"Falçı yanına gedənlərin 40 gün namazı qəbul olunmaz." hədisi haqqında məlumat verərsinizmi?

5782- Nəbi (sallallahu aleyhi və səlləm)'dən belə rəvayət edilir:

"Kim bir ərrafa gedib ona hər hansı bir şey haqqında soruşacaq olarsa, 40 gecə (və gündüz) namazı qəbul olunmaz."

------------------------------

Şərhi:

Xattabi və başqaları belə demişlərdir:

"Ərraf, oğurlanmış bir şeyin, itmiş bir əşyanın yerini və bənzərlərini bilmə işi ilə məşğul olan kimsəyə deyilir. Buna gedən kimsənin namazının qəbul edilməməsinin mənası da:

"Namazının savabı yoxdur."

deməkdir. Hər nə qədər fərzi yerinə gətirmiş olursa və ayrıca onu qəza etməsinə gərək yoxsa da, savabı olmaz.

Bunun bir bənzəri də, qəsb edilmiş bir ərazidə qılınmış namazdır.

Məzhəb alimlərimiz (Şafilər)'in böyük əksəriyyəti belə demişlərdir. Onların dediklərinə görə, fərz və ondan başqa vacib namazları, əgər tam mənası ilə gərəyi kimi qılacaq olarsa, bunun 2 nəticəsi ortaya çıxır:

Fərzi yerinə gətirmək mükəlləfiyyətinin düşməsilə savabın hasil olmasıdır. Əgər namazını qəsb edilmiş bir ərazidə əda edəcək olarsa, birinci gerçəkləşər, ikincisi gerçəkləşməz.

Bax bu hədisdə də, belə bir təvil, zərurətdir. Çünki elm adamları, ərraf deyilən bir kimsəyə gedən şəxsin 40 günlük namazını qəza etməsinin gərəkmədiyini, ittifaqla qəbul etmişlərdir. Bu səbəblə, onu təvil etmək gərəkməkdədir.

Ən doğrusunu Allah bilir...

(Nəvəvi, "əl-Minhac", Tibb kitabı, 35-ci bab: "Kahinliyin və kahinlərə getməyin haram qılındığı bab")

Read 11 times
In order to make a comment, please login or register