Falçıya getmək olarmı?
5774- Muaviyə b. əl-Hakəm əs-Suləmi'dən belə rəvayət edilir:
-Mən:
"Ey Allahın rəsulu! Cahiliyyə dövründə ikən, gördüyümüz bəzi işlər vardı. Biz, kahinlərə (falçılara) gedərdik." dedim.
-O (sallallahu aleyhi və səlləm):
"Kahinlərə getməyin." buyurdu.
-Mən:
"Biz, bəzi şeyləri uğursuz qəbul edərdik."
-O (sallallahu aleyhi və səlləm):
"Bu, öz nəfsinizdə hiss etdiyiniz bir şeydir. Bu, sizi (öz işinizi görməkdən və ya öz işinizə davam etməkdən) uzaq tutmasın." buyurdu.
-------------------------------
5777- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:
- Mən:
"Ey Allahın rəsulu! Kahinlər (falçılar), bizə bir şeylər söyləyirdilər və biz, onun gerçəkləşdiyini görürdük." dedim.
- O (sallallahu aleyhi və səlləm):
"O, cinlərdən olanın, səmadan (göydən) qapıb, dostunun (falçının, kahinin) qulağına söylədiyi və ona 100 yalan qatdığı haqq sözdür." buyurdu.
Not:
Bu hədisi, Buxari də (5762, 6213, 7561) rəvayət etmişdir.
----------------------------------
5778- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:
Bəzi kimsələr, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, kahinlərə (falçılara) dair sual soruşdular. Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Onlar, bir şey deyildirlər." buyurdu.
- Sual soruşanlar:
"Ey Allahın rəsulu! Ancaq onlar, bəzən bir şey deyirlər və gerçək olur." dedilər.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"O (kahinlərin dedikləri), cinlərdən olanının (səmadan, göydən) qapdığı, cinni'nin sözüdür. Bunu, toyuğun (dənləməklə çıxardığı səsi) təkrarladığı kimi, o sözü, vəlisinin (kahinin, falçının) qulağına, təkrar-təkrar söyləyər. Ona 100 yalandan artığını da qatıb qarışdırarlar." buyurdu.
-----------------------------------
Şərhi:
Qadı İyad (Allah ona rəhmət etsin) belə deyir:
Ərəblərdə kahinlik 3 cür idi:
1. Bir kimsənin, cinlərdən, özünə -səmadan dinləməklə oğurladıqlarını- xəbər verən, bir vəlisi (dostu) olur.
Bu növ, Allahın, Nəbimiz (sallallahu aleyhi və səlləm)'ə peyğəmbərlik verdiyi zamandan etibarən, batil olmuşdur.
2. Yer üzünün fərqli bölgələrində, yaxın və ya uzaq olsun, (falçının, kahinin) özündən gizli olan yerlərdə, yeni meydana gələn şeyləri xəbər verməsi, bu şəkildə bir kahinliyin mövcud olması, uzaq deyildir.
Mötəzilə ilə bəzi kəlam əhli, bu 2 növü də qəbul etməyərək, imkansız olduqlarını söyləmiş isələr də, bu, imkansız da deyildir; olmasında da uzaq bir ehtimal yoxdur. Ancaq yalan söylədikləri də var, doğru söylədikləri də. Bununla birlikdə, onları təsdiq etmək və söylədiklərini dinləmək qadağası, ümumidir.
3. Münəccimlər. Bu növdə, uca Allah, bəzi insanlarda bir cür qüvvət xəlq edər. Ancaq bu növdə də, yalan, olduqca çoxdur. Ərraflıq da, bu qəbildən bir işdir. Bu işlə məşğul olan kimsəyə də, ərraf deyilir.
Ərraf isə, bəzi səbəb və müqəddimələri, bəzi xüsuslara dəlil görüb, bunlarla, o işləri bildiyini iddia edir. Bəzən bu metodda:
• bir qismində zəcr (quşların uçmasından məna çıxarmaq);
• tarq (cızıqlar çəkmək); və
• ulduzlar ilə adət edilmiş bəzi səbəblərdən də faydalan bilirlər.
Bütün bu növlərə də, kahinlik (falçılıq) adı verilir.
Şəriət, bunların hamısının yalançı olduğunu söyləmiş, onları doğrulamağı və onlara getməyi qadağan etmişdir. Ən doğrusunu, Allah bilir...
-------------------------------------
Xattabi və başqaları belə demişlərdir:
"Yəni cinlərdən olan kimsə, bu sözü, vəlisi olan kahinin qulağına söyləyər. Bunu, (digər) şeytanlar eşidərlər. Bu, eynilə, toyuğun səsi ilə, digər toyuqları xəbərdar etməsi və onlarla münasibət qurmasına bənzəyir."
(Nəvəvi, "əl-Minhac", Tibb kitabı, 35-ci bab: "Kahinliyin və kahinlərə getməyin haram qılındığı bab")
- Falçı
- Falçılar haqqında məlumat verərsinizmi?
- Hud surəsi 114-cü ayətin təfsirini verə bilərsinizmi?
- Peyğəmbər cinləri görmüşdürmü?
- Qədr surəsinin təfsirini verə bilərsinizmi?
- Visal orucu nədir?
- Əbu Hənifə haqqında hədis vardırmı?
- Evlənmək istədiyimiz qadına baxa bilərikmi?
- İslam'da şeir və şairlərin hökmü
- İslam'da şeir və şairlərin hökmü