vaxt, kimdən və ya hansı şeydən bəhs edildiyi tam olaraq başa düşülən; müəyyən bir kimsədən və ya hansı şeydən bəhs edildiyi tam olaraq başa düşülən, müəyyən bir kimsəni və ya şeyi göstərən isimlər"dir. İngilis dilindəki "the" artiklı kimi.
Nəkrə: "Söyləndiyi vaxt, kimdən və ya nədən bəhs edildiyi tam olaraq başa düşülməyən, qeyr-i müəyyən bir kimsəni və ya bir şeyi göstərən isimlər"dir. İngilis dilindəki "a, an" artiklları kimi.
------------------------------
• Yenə, ibn Abbas (radiyallahu anh)'dan, belə dediyi rəvayət edilmişdir:
"Məqsəd, Ramazan ayının son 10 gecəsidir."
əd-Dahhak da, belə demişdir.
• Yenə, ibn Abbas, Yəman və Təbəri, belə demişlərdir:
"Bunlar, 10-cusu Aşurə günü olan Məhərrəmin ilk 10 gecəsidir."
• Və yenə, ibn Abbas'dan, "Və 10 gecəyə" mənasındakı ayəti, izafə tərkibi halında ("və ləyəli aşrin") deyə oxuduğu da nəql edilmişdir ki, "10 günün gecəsinə (and olsun)" deməkdir.
(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)