Fəcr surəsi 1-5-ci ayətlərin təfsiri
وَٱلْفَجْرِ • وَلَيَالٍ عَشْرٍ • وَٱلشَّفْعِ وَٱلْوَتْرِ • وَٱلَّيْلِ إِذَا يَسْرِ • هَلْ فِى ذَٰلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ
"And olsun,
~ fəcrə;
~ 10 gecəyə;
~ həm cütə, həm təkə;
~ keçib getdiyi vaxt gecəyə,
Məgər bu andlar, ağıl sahibi üçün kifayət deyilmi?!" (Fəcr/1-5)
----------------------------
Təfsiri:
Bil ki, Allah Taala'nın, özlərilə and içdiyi bu şeylərdə, mütləq və mütləq, ya:
~ ya dini, -məsələn, bunların, Allahın birliyinə çox açıq dəlil olmaları kimi-
~ yaxud Haqq Taala'ya şükr etməyə sövq etməyi lazım qılan dünyəvi
faydalar vardır.
Bu bəhs etdiyim səbəblərdən dolayı, alimlər, bu şeylərin təfsiri xüsusinda, ixtilafa düşmüşlərdir. Bu cümlədən olaraq da, hər biri, bu ifadələri:
~ dini cəhətdən daha böyük dərəcə;
~ dünyəvi cəhətdən də daha böyük bir mənfəət
olduğunu zənn etdiyi şeylər ilə açıqlamışlardır.
-------------------------
Fəcr-1 təfsiri
وَٱلْفَجْرِ
"And olsun, fəcrə!"
Ayətdəki, "fəcr" kəliməsi haqqında, alimlər, bu izahları vermişlərdir:
1. ibn Abbas (radiyallahu anh)'dan rəvayət olunduğuna görə, "fəcr", bildiyimiz "sabah vaxtı" olub, bu da, "sadiq/doğru fəcr"in "kazib/yalançı fəcr"dən ayrılması, meydana gəlməsidir.
Allah Taala, bu ifadəyə, özü səbəbilə, gündüzün (yalançı fəcrin) sonlanıb aydınlığın (doğru fəcrin) başlaması; insanlar və quşların, vəhşi heyvanlar kimi digər canlıların, öz ruzilərini axtarmaq üçün yer üzünə yayılmaları səbəbilə and içmişdir ki, bu hal, ölülərin qəbirlərindən çıxıb yayılmalarına bənzəyir, onu xatırladır. Dolayısı ilə, belə olmaqda, düşünən kimsələr üçün alınacaq ibrətlər vardır.
Bu mənaya görə, ayətin bu ifadəsi, Haqq Taala'nın, eynilə,
وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ
"And olsun ağarmaqda olan sübh çağına!" (Muddəssir/34) ayəti kimi olmuş olur.
Bir başqa yerdə də, Haqq Taala'nın,
وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ
"...və açılmaqda olan səhərə!" (Təkvir/18) buyurmuşdur.
Allah Taala, bir başqa ayətində də, Özünün, sabah vaxtının yaradıcısı olması ilə qürurlanaraq,
فَالِقُ ٱلْإِصْبَاحِ...
"Sübhü də, O sökür..." (Ənam/96) buyurmuşdur.
Bəzi alimlər də, Haqq Taala'nın, bu ifadəsilə, "bütün gündüz"ü qəsd etdiyini, ancaq nə var ki, gündüzün hamısına, başlanğıcı ilə işarət edildiyini və bu ifadənin və həmzə'nin də,
وَٱلضُّحَىٰ
"And olsun səhərə!" (Duha/1); və
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
"And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!" (Leyl/2) ayətləri olduğunu söyləmişlərdir.
2. Ayətdəki "fəcr" sözü ilə, şəxsən "sabah namazı" qəsd edilmişdir.
Haqq Taala, sabah namazına,
~ bu namazın, gündüzün (doğru fəcrin) başlayacağı bir vaxtda qılınmasından; və
~ o namazda, həm gündüz (doğru fəcr) vəzifəli olan mələklərin, həm də gecə vəzifəli olan mələklərin hazır olmalarından
dolayı and içmişdir. Buna görə, bu ayət, eynilə,
...إِنَّ قُرْءَانَ ٱلْفَجْرِ كَانَ مَشْهُودًا
"...Çünki sübh çağı oxunan Quranın, şahidləri olur." (İsra/78) ayəti kimi olmuş olur ki, bu, "Sabah namazında oxunan Qurana, həm gecə mələkləri, həm də gündüz mələkləri şəhadət edir." deməkdir.
3. Bu kəlimə ilə, müəyyən bir günün yeri qəsd edilmişdir. Bundan dolayı, alimlər, bu izahları vermişlərdir:
a. Bu, Qurban bayramı gününün fəcridir. Çünki, həcclə bağlı olan əmr və qadağalar, İbrahim (əleyhissəlam)'ın dininin daşıdığı xüsusiyyətlərdəndir. Ərəblər, həcci, heç tərk etməzdilər. Və bu, bu gün, hər müsəlmanın, qurbanını kəsdiyi böyük bir gündür. Beləcə, həcc edən hər kəs, bu işi ilə, (sanki) nəfsini kəsmək surətilə, Allaha yaxınlaşmaq istəmişdir. Özünü kəsə bilməyincə də, özü yerinə, bu qurbanı kəsmişdir. Necə ki, Haqq Taala da,
وَفَدَيْنَـٰهُ بِذِبْحٍ عَظِيمٍ
"Biz, onun əvəzinə, böyük bir qurbanlığı fidyə verdik." (Saffat/107) buyurmuşdur.
b. Bununla, zilhiccə'nin fəcrini qəsd etmişdir. Çünki, Haqq Taala, bunun ardından, "...10 gecəyə..." ifadəsini gətirmişdir. Bir də, zilhiccə, bu böyük ibadətin özündə edildiyi ilk aydır.
c. Bununla, məhərrəm ayının fəcri qəsd edilmişdir. Allah, bu fəcrə and içmişdir. Çünki bu fəcr, hər ilin ilk fəcridir və bu əsnada, həcc, oruc, zəkat kimi ildən ilə təkrarlanan bir çox xüsuslar meydana gəlir və yenə, göydəki ayın hesablarına, yenidən başlanır. Bir xəbərdə də, "Allah qatında ayların ən böyüyü, məhərrəm ayıdır." deyə varid olmuşdur. İbn Abbas (radiyallahu anh)'ın da, "İlin fəcri, məhərrəmdir." dediyi rəvayət edilmişdir. Beləcə, ibn Abbas (radiyallahu anh), məhərrəmin hamısını, bir fəcr saymışdır.
d. Fəcr ilə, özündən sular fışqıran və məxluqların həyatının yatdığı bulaqlar qəsd edilmişdir.
-----------------------------------
Fəcr-2 təfsiri
وَلَيَالٍ عَشْرٍ
"And olsun, 10 gecəyə!"
Haqq Taala'nın, وَلَيَالٍ عَشْرٍ "And olsun on gecəyə!" ifadəsilə bağlı olaraq, belə 2 məsələ vardır:
✓ Birinci məsələ: Allah Taala'nın, bu surədə, özünə and içdiyi şeylər arasında, sadəcə bu ifadə, nəkrə (haşiyə) olaraq gəlmişdir. Çünki bu 10 gecə, başqa gecələrdə mövcud olmayan xüsusi fəzilətlərin mövcud olduğu bir gecədir. Dolayısı ilə, bunun nəkrə gətirilməsi, özündə böyük fəzilətlərin mövcud olduğuna dəlalət edir.
--------------------------
(Haşiyə:
Nəkrə: "Söyləndiyi vaxt, kimdən və ya nədən bəhs edildiyi tam olaraq başa düşülməyən, qeyr-i müəyyən bir kimsəni və ya bir şeyi göstərən isimlər"dir. İngilis dilindəki "a, an" artiklları kimi.
Bir şey, nə qədər məchul; və bilinməzlik dərəcəsi, nə qədər yüksək olarsa, mahiyyətini başa düşmək və künhünü idrak xüsusunda, xitab edilənin marağı, o dərəcə yüksək olur. Bunun təbii nəticəsi olaraq da, bəhsi edilən şeyin təxmini və izahı ətrafında fikir gimnastikası, normalın fövqündə və çox geniş bir dairədə gerçəkləşir. Bu da, bəhsi keçən ünsürün, mərifədə istifadə edilməsindən çox daha təsirli bir həcmdə idrak edilməsini nəticə verir. Üzərinə çox fikir yorduğu və uğrunda böyük əməklər sərf etdiyi şeyə nail olduğunda, insanın böyük bir həzz alması, bunun, ən açıq dəlilidir. Məsələn,
...إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌ
"...Həqiqətən, o Saatın sarsıntısı, müdhiş bir şey olacaqdır." (Həcc/1)
Ayətdə, xəbərin ("bir şey" kəliməsinin) nəkrə/qeyr-i müəyyən olaraq gətirilməsi, qiyamət səhnəsinin çox daha dərin həcmdə idrakına zəmin hazırlamışdır. Belə ki, bu istifadə nəticəsində, muxatab (özünə xitab edilən), "شَىْءٌ / bir şey" kəliməsinin ifadə edə biləcəyi sonsuz mənaları, xəyal dairəsinə daşıyaraq, bəhsi keçən səhnənin, kəlimələrlə ifadə edilə bilməyəcək qədər qorxunc və tüklər ürpərdən bir səhnə olduğunu zehnində canlandırma imkanı tapır.
Beləcə, ayətə muxatab olan hər kəsin, "شَىْءٌ / bir şey" kəliməsinin nəkrəliyi/qeyr-i müəyyənliyi qarşısında, ilk əvvəl, ürpərməkdən; ardınca da, səhnəni öz xəyal dünyasına daşıyıb onun qorxuncluğunu zehnində canlandırmaqdan, özünü tuta bilməyəcəkdir.
--------------------------------
✓ İkinci məsələ:
Alimlər, bu xüsusda, bu izahları gətirmişlərdir:
1. Bu, zilhiccə'nin 10 gecəsidir. Çünki, zilhiccənin 10 gecəsində (yəni, günündə), bu dini əmrlər yerinə yetirilir. Bir hədisdə də, "Özündə saleh əməlin edildiyi heç bir gün, zilhiccə'nin 10 günündə edilən əməldən üstün deyildir." buyurulmuşdur. (haşiyə)
---------------------------
(Haşiyə:
Hədisin şərhi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/zilhicc%C9%99...
----------------------------
2. Bu, məhərrəm ayının başından sonuna qədər müddət içərisində keçən 10 gecədir. Bu ayət, o günlərin qiymətli olduğuna diqqət çəkən bir ifadədir. Məhərrəm ayında keçən günlərdən biri də, aşurə günüdür. O gündə oruc tutmağın fəzilətinə dair xəbərlər varid olmuşdur.
3. Bu, ramazan ayının son 10 günüdür. Allah Taala, şərəfindən ötürü, bu günlərə and içmişdir. Bir də, bu günlər içərisində, qədr gecəsi də vardır. Çünki, bir hədisdə, "Qədr gecəsini, ramazanın son 10 günü içərisində axtarın." deyə hədis varid olmuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ramazanın son 10 gününə girdiyi vaxt, ailələrilə yatmağı tərk etdiyi və onları tənbeh etdiyi rəvayət edilmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu günlərdə heç cima etməyib (cinsi münasibətdə olmayıb) ailəsinə təhəccüd namazını əmr etməsindən kinayədir. (haşiyə)
--------------------------------
(Haşiyə:
Qədr gecəsinin fəziləti üçün bax:
https://suallarlaislam.com/.../q%C9%99dr-gec%C9%99sinin-f...
-----------------------------------
Fəcr-3 təfsiri
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ
"And olsun, cütə və təkə!"
İkinci məsələ: Müfəssirlər, "şəf/cüt" və "vətr/tək"in nə demək olduğu xüsusunda, çox fərqli görüşlər iləri sürmüş və bu xüsusu, uzun-uzun incələmişlərdir. Burda, doğruya ən yaxın olanları incələyəcəyik:
1. "Şəf" - qurban bayramı günü; "Vətr" - ərəfə günüdür.
Allah Taala, bu 2 günə, qiymətli olmalarından dolayı and içmişdir.
~ Ərəfə gününün qiymətli olması, həcc işinin ona söykənməsindən ötürüdür. Necə ki, bir hədisdə, "Həcc, ərəfatdır." buyurulmuşdur.
~ Qurban bayramı gününün qiymətli olmasına gəlincə, bu, qurbanların bu gündə kəsilməsindən; və fərz olan tavaf, tərraş olma, şeytan daşlamaq kimi həccdə edilən bir çox işin, bu gündə edilməsindən dolayıdır. "Qurban bayramı günü, ən böyük həcc günüdür." deyə rəvayət edilmişdir.
Bundan dolayı, bu cür fəzilətlər, bu 2 günə xas olunca, Haqq Taala, bunlara and içmişdir.
2. Təşriq təkbirləri günləri də, həccdə, geriyə qalan işlərin edildiyi günlərdir.
Bundan dolayı, bunlar da, qiymətli günlərdir. Necə ki, Haqq Taala da,
وَٱذْكُرُوا۟ ٱللَّهَ فِىٓ أَيَّامٍ مَّعْدُودَٰتٍ ۚ فَمَن تَعَجَّلَ فِى يَوْمَيْنِ فَلَآ إِثْمَ عَلَيْهِ وَمَن تَأَخَّرَ فَلَآ إِثْمَ عَلَيْهِ...
"Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz..." (Bəqərə/203)
O halda, "şəf/cüt" - qurban bayramı günündən sonra gələn 2 gün; "vətr/tək" də - üçüncü gündür.
Bu görüşü mənimsəyənlər, belə deyirlər:
"Şəf" və "vətr" kəlimələrini bu mənada başa düşmək, bunları, qurban bayramı ilə ərəfə günü mənalarında başa düşməkdən, bu 2 cəhətdən daha əvladır:
a. Bayram və ərəfə, "10 gün" məfhumunun içinə daxildir. Bundan dolayı, "şəf" və "vətr" ilə, bu ikisindən başqa şeylərin murad edilmiş olması lazımdır.
b. Həcc işlərinin bu qismi, bu günlərdə reallaşır. Dolayısı ilə, ayətdəki bu ifadəni bu mənada almaq, həccdə edilən işlərin hamısına and içməyi ifadə edir.
3. "Vətr/tək", Adəm (əleyhissəlam) idi. Dolayısı ilə, xanımı ilə birlikdə, "şəf/cüt" oldu. Bir başqa rəvayətdə isə, "şəf/cüt" - Adəm və Həvva; "vətr/tək" isə - Allah Taala'dır.
4. "Vətr" - məsələn, məğrib/axşam namazı kimi tək rükətli; "Şəf" isə - cüt rükətli namazlardır.
İmran b. Husayn, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Bunlar, namazlardır. Çünki, namazların bir qismi, cüt (rükətli), bir qismi də, tək (rükətli)'dir." buyurduğunu rəvayət etmişdir.
Namaz, imandan sonra ikinci dərəcəni işğal edən bir ibadət olduğu üçün, Allah Taala, namazın cütünə də, təkinə də and içmişdir. Namazın, ibadətlər içərisindəki yeri və qiyməti, aşkardır.
5. "Şəf" - bütün məxluqatdır. Çünki Haqq Taala,
وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ...
"Biz, hər şeydən 2 cüt yaratdıq..." (Zariyat/49); və
وَخَلَقْنَـٰكُمْ أَزْوَٰجًا
"Biz, sizi cüt yaratdıq." (Nəbə/8) buyurmuşdur.
"Vətr" isə - Allah Taala'dır.
Kəlam alimlərindən bəziləri, bu (aşağıdakı) səbəblərdən dolayı, Allaha, "vətr" deməyin doğru olmayacağı (görüşünü) müdafiə etmişlərdir:
a. Ayətdəki "şəf" və "vətr" ifadələrinin, "cütün və təkin Rəbbinə and olsun ki..." şəklində olduğunu bəyan etmişdik. Bundan dolayı, "vətr" ilə, mərbub (Rəbbi olan hər hansı bir şey) mənasının qəsd edilməsi lazımdır. Beləcə də, o görüş (yəni, Allahın da Rəbbi olması görüşü) batil olur.
b. Allah Taala, bir başqası ilə birlikdə, heç də bu şəkildə anılmaz. Əksinə, başqa varlıqlardan seçilə bilməsi üçün, hörmət ilə yad edilər. Rəvayət olunduğuna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Allah və rəsulu...' deyən birini eşitmiş; onu belə deməkdən nəhy etmiş (çəkindirmiş) və 'Allah, sonra rəsulu...' de." buyurmuşdur.
Kəlam alimləri, sözlərinə belə davam edirlər:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Allah, təkdir. Təki sevər." (Muslim, Zikr/5-6) buyurduğuna dair gələn rəvayət isə, qəti deyildir.
6. Bütün məxluqat, ya təkdir, ya cüt. Buna görə, sanki Haqq Taala'nın, təkin və ya cütün Rəbbinə and içdiyi deyilə bilər. Dolayısı ilə, bütün məxluqat, bu 2 ifadənin muhtəvasına girmiş olur. Bunun bir bənzəri də,
فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ• وَمَا لَا تُبْصِرُونَ
"And içirəm, həm gördüklərinizə və həm də görmədiklərinizə!" (Haqqa/38-39) ayətləridir.
7. Cüt, cənnətin dərəcələri (qatları)'dır. Çünki bunlar, 8 ədəddir. Vətr isə, cəhənnəmin dərəkələridir (qatlarıdır). Çünki bunlar da, 7 ədəddir.
8. "Şəf" - elm ilə cəhalət; qüdrət ilə acziyyət (acizlik); istəmək ilə istəməmək; və həyat ilə ölüm kimi, məxluqata aid sifətlərdir.
"Vətr" isə - Haqq'ın sifətləridir. Yox olmayan bir Varlıq; ölümsüz bir həyat; cəhalətsiz bir elm; acziyyətsiz bir qüdrət; zillətsiz bir izzət kimi...
9. Cüt və tək ilə, şəxsən cüt və tək saylar qəsd edilmişdir.
Buna görə, Haqq Taala, sanki, insanlar üçün mütləq lazım olan bir hesaba and içmişdir və bu hesab, Allah Taala'nın qullarına lütf etdiyi, kitabət (yazma) və bəyan (fikrini ifadə etmə) kimidir. Çünki Haqq Taala,
ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ • عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ
"O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi." (Ələq/4-5); və
عَلَّمَهُ ٱلْبَيَانَ
"(Rahmən olan Allah), ona, bəyanı öyrətdi." (Rahmən/4) buyurmuşdur.
Hesab da, belədir. Çünki ibadət vaxtları, aylar və günlər, hesab nəticəsində bilinib ortaya qoyulur. Çünki, Haqq Taala,
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ
"Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir." (Rahmən/5); və
هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءً وَٱلْقَمَرَ نُورًا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ...
"Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən, Odur..." (Yunus/5) buyurmuşdur.
10. Muqatil,
~ "şəf": gündüzlər ilə gecələr;
~ "vətr" isə: özündən sonra artıq gecənin olmayacağı bir gündür ki, o gün, qiyamət günüdür, demişdir.
11. "Şəf", məsələn, Muhamməd-Əhməd; Məsih-İsa; Yunus-Zünnun kimi 2 adı olan peyğəmbərlərdir.
12. "Şəf": Adəm ilə Həvva; "vətr": Məryəm'dir.
13. "Şəf": Allah Taala'nın, Musa (əleyhissəlam) üçün fışqırtdığı 12 göz; "Vətr" isə:
وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ تِسْعَ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍ...
"Biz Musaya doqquz aşkar möcüzə verdik..." (İsra/101) ayətində ifadə edilən 9 möcüzəsidir.
14. "Şəf": Ad qövmünün günləri; "Vətr" isə: gecələridir. Çünki Haqq Taala,
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًا...
"Allah, onu (soyuq və hədsiz şiddətli küləyi), 7 gecə, 8 gün, fasilə vermədən onların üstündə əsdirdi." (Haqqa/7) buyurmuşdur.
15. "Şəf":
...جَعَلَ فِى ٱلسَّمَآءِ بُرُوجًا...
"...(Allah), səmada, bürclər qıldı..." (Furqan/61) ayətində bildirdiyi kimi, 12 bürc;
"Vətr" isə: 7 ulduz (planet)'dir.
16. "Şəf": 30 günə tamamlanan ay; "Vətr" isə: 29 günə tamamlanan aydır.
17. "Şəf": insanın üzvləri; "Vətr" isə: insanın qəlbidir. Necə ki, Haqq Taala,
مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِ...
"Allah, bir adamın daxilində, 2 ürək yaratmamışdır..." (Əhzab/4) buyurmuşdur.
18. "Şəf": 2 dodaq; "Vətr" isə: dildir. Necə ki, Haqq Taala,
وَلِسَانًا وَشَفَتَيْنِ
"Bir dillə iki dodaq verməmişikmi?" (Bələd/9) buyurmuşdur.
19. "Şəf": 2 səcdə; "Vətr" isə: rüku'dur.
20. "Şəf": cənnət qapılarıdır. Çünki bunlar, 8-dir. "Vətr" isə: cəhənnəm qapılarıdır. Çünki bunlar, 7-dir.
Bil ki, zahirin dəlalət etdiyi şey, "şəf" ilə "vətr"in (yəni, cüt ilə təkin), Allahın, özü ilə and içdiyi qiymətli 2 şey olduqlarıdır. Bəhs etdiyimiz bütün bu xüsusların qəsd edilmiş olması, ehtimalı daxilindədir. Ayətin zahirində, bunlardan xüsusilə birinin qəsd edildiyinə, hər hansı bir əmarə (əlamət) isə, yoxdur.
İndi, bu xüsusda, Allah rəsulu (sallallahu aleyhi və səlləm'dən gələn bir xəbər varsa, yaxud, təvil (təfsir) əhlinin bir icması varsa, qəsd edilənin, o olduğuna hökm edilər. Yox əgər belə bir şey yoxdursa, bu xüsusda söyləniləcək söz, qəti olmaz, möhtəməl bir məna olar. Hər hansı biri çıxıb, "Mən, ayətdəki bu ifadə ilə, verilən bütün bu izahların qəsd edildiyini; çünki 'şəf' və 'vətr' kəlimələrinin başındakı əlif-lam'ın ümumilik ifadə etdiyini söyləyə bilərəm." deyə bilər.
-----------------------------
Fəcr-4
وَٱلَّيْلِ إِذَا يَسْرِ
"And olsun, keçib getdiyi zaman gecəyə!"
Haqq Taala'nın bu ayətilə bağlı, 2 məsələ vardır:
✓ Birinci məsələ: "إِذَا يَسْرِ" ifadəsi, "keçib getdiyi vaxt" mənasında olub,
~ وَٱلَّيْلِ إِذْ أَدْبَرَ /
"And olsun, dönüb getdiyi vaxt gecəyə." (Müddəssir/33);
~ وَٱلَّيْلِ إِذَا عَسْعَسَ /
"And olsun, qaralmaqda olan gecəyə." (Təkvir/17) ayətləri kimidir.
Gecələrin "səra"sı, onların, gəlib-getməsi, sonlanmasıdır. Yaxud da, bu ifadə, "gecə yerimək" mənasındadır. Qatadə, buna, "gəlib iqbal etdiyi/yaxınlaşdığı vaxt..." mənasını vermişdir.
✓ İkinci məsələ: Müfəssirlərin çoxu, bu ifadə ilə, xüsusi bir gecənin deyil, əksinə, ümumi gecələrin qeyd edildiyini; bunun dəlilinin isə,
~ وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ
"And olsun, ağarmaqda olan sübh çağına!" (Müddəssir/34); və
وَٱلَّيْلِ إِذَا عَسْعَسَ
"And olsun, qaralmaqda olan gecəyə!" (Təkvir/17) ayətləri olduğunu; bir də, Allah Taala'nın, gecə ilə gündüzü bir-biri ardınca gətirməsinin; müddətlərinin uzanıb qısalmasının, məxluqat üçün böyük bir nemət olduğunu; dolayısı ilə, bunların bir-biri ardınca gəlişlərinin, Hakim bir Müdəbbir'in (hikmətli tədbir edicinin) tədbiri və bütün məlumatı bilən bir alimin elmilə olduğuna diqqət çəkmək olduğu üçün, bunlara and içildiyini söyləmişlərdir.
Muqatil isə, bu gecənin, Müzdəlifə gecəsi olduğunu, dolayısı ilə, bu ayətin mənasının, "Özündə hərəkət edildiyi-yeriyildiyi vaxt, o gecəyə" şəklində olduğunun; və bunun, eynilə, yatma işi meydana gəldiyində, "leylun nəimun/yatan gecə" və səhər vaxtının özündə olmasından dolayı, "leylun səhirun/oyaq, yuxusuz gecə" deyilməsi kimi olduğunu və bu gecənin başında, Ərəfat'dan Müzdəlifə'yə, sonunda da, Müzdəlifə'dən Mina'ya getməkdən ötürü, özündə yerimə işinin görüldüyü bir gecə olduğunu söyləmişdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bu gecədə, ailəsindən gücsüz kimsələri, əvvəldən yola çıxardığı rəvayət edilmişdir. Şafi (rahiməhullah)'a görə isə, bu iş, ancaq, gecə yarısından sonra caiz olur.
------------------------------
Fəcr-5
هَلْ فِى ذَٰلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ
"Məgər bu andlar, ağıl sahibi üçün kifayət deyilmi?!"
Haqq Taala'nın bu ifadəsilə bağlı olaraq, 2 məsələ vardır:
✓ Birinci məsələ: "Hicr", "ağıl" deməkdir. İnsanı, uyğun olmayan şeylərə düşməkdən həcb etdiyi/ əngəllədiyi üçün, bu şeyə, eynilə,
~ əql etdiyi üçün - ağıl;
~ nəhy etdiyi üçün - nuhyə;
~ zəbt edib qavradığı üçün - "ihsa" kökündən "hasat" deyildiyi kimi, "hicr" adı da verilmişdir.
Fərra, belə deyir:
Ərəb, biri, öz nəfsini əzib onu zəbt altına aldığı vaxt, "Filankəs, hicr sahibidir." deyir. Sanki bu kimsə, bu ifadəni, "Həcərtu alə'r-racul / Filan adama qadağa qoydum." ifadəsindən alınmış kimidir.
Buna görə, ağla, çirkin şeylərdən əngəllədiyi üçün, "hicr" deyilmiş olur. Bu kəlimə, bir şey xüsusunda qadağa qoyaraq, "Ondan əngəlləmə" mənasında olan "hicr" kökündəndir.
✓ İkinci məsələ: Haqq Taala'nın bu ayəti, bir istifham (sual) olub, bununla, təkid mənası qəsd edilmişdir və eynilə, çox qəti bir hüccət gətirib, sonra da, "Söylədiyim bu şeydə, bir hüccət yoxdurmu?" deyən kimsənin sözünə bənzər bir məna, ağıl və qəlb sahibi olan hər kəs, Allah Taalanın, üzərlərinə and içdiyi bu şeylərdə, bəzi qeyr-i adiliklərin mövcud olduğunu, tövhid və rububiyyətə dair dəlillərin yatdığını, dolayısı ilə də, bu şeylərin, Yaradıcılarına dəlalət etdikləri üçün, and içilməyə layiq şeylər olduqlarını bilər.
Qadi, "Bu ayət, bizim, 'Burdakı and, bu işlərə deyil, bunların Rəbbinə edilmişdir. Çünki bu ayət, andda mübaliğənin (təkidin) mövcud olduğuna dəlalət edir. Andda təkidin isə, ancaq, Allah adına edilən andlarda olduğu məlumdur.' şəklindəki sözümüzə dəlalət edər.
Bir də, insanın, bu cür şeylərə and içməsinin qadağan olduğu rəvayət edilmişdir." demişdir.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
-------------------------------------------
Əlavələr:
Fəcr surəsi 1-2-ci ayətlərin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99cr-sur%C9%99si-1-2-ci...