Ğaffar isminin şərhi
15. Ğaffar isminin şərhi:
Gözəli izhar edib çirkini örtəndir. Günahlar da, Onun örtdüyü çirkinliklər cümləsindəndir. (Günahlar):
~ dünyada üzərini örtdüyü;
~ axirətdə də, cəzalandırmaqdan vaz keçdiyi
çirkinliklərdəndir.
"Ğafr", "örtmək" deməkdir. (Allahın) qulları üstündəki:
• İlk örtməsi: bədəninin içində olan və gözlərin çirkin görəcəyi şeyləri, zahirin camalı (gözəlliyi) ilə örtməsidir.
Camal və çirkinlikdə, təmizlik və kirlilikdə, insanın daxili ilə xarici arasında, nə böyük fərq vardır! Onun, bir izhar etdiyinə; bir də gizlədiyinə nəzər et!
• İkinci örtməsi: çirkin əzmlərini və məzmum (zəmm edilən, pislənən) düşüncələrini qəlbində gizləyib başqa kimsənin bu sirdən xəbərdar olmamasını təmin etməsidir.
Xalq, əgər insanın vəsvəsə növündən ağlından keçənləri; və insanlar haqqında könlündəki hilə, xəyanət və su-i zənləri biləcək olsaydılar, ondan nifrət edər; hətta, onu öldürməyə səy göstərər və tələf edərlərdi. Bu halda, bax, nəzər et ki, insanların sirləri və nöqsanlıqlarını, necə örtmüşdür.
• Üçüncü örtməsi: xalq arasında rəzil olmağa layiq günahlarını əfv etməsidir.
Hətta (O), iman üzərə öldüyü təqdirdə, günahlarının çirkinliklərini, həsənatının (gözəl əməllərinin) savabı ilə sətr etmək (örtmək) üçün, günahlarını, həsənatlarına dəyişdirməyi vəd etmişdir.
Tənbeh: Qulun, bu isimdən nəsibi: öz (eyb və qüsurlarını) sətr etməsi lazım gəldiyi kimi; özü də, başqalarının (eyb və qüsurlarını) örtməlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in buyurduğu kimi:
"Kim, (dünyada) bir möminin eyibini örtərsə, Allah (azzə və cəllə) də, qiyamət günü, onun eyibini örtər." (Buxari, hədis no: 2442)
Qiybətçi, mütəcəssis (insanların gizli hallarını araşdıran), bir günaha mükafat verən kimsələrin, bu isimdən nəsibləri yoxdur. Bu isimlə müttəsif olan, Allah Taala'nın qullarının əhvalından ən gözəllərini ortaya çıxaranlardır. Hər məxluqun, kamal, nöqsan, qubh (çirkin) və hüsn (gözəl) (sifətləri) vardır. Kim çirkinliklərdən təğafül edib (yəni, çirkinliklərə göz yumub) məhasini (gözəl tərəfləri) zikr edərsə, onun, bu vəsfdən nəsibi vardır.
İsa (əleyhissəlam) haqqında rəvayət edildiyi kimi: O, həvarilərilə bərabər gedərkən, iylənmiş bir it leşi görürlər.
- Həvarilər: "Nə pis iyli bir leş!" deyirlər.
- İsa (əleyhissəlam) isə: "Nə gözəl ağ dişləri vardır." deyir.
Onun bunu söyləməkdəki məqsədi: hər şeyin ən gözəl tərəfini zikr etməyin gərəkliliyinə dair bir tənbehdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
