Falçılar haqqında məlumat verərsinizmi?

6213- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Bəzi kimsələr, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə kahinlər haqqında sual verdilər. O da:

"Onlar, bir şey deyildirlər." buyurdu.

Sual soruşanlar:

"Ey Allahın rəsulu! Onlar bəzən bəzi şeylər söyləyirlər. Sonra o, gerçək olur."

demələri üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) də onlara belə buyurdu:

"O söz, cinlərdən olanın, qapıb aldığı haqdandır. O, bunu, toyuğun dənləməsi kimi, dostu olan (insan)'ın qulağına buraxar. Onlar da (bu kahinlər də), ona 100 yalandan artıq yalan qatarlar."

-------------------------------

İzahı:

Xattabi belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"...onlar, bir şey deyildirlər..."

buyuruğu, qeyb elmi ilə bağlı olaraq söylədiklərinə dairdir. Yəni onların sözləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəhyə istinad edərək xəbər verdiyi sözlərinə güvənilib inanıldığı kimi, güvəniləcək doğru şeylər deyildir. Bu da, sağlam olmayan bir iş görən, yaxud doğru olmayan bir söz söyləyən bir kimsə üçün:

"Sən bir iş görmədin, ya da bir şey söyləmədin." deməyinə bənzəyir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 78-ci kitab: "Ədəb", 117-ci bab: "Hər hansı bir şəxsin, bir şey üçün: Haqq deyildir məqsəd və niyyətilə: "bir şey deyildir" deməsi" babı, hədis no: 6213)

Read 10 times
In order to make a comment, please login or register