Falçı

5762- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Bəzi kimsələr, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, kahinlərə dair sual soruşdular. O da:

"Bir şey deyildirlər." buyurdu. Sualı soruşanlar:

"Ey Allahın rəsulu! Onlar bəzən bir şey söyləyirlər (və) dedikləri həqiqətən də baş verir." dedilər.

Bu səfər, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"O, cinlərdən olan kimsənin (mələklərdən) qapıb aldığı və öz dostunun qulağına fısıldadığı, haqdan olan bir sözdür. Onlar buna 100 yalan qarışdırarlar."

-----------------------------

İzahı:

"Kahinlik": qeybi bilmək iddiasında olmaq, deməkdir. Bir səbəbə dayanmaqla birlikdə, dünyada meydana gələcəkləri, xəbər vermək kimi...

Bu xüsusda əsl istinad, cinlərdən bir kimsənin, mələklərin sözlərindən bir şeyi oğurluq yol ilə qapması və qapdığı bu sözü, kahinin qulağına buraxmasıdır.

Kahin, ərraf haqqında da, xırda daşlara baxan kimsələr və münəccim haqqında da istifadə edilir.

"...qulağına buraxar..."

Yəni onu təlkin edər, deməkdir. Xattabi belə deyir:

"Yəni cinlərdən olan şəxs, o sözü, dostunun qulağına təlkin etdiyi vaxt, digər şeytanlar da, bu sözü eşidərlər və -eynilə toyuğun dənləyib digər toyuqların onun səsini eşidincə cavab vermələri kimi- onu bir-birilərinə nəql etməkdə davam edərlər."

Ancaq Qurtubi buna qarşı belə deməkdir:

"Hədisin siyaqına (sözün gəliş tərzinə) daha uyğun görülən məna, budur:

Cinlərdən olan şəxs, sözü gizli, lakin bir növ əks-sədası olan, özünə də qayıdan bir səs ilə təlkin edər. Bundan dolayı, kahinlərin (falçıların) sözləri, əksəriyyətlə bu qəbildəndir."

Xattabi yenə belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), kahinlik edən kimsənin, bəzi hallarda isabət etməsinin bir tək səbəbinin bu olduğunu açıqlamaqdadır:

Cinlərdən olan şəxs, mələklərdən oğurluq surətilə dinləmiş olduğu bu sözü, kahinə təlkin edər. O da, bunun üzərinə, duyduğuna qiyas edərək yalanlar qatar. Bəzən isabət etdiyi nadirən görülə bilər. Ancaq yanılması, daha çox görülən haldır."

Hədisdən başa düşüldüyünə görə, şeytanların, mələklərdən oğurluq sözlər eşitmələri davam etməkdədir. Ancaq bu, cahiliyyə dövründəki hallarına nisbətlə demək olar ki, yox hökmündədir, olduqca az və nadir hala gəlmişdir.

Kahinlərə getməyin nəhy edildiyi də, hədisdən çıxan nəticələr arasındadır.

Qurtubi belə deyir:

"Buna gücü çatan muhtəsib (haşiyə) və bənzəri kimsələrin, bazarlarda bu cür işlər görən kimsələrin başı üstündə duraraq, onlara da, onların yanına gələn kimsələrə də, ən şiddətli şəkildə qarşı durmaqları lazımdır. Bəzi xüsuslarda onların doğru söylədiklərinə və onların yanına gedib gələnlər arasında elmə müntəsib kimi görünənlərin çoxluğuna da aldanmamalıdır. Çünki əslində belə kimsələr, elmdə dərinliyi olan kimsələr deyildir. Əksinə bunlar, belə kimsələrin yanına getməyin təhlükələrini bilməyən cahillərdəndirlər."

(Haşiyə:

Muhtəsib: İslam dövlətlərində yaxşılığı əmr edib pisliyi qadağan edən, ona mane olan və cəmiyyətdə gözəl əxlaq və fəzilətlərin qorunmasına və dini hökmlərin tətbiq edilməsinə, bazar və ictimai yerlərdə intizamı qorumaqla vəzifəli şəxs)

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 76-cı kitab: "Tibb", 46-cı bab: "Kahinlik")

Read 34 times
In order to make a comment, please login or register