Fussilət surəsi 12-ci ayətin təfsiri

"O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə, ona məxsus olan əmri VƏHY etdi. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük.

Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür." (Fussilət/12)

----------------------------------

Təfsiri:

"Hər bir göyə, ona aid olan əmri VƏHY etdi..."

buyuruğu haqqında, Qatadə və Süddi, belə deyirlər:

"Hər birində, günəşini, ayını, ulduzlarını və orbitlərini yaratdı. Hər bir səmada, ora aid olan mələkləri və içində dənizlərin, dağların, dolu və qarların mövcud olduğu məxluqları yaratdı."

İbn Abbasın görüşü də, budur. O, belə deməkdədir:

"Uca Allahın, hər səmada, mələklərin həcc və tavaf etdikləri və Kəbə səviyyəsində yerləşən bir evi vardır. Dünya səmasında isə, Beytu'l-Mə'mur'dur."

Bir başqa açıqlamaya görə, Allah, hər bir səmada vəhy endirdi. Yəni, orda istədiyi şeyləri və əmr etdiyi xüsusları vəhy etdi.

Vəhy etmək, əmr vermək mənasında ola bilər. Çünki uca Allah belə buyurmaqdadır:

بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا

"Çünki Rəbbin ona (yerə) vəhy edəcəkdir." (Zilzal/5)

Bir başqa yerdə də:

وَإِذْ أَوْحَيْتُ إِلَى ٱلْحَوَارِيِّۦنَ أَنْ ءَامِنُوا۟ بِى وَبِرَسُولِى...

"Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!”– deyə VƏHY etmişdim..."

Bu da, "onlara əmr etdim" mənasındadır və bu əmir, təkvini (yaradılışa dair) bir əmrdir.

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Fussilət/12 təfsiri)

Read 11 times
In order to make a comment, please login or register