Furqan surəsi 45-46-cı ayələr

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ ٱلظِّلَّ وَلَوْ شَآءَ لَجَعَلَهُۥ سَاكِنًا ثُمَّ جَعَلْنَا ٱلشَّمْسَ عَلَيْهِ دَلِيلًا

• ثُمَّ قَبَضْنَـٰهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا

Ə ləm təra ilə Rabbikə məddə'z-zillə? Və ləv şəə lə cəaləhum səkinən. Summə cəalnə'ş-şəmsə aleyhi dəlilən. Summə qabədnəhu ileynə yəsira.

Yəni:

"Görmədinmi, Rəbbin kölgəni necə uzatdı? Əgər O istəsəydi, onları sakin (hərəkətsiz halda) saxlayardı. Sonra Biz günəşi ona bir dəlil qıldıq. Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik." (Furqan/45-46)

--------------------------

Təfsiri:

Bil ki, Allah Taala, Yaradanın dəlillərindən üz çevirən kimsələrin cəhalətini və bu xüsusdakı yollarının yalnışlığını bəyan edincə (bax: Furqan/44); bundan sonra da, Onun varlığına dəlalət edən dəlil növlərini zikr etmişdir. (Belə ki):

✓ Birinci növ dəlil: (Kölgənin dəlaləti)

Artması, əskilməsi və bir haldan başqa bir hala keçməsi xüsusunda, kölgə ilə istidlal etmək...

Burda, bir neçə məsələ vardır:

• Birinci məsələ:

Haqq Taala'nın "ə ləm təra = görmədinmi?" ifadəsi haqqında, 2 izah vardır:

a. Bu: "gözün görməsi" mənasındadır.

b. Bu: "qəlbin görməsi", yəni "elm" mənasındadır.

Əgər biz, bu ifadəni, gözün görməsi mənasında götürsək, -hər nə qədər, onun ləfzini, ərəblərin istifadə etdiyi mənada götürmək daha fasihdirsə də- o vaxt məna: "Kölgəni görmədinmi? Rəbbin onu necə uzatdı?" şəklində olur.

Əgər kəliməni "elm" mənasında götürsək, -ki, bu, Zəccac'ın tərcihidir- o vaxt da məna: "Bilmədinmi?" şəklində olur. Bu isə, daha əvladır. Çünki biz, kölgəni, gözlə görülən şeylərdən saysaq, o vaxt, Allah Taala'nın qüdrətinin, onu uzatmaqdakı təsiri, -ittifaqla- görülməz. Hər dəyişkən, mümkün olduğu; hər mümkün (varlığın) bir müəssiri olduğu məlum olduğu üçün (yəni, kölgənin, dəyişkən olması; dəyişkən bir şeyin də mütləq bir dəyişəni olduğu hər kəscə məlum olduğu üçün), bu kəliməni, bax bu cəhətdən "qəlbin görməsi", (yəni elm) mənasına həml etmək, daha əvladır.

-------------------------------

• İkinci məsələ:

Ləfzin zahirinə görə, bu xitab, hər nə qədər Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə yönəlmişdirsə də, xitab, məna cəhətindən ümumidir. Çünki, ayənin qayəsi: "Allahın, kölgə vasitəsilə olan nemətlərini bəyan etmək"dir. Bütün mükəlləflər isə, bu nemətlərə diqqətlərini yönəldib, onlarla Yaradanın varlığına istidlal etmələrinin (dəlil gətirmələrinin) gərəkliliyi xüsusunda, müştərəkdirlər; aralarında bir fərq yoxdur.

-------------------------------

• Üçüncü məsələ:

Alimlər, bu ayətin təfsiri xüsusunda, çox şey danışmışlardır. Danışılanlar, bu 2 maddədə xülasə edilə bilər:

1. Kölgə (əz-zillu), xalis işıq ilə xalis qaranlıq arasında, orta bir haldır. Fəcrin zühurundan, günəşin doğmasına qədərki vaxtda olur. Evlərin içində və divarlarla hörülmüş həyətlərdə meydana gələn hallar da, belədir. Bu hal, ən xoş haldır. Çünki insan təbiəti, xalis qaranlığı sevməz, ondan nifrət edər. Xalis işığa gəlincə, bu, günəşdən çıxıb gələn bir keyfiyyətdir. O da, qatılığından dolayı, gözü qamaşdırır. Güclü bir buxarlaşma (yəni, tərləməyə) səbəb olur. Bu səbəblə də, sıxıntı və əziyyət vericidir. O halda, ən xoş hal, kölgədir. Bundan dolayı, Haqq Taala, cənnəti onunla və "və zillin məmdudin/yayılmış kölgələr" (Vaqiə/30) deyə vəsf etmişdir.

Bu sabit olunca, biz deyirik ki: Haqq Taala, kölgənin, böyük nemətlərdən və əzəmətli mənfəətlərdən olduğunu açıqlamışdır.

Sonra, bir də, kölgəli vaxtda rəngli şeyə baxan kimsə, sanki cisimdən və rəngdən başqa bir şey görməz. Deyirik ki, kölgə, üçüncü bir şey deyildir. O, ancaq, günəş doğub işığı cisim üzərinə vurduğunda, o kölgə zail olduğu vaxt başa düşülür və bilinir.

Bundan dolayı, əgər günəş olmasaydı və onun işıqları maddələr üzərinə düşməsəydi, kölgənin bir varlığı və mahiyyəti olduğu, bilinməyəcəkdi. Çünki əşya, ancaq öz ziddilə bilinir. Əgər günəş olmasaydı, kölgə bilinməyəcəkdi. Qaranlıq olmasaydı, işıq bilinməyəcəkdi. Buna görə, sanki, Haqq Taala, günəşi, yer üzünə doğurub kölgə zail olduğu vaxt, bax o vaxt ağıllar, kölgənin, cisim və rəng üzərinə əlavə bir keyfiyyət olduğunu başa düşmüş olarlar. Bax bundan dolayı, Allah: "Sonra, Biz, günəşi ona bir dəlil qıldıq." buyurmuşdur. Yəni: "Biz, kölgəni, ilk əvvəl, içində mövcud olan faydalar və ləzzətlərlə yaratdıq. Sonra Biz, ağılları, günəşi doğdurmaq surətilə, onun (yəni, kölgənin) varlığının biliyinə çatdırdıq. Beləcə də, günəş, o nemətin varlığına bir dəlil və bir işarət olmuş oldu. Daha sonra da, Biz, kölgəni çəkdik. Yəni, o kölgəni, birdən-birə deyil; yavaş-yavaş çəkdik." deməkdir.

Çünki, hər nə vaxt ki, günəşin yüksəlməsi artarsa, (bu nisbətdə), qərb tərəfindən kölgənin nöqsanlaşması da, o nisbətdə artar. Məkana aid hərəkətlər eyni anda meydana gəldikləri kimi; o kölgələnmə işinin ortadan qalxması da, bir anda deyil, yavaş-yavaş olur. Bir də ki, əgər kölgənin çəkilməsi birdən birə olsaydı, insanların maslahatlarına da uyğun olmazdı. Lakin, kölgəni yavaş-yavaş çəkmək, aləmdə fərqli mənfəətlər təmin etməkdədir. O halda, (46-cı) ayədəki "qabd, yəni qəbz etmək" ilə qəsd edilən: "yox etmək, ortadan qaldırmaq" mənasıdır. Bax bu, iki təvildən biridir.

2. Haqq Taala, yeri, göyü, ulduzları, günəşi, ayı yaradınca; yer üzü, kölgəli oldu. Sonra, Haqq Taala, günəşi, o kölgəyə dəlil (səbəb) qıldı. Bu, belədir. Çünki kölgələr, işığın hərəkətinə görə yer dəyişdirir. Çünki, bu ikisi, bir-birini izləyən; bir-birinə, (sanki) dəlil olan; bir-birindən ayrılmayan; aralarında bir üçüncüsü olmayan iki şeydirlər. Dolayısı ilə, birinin artması nisbətində, digəri nöqsanlaşır; yol göstərilən kimsə, yol göstərən dəlilin (yol rəhbərinin) işarətinə görə yolunu tapıb ona görə hərəkət etdiyi kimi; kölgələr də, sanki işıqlar üçün bir yol göstərici və onların izləyiciləridirlər. Bax bundan dolayı, Haqq Taala, günəşi, kölgələrə bir dəlil qılmışdır.

Haqq Taala'nın, "Summə qabədnəhu ileynə qabdan yəsira = Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik." ifadəsilə qəsd edilən:

~ ya, o kölgələri, yavaş-yavaş çəkərək sıfır nöqtəsinə çatdırmaqdır, ki, bu halda, kölgələrin yox edilməsi, "çəkilməsi" deyə ifadə edilmiş olur;

~ ya da, qiyamət qopduğu vaxt, bütün kölgələrin ortadan qaldırılmasıdır ki, bu da, kölgələri təmin edən səbəblərin, yəni, kölgə buraxan kütlələrin ortadan qaldırılması ilə olur.

Bu ayədəki "yəsiran = yavaş-yavaş" kəliməsi: "ذَ‌ٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ / zəlikə haşrun aleynə yəsirun = Bu haşr (toplama), Bizə asandır." (Qaf/44) ayətindəki kimidir.

Bax ikinci təvilin özü, bundan ibarətdir.

-------------------------------

• Dördüncü məsələ:

Bu ayə ilə, ehsan sahibi, lütfkar bir Yaradanın varlığına, bu şəkildə istidlal edilmişdir:

Kölgələrin varlığı, həm heyvanlara, həm insanlara faydalıdır. Lakin, xalis bir işıq və ya xalis bir qaranlıq, canlılar üçün faydalı deyildir. O halda, kölgələrin varlığı:

~ ya vacib şeylərdəndir (yəni, olması vacibdir);

~ ya da mümkün (varlığı və yoxluğu bərabər; yəni, olması da, olmaması da mümkün) şeylərdəndir.

Birinci ehtimal, bəhs mövzusu ola bilməz! Əks halda, kölgələr, heç dəyişməzdi, həmişə eyni qalardılar. Çünki, vacib olan şey, dəyişikliyə məruz qalmaz.

Elə isə, kölgələrin varlığının, mümkinat (sinfin)'dən olması lazım gəlir. Dolayısı ilə, onu, yox ikən var edən və var etdikdən sonra yox edən, mütləq qadir (qüdrətli), hər şeyi idarə edən, lütfkar və bunu, heyvanlar ilə insanlara faydalı ola biləcək nisbətdə yaratmış olan bir Yaradanın var olması lazım gəlir. Bu Yaradan da, ancaq, ülvi (uca, böyük) kütlələri hərəkət etdirməyə; fələki (yəni, səmavi) maddələri idarə etməyə və onları ən gözəl və mükəmməl bir şəkildə sıraya və nizama qoymağa qadir olandır. Belə olan isə, ancaq və ancaq Haqq (subhənəhu və taala)'dır. (haşiyə)

-------------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Kölgənin vacib olması ehtimalı haqqında, imamın qəsdi budur ki:

Əşya (şeylər), ya zatı gərəyi vacib (yəni, olmaması düşünülə bilməyən); ya da mümkündür (yəni, olması da, olmaması da bir-birinə bərabərdir). (Bir qrup) filosofa görə, əşyadan hasil olan bir şey, onun təbiətinə vacibdir. Məsələn, gözün təbiətində görmək var deyə, gözə, görməsi vacibdir. Yəni, görmək, gözün zati bir sifətidir. Halbuki, gözün bir müddət sonra görməməyə başlaması, görməyin, gözün zati deyil, arizi (gəlib-keçici) bir vəsfi olduğunu göstərir. Yəni görmək, gözün özündən deyil; ona görməyi bəxş edən Varlıqdan qaynaqlanır. Göz isə, görmək üçün sadəcə bir səbəb qılınmışdır.

Eynilə, burda da imam, bunun, yəni, kölgənin vacib olması ehtimalına bu şəkildə rədd verir ki, əgər kölgə zatı gərəyi vacib olsaydı, onda, heç bir dəyişiklik olmazdı; hər zaman öz halını qoruyub saxlayardı. Halbuki, kölgədəki dəyişikliklər, hər kəsin müşahidəsilə sabitdir.

Buna bir digər misal, Ustad Bədiü'z-zaman Said Nursi'nin verdiyi misaldır. Belə ki, O, deyir:

Bir çayda axan su qabarcıqları, günəşin qarşısına çıxdıqlarında parlayar və bir müddət sonra, kölgəyə girincə sönərlər. Lakin, eyni yerə gələn yeni su qabarcıqları da, parlamağa başlayar bu, mütəmadi davam edər.

Bu hal, bizə, o qabarcıqlarda görünən işıqların özlərinə aid olmadığını və başqa bir qaynaqdan gəldiyini; işıq özlərindən ayrılsa da, işıq qaynağımın daimi olduğunu göstərir. Çünki, arxadan gəlib axmaqda olan qabarcıqlar, əvvəlkilər kimi işıqlanmağa davam etməkdədirlər.

Eynilə bu misal kimi, canlılar, ömürləri boyunca, "həyat və varlıq işığı" ilə parlayarlar. Sonra gələn ölüm ilə, həyat işıqları sönər. Lakin, onların ardınca, yeni canlılar gələr və onlar da parlamağa başlayarlar. Daha sonra, onların da həyat işığı sönər. Lakin, yer üzündə, yenə də həyat parlamağa davam etməkdədir. Bu da, bizi, o həyatın əsl qaynağının, o canlıların özləri deyil; daimi bir həyat qaynağı olduğunu göstərir. Bu isə, Allahın həyatıdır.

Hər varlığın varlığının və hər canlının canlılığının qaynağı olan Allahın varlıq və həyatının, o sonradan meydana gələn və keçici məxluqlara qaynaq ola bilməsi üçün; Onun, digər varlıqlar kimi olmaması; varlıq və həyatını başqa bir qaynaqdan almış olmaması lazımdır. Bunun üçün də, Allahdan başqa vacib varlıq yoxdur.

Ustad Nursi'dən nəql etdiyimiz bu misal, məna olaraq zikr edilmişdir. İstəyən, Onun "Sözlər" adlı əsərinin 22-ci Sözünün 10-cu Ləmasına (s. 298-299) müraciət edə bilər.

-------------------------------

İndi, əgər: "Kölgə, işıq vermək xüsusiyyətində olan bir şeyin, işıq verməməsi mənasına gəlir. Elə isə, necə olur ki, əslində yox demək olan bir şey ilə Allahın varlığına istidlal edilə bilir və necə olur ki, bu (yəni, kölgə) də, nemətlərdən sayıla bilir?" deyilərsə, belə deyərik:

Kölgə, sırf yoxluq deyildir. Əksinə o, işığın kölgə ilə qarışığı olan bir şeydir. O halda, həqiqətdə, kölgə də, ikinci bir işıq demək olub; bu, var olan bir şeydir.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

---------------------------------

---------------------------------

Əlavələr:

Tövhidin isbatında fayda dəlili:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-isbatinda-fayda-d%C...

 

 

 

Read 12 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR