Fiqhi ixtilafların həqiqəti

Fiqhi ixtilafların həqiqəti:

Elmi ixtilaflar və fiqhi görüşlər/ictihadlar, bəzi kimsələr tərəfindən, Allah Taala'nın dinində iləri sürülmüş "şəxsi görüşlər" olaraq dəyərləndirilir. İctihadların birdən çox olması və bir biri ilə ixtilaflı olması, onlara görə, bu səbəbdəndir.

Hətta bəzi kimsələr, fiqhi ixtilafları, Kitab və sünnətə alternativ olaraq ortaya çıxarılmış, dolayısı ilə, müsəlman tərəfindən "divara çırpılması", uzaq durulması, tərk edilib Allahın Kitabına və Rəsulunun sünnətinə rücu edilməsi (geri dönülməsi) gərəkli olan "yeni bir din" olaraq təsəvvür edərlər.

Təəssüb sahibi bəzi kimsələrin, bəhs mövzusu görüşlərə/ictihadlara, olduğundan artıq dəyər verməsi, onlara sarılıb digərlərini rədd etməsi şəklində təzahür edən davranışları da, bu xətalı düşüncənin insanlarda yer etməsinə köməkçi olmaqdadır. Məsələnin bir yönü də budur.

Digər yönü də, mütəaxxirun (sonra gələn) alimlərin bir çoxunun, fiqhi görüşləri/ictihadları, ixtisar məqsədilə əsərlərində dəlilsiz bir şəkildə zikr etmələridir.

Bu hal, fiqh kitablarını yaxından tanımaq imkanı tapa bilməmiş bəzi kimsələrin, o görüşləri/ictihadları, şər'i təməlləri olmayan mücərrəd "şəxsi görüşlər" olaraq dərk etməsinə, anlamasına yol açmaqdadır.

Bununla birlikdə, diqqətli və şüurlu bir gözlə baxanlar, o görüşlərin/ictihadların Kitab və sünnət əhkamının (hökmlərinin) bəyanı olduğunu görər. Necə ki, imamlar, dəlilləri toplamaq və bir-birindən ayırmaq yönündə, var güclərini sərf etdikdən və bütün səylərini o nöqtəyə yönəltikdən sonra, bəhs mövzusu hökmləri, şəri dəlillərdən çıxararaq ortaya qoymuşlardır.

Bu cəhətdən, bəhs mövzusu görüşlər/ictihadlar, -bəzilərinin zənn etdiyi kimi, bir çox fərqli ağacda yetişən fərqli meyvələr deyil- bir tək ağacda, Kitab və sünnət ağacında yetişən fərqli meyvələr məsabəsindədir.

• Ağacın gövdəsi- Kitab və Sünnət;

• Budaqları- Fərqli şəri və əqli dəlillər;

• Meyvələri isə- bütün ixtilaf və fərqləri ilə, fiqhi hökmlərdir.

Dinlərində, Rəblərinin Kitabından və Nəbilərinin Sünnətindən, imamları tərəfindən çıxarılmış hökmlərə tabe olan avam ilə;

Dinlərində rahiblərinin -Allah Taalanın əmrinə zidd- nəfsi görüşlərinə tabe olan Kitab əhli arasında bu nöqtədə böyük bir fərq vardır.

Allah Taala, imamlarının istinbat etdiyi hökmlərə tabe olanlara xitabən:

"Bilmirsəniz, zikr əhlindən soruşun." (Nəhl/43)

diyə əmr etmişkən;

Digərlərinin halını:

"Allahı qoyub baş keşişlərini və rahiblərini rəbblər qəbul etdilər." (Tövbə/31) buyuraraq ifşa etmişdir.

Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Adiyy b. Xatəm ət-Tai hüzuruna girdiyində, bu ayəti oxumuşdu. Adiyy deyir ki:

"Onlar, bunlara qulluq etmirlər!" dedim. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bəli, edirlər. Baş keşişləri və rahibləri, onlara halalı haram, haramı halal qılır; onlar da bunlara tabe olurlar. Bax bu, onların bunlara qulluq etməsidir." buyurdu. (İbn Kəsir, "Təfsir-u Qurani'l-Azim", ll, 348, Daru'l-Marifə, Beyrut, 1402/1982, l-lV; əbu Hayyan, "əl-Bahru'l-Muhit", V, 32)

Bu səbəblə alimlər, ictihadı:

"Şəri hökmləri, şəri dəlillərdən çıxarmaq üçün, bütün gücünü sərf etməkdir." deyə tərif etmişlərdir.

Bununla bərabər, ictihad üçün incə bir çox şərtlər də ön görmüşlərdir ki, əhil kimsələrdən başqası, bu qapıdan girməsin. Bəhs mövzusu şərtlər, üsul kitablarında təfsilatlı olaraq zikr edilmişdir.

Sələfdən və xələfdən bu ümmətin əksəriyyəti, fiqhi ixtilafların həqiqətini anlamış və ixtilafların səbəblərini izah və həqiqətini bəyan edən, ixtilaf etdikləri əhkam mövzusunda imamların qınanmaması gərəkdiyini ortaya qoyan, çoxlu kitablar yazmışlardır.

Bu söylədiklərimizin doğruluğunu isbata, tabiun zamanında Mədinə'nin alim və fəqihi olan- imam əl-Qasım b. Muhamməd'in bu sözü kifayət edər:

"Allah Taala, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrini, əməllərində ixtilaf etməklə mənfəətləndirmişdir. Onlardan hər biri, etdiyi əməldə genişlik mövcud olduğunu və özlərindən daha xeyirli olanın (Allah rəsulunun) da o şəkildə əməl etdiyini bilirdi." (İbni Abdi'l-Bərr, "Cami'u bəyani'l-İlm və fadlih və mə yənbəği fi rivəyətihi və hamlih", ll, 78,92, (əbu'l-Əşbal əz-Zuheyri təhqiqi ilə), Dar'u ibnu'l-Cevzi, Riyad, 1414/1994, l-ll)

Ömər b. Əbdü'l-Əziz (radiyallahu anh)'ın bu sözü də eyni istiqamətdədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələri ixtilaf etməmiş olsaydılar, bu, mənə xoş olmazdı. Çünki bir tək görüşlə əməl etmə məcburiyyəti olsaydı, insanlar çətinliyə düşərdilər. Bir kimsə onlardan birinin görüşü ilə əməl edəcək olarsa, özü üçün genişlik olar." (Xatib əl-Bağdadi, "əl-Fəqih və'l-Mutəfəqqih", ll, 59-60)

Allamə Şah Vəliyullah əd-Dihləvi (rahmətullahi aleyh), fiqhi ixtilafların təbiətini açıqlayarkən, belə deyir:

"Fəqihlər arasında cərəyan edən ixtilaflar, xüsusilə də Səhabələrin görüş bəyan etdiyi xüsuslar çoxluqla ikili olur.

• Təşrik təkbirləri,

• Bayram namazlarındakı təkbirlər,

• Ehramlının nigahı,

• ibn Abbas və ibn Məsud'un təşəhhüdləri,

• İmamın açıqdan oxuduğu namazlarda bismillahın və "amin" ləfzinin gizli söylənməsi,

• Qamət cümlələrinin iki dəfə və ya tək-tək söylənməsi...kimi.

Fiqhi ixtilaf, (bu və bənzəri məsələlərdə) 2 görüşdən birini almaqdan ibarətdir.

Sələf, bütün bu xüsuslarda mövcud qövllərin hər hansı biri ilə əməlin məşru olmasında deyil, 2 seçimdən əvla olanın tərcihi xüsusunda ixtilaf etmişdir. Qurra'nın (qiraət imamlarının) Quran qiraətlərindəki ixtilafı da buna bənzəyir.

Alimlər ixtilafın səbəbi üzərində durarlarkən, çox dəfə səhabənin ixtilafına ətflər edər və onların hamısının da hidayət üzərə olduqlarını da vurğulayarlar. (Səhabənin ixtilafına dair təfsilatlı məlumat üçün bax: əbu Səri Muhamməd Abdulhadi, "İxtilafu's-Sahabə əsbabuhu və əsaruhu fi fiqhi'l-İslami)

Bu səbəblə alimlər əvvəldən bəri, ictihadi məsələlərdə müftilərin (fərqli məzhəblərin ictihadlarına görə verilən) fətvalarını və qazıların (yenə bu tərzdəki) qəzalarını caiz görmüş, kimi zaman məzhəblərinə zidd hökmlərlə əməl etmişdir..." (Şah Vəliyullah əd-Dihləvi, "əl-İnsaf fi bəyani əsbabi'l-Xilaf", 108, (Abdulfəttah əbu Ğuddə təliqi ilə), Daru'n-nəfais, Beyrut, 1403/1983)

Şəkilin açıqlaması yoxdur.

Read 13 times
In order to make a comment, please login or register