Ğani və Muğni isimlərinin şərhi

88-89. Ğani və Muğni isimlərinin şərhi:

əl-Ğani: nə Zatında, nə də Zatının sifətlərində, başqası ilə əlaqəsi olmayan (yəni, zəngin olan)'dır. Hətta, başqaları ilə əlaqədən münəzzəhdir.

Kimin zatı və ya zatının sifətləri, zatından xaric bir işə təəllüq edər (yəni, başqası ilə əlaqəli olar); və varlığı və kamalı, bu xarici (bir hala) bağlı olarsa, bu şəxs, (ehtiyac duyduğu şeyi) əldə etməyə möhtac olan bir fağırdır.

Allah (subhənəhu və taala)'dan başqa mütləq Ğaniyy, təsəvvür edilə bilməz. Ğani, ancaq Odur.

✓ Allah (azzə və cəllə), eyni zamanda, əl-Muğni'dir.

Ancaq Onun mustağni (yəni, zəngin, ehtiyacsız) qıldığının mütləq Ğani olması, təsəvvür edilə bilməz. Çünki, bu varlıq, ən azından, özünü mustağni (zəngin) qılana möhtac olacaqdır ki, beləliklə də, (mütləq mənada) Ğani olmazsa da, Allah xaricindəkilərdən mustağni ola bilər. Bu da, Allahın, ondan, ehtiyacın əslini kəsmək surətilə deyil; ehtiyac duyduğu şeyləri özünə vermək surətilə gerçəkləşir.

Həqiqi Ğani, hər hansı birinə və ya bir şeyə hec cür ehtiyacı olmayandır. Başqa şeylərə ehtiyac duyub və ehtiyac duyduqları da yanında olanlar, məcazi olaraq ğani'dirlər. Allah (subhənəhu və taala) xaricindəkilər üçün, imkan sahəsindəki ən son hədd, budur. Ancaq, ehtiyacın tamamilə ortadan qalxması, mümkün deyildir. Allahdan başqa heç bir varlığa ehtiyacı olmayana, (bu mənada), ğani deyilir. Yoxsa, əgər ehtiyacın əsli qul üçün tamamilə ortadan qalxa bilsəydi, bu ayə, (haşa) doğru olmazdı:

...وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ...

Vallahu'l-Ğaniyyu və əntumu'l-fuqara.

Yəni:

"Allah, Ğaniyy'dir. Siz isə, kasıb." (Muhamməd/38)

Qulun, Allah (azzə və cəllə)'dən başqa hər şeydən zəngin ola bilməsi mümkün olsaydı, Allah üçün Muğni deyə vəsfləndirilməsi, səhih olmazdı.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

-----------------------------

-----------------------------

Əlavələr:

Bu 2 ismin, peyğəmbərliyi gərəkdirməsi:

VI. Hem hiç mümkün olur mu ki, acip mu'cizelerle, garip ve kıymettar şeylerle dolu hazineler sahibi, sarraf bir tarif edici ve vassaf bir teşhir edici vasıtasıyla enzar-ı halka arz ve başlarında izhar etmekle, gizli kemâlâtını beyan etmek irade etmesin ve istemesin?

Yəni:

Həm heç mümkünmüdür ki, qeyr-i adi möcüzələrlə, qərib və qiymətli şeylərlə dolu xəzinələr sahibi, sərraf (dəyər verən) bir tərif edici və vəsf edən bir təşhir edici (sərgiləyici) vasitəsilə, xalqın nəzərinə ərz və başlarında izhar etməklə, gizli mükəmməlliklərini bəyan etmək iradə etməsin və istəməsin?! (Haşr risaləsi, 2-ci İşarət, s. 58)

-----------------------

Şərhi:

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində, "əl-Ğaniyy" (yəni, zəngin, ehtiyacı olmayan) və “əl-Muğni” (zənginlik verən) isimlərinin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.

İndi, kainatda təkvini olaraq təzahür edən "əl-Ğaniyy"“əl-Muğni” isimlərini izah edəcək; daha sonra isə, təklifi (yəni, risaləti), onun üzərinə quracağıq. Belə ki:

Kainatdakı bütün sərvətlərin, “əl-Ğaniyy” və “əl-Muğni” isimlərindən gəldiyinin isbatı:

Müəllifimiz, belə deyir:

Evet, zeminin yüzü ve yüzündeki eşcârın kıştaki vaziyet-i fakirâneleri ve baharda şâşaa-pâş olan servet ve gınâları, gayet kat'î bir surette, bir Kadîr-i Mutlak ve Ganiyy-i Ale'l-Itlakın kudret ve rahmetine âyinedarlık eder.

Yəni:

Bəli! Yer üzü və yer üzündəki ağacların qışdakı möhtacvari vəziyyətləri; və baharda parlayan sərvətləri, qəti bir surətdə, mütləq qüdrət sahibi və hər cəhətlə sonsuz zənginlik sahibinin qüdrət və rəhmətinə aynalıq edər. ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, 8-ci Kəlimə, s. 230)

Əşyada görünən sərvətlər, əşyanın təbiətindən qaynaqlansaydı, möhtaclığı, ona ariz ola bilməzdi. Demək ki, bu sərvətlər, ona, Qeyrisi tərəfindən verilməkdədir.

Yenə, Müəllifimiz, “Bütün xeyirlər, Onun əlindədir.” kəliməsini təfsir edərkən, belə deyir:

Görürük ki:

Bu kainatda, hər dairə, hər növ, hər təbəqə, hətta hər bir fərd, hər əza, hətta hər bir bədəndəki hər bir hüceyrənin ehtiyat ruzisini daşıyan bir məhzəni (deposu), bir deposu; və ləvazimatlarını yetişdirən, mühafizə edən bir tarlası və xəzinəsi var ki, çox intizam və mizan ilə, nəhayətsiz hikmət və inayət ilə, vaxtı-vaxtında -möhtacın iqtidar və ixtiyarı xaricində- qeybi bir əl tərəfindən, o möhtacın əlinə verilir. Məsələn:

~ dağlar, həyat sahiblərinə və insana lazım olan bütün mədənləri, dərmanları və həyata lazım olan şeyləri daşıyır və Birinin əmri və tədbirilə çox mükəmməl bir xəzinə, bir anbar olduğu kimi;

~ yer də, bütün o həyat sahiblərinin ərzaqlarını, Hakim (hikmət sahibi) bir Razzəq'in qüvvətilə yetişdirən mükəmməl bir nizam və intizamla, bir tarla, bir xırman, bir mətbəxdir;

~ hətta, hər insanın və cismindəki hər bir üzvün bir deposu və məhzəni;

~ hətta, bir hüceyrənin belə bir ehtiyat məhzənciyinin mövcud olması...

(göstərir ki), "Bütün xeyirlər, Onun əlindədir." kəliməsi, bütün o hədsiz xəzinələrə işarətlə, çox parlaq bir hüccəti göstərir.

Bəli, bu ("Bütün xeyirlər, Onun əlindədir.") kəliməsi və "Hər şeyin açarı, Onun əlindədir." cümləsilə,

Bütün-bütün kor olmayana, sonsuz geniş və hədsiz xariqəli bir rububiyyət hüccəti və vəhdət(i) göstərər. Məsələn:

Hədsiz o xəzinə və anbarlardan yalnız buna bax ki:

~ Hər biri, böyük bir ağacın və ya parlaq bir çiçəyin cihazlarını və müqəddəratının proqramını daşıyan kiçik məhzənciklər olan çəyirdəklər və toxumların açarları əlində olan Hakim bir Mutəsərrif (təsərrüf edən), bir çəyirdəyin qapıcığını, "Oyan!" əmrilə və iradə açarı ilə tam mizan və nizamla açdığı kimi;

~ Yer xəzinəsini də, yağış açarı ilə açaraq, məhzəncikləri; və bitkilərin nütfələri olan bütün toxumları; və heyvanların mənşələri; və quşların və milçəklərin su və havadan nütfələri olan bütün inkişaf (açılma) əmrini alan qətrələr məhzənciklərini, bərabər, xətasız açdığı vaxtda;

kainatda, külli və cüzi, maddi və mənəvi bütün xəzinə və depoları, hikmət, iradə, rəhmət və məşiət əlilə hər birinə məxsus bir açarla açdığını bilmək və görmək istəyirsənsə,

Sənin bir növ məhzənciklərin olan öz qəlbinə, öz beyninə, öz cəsədinə, öz mədənə, öz baxçana və yerin çiçəyi olan bahara və ondakı çiçəklərə və meyvələrə bax ki, mükəmməl nizam, mizan, rəhmət və hikmətlə, qeybi bir əl tərəfindən, "Ol deyər, o da olar." əmri dəstgahından gələn ayrı-ayrı açarlarla açır. Bir dirhəm qədər olan bir qutucuqdan, 1 batman; hətta bəzən 100 batman təamları, mükəmməl intizam ilə çıxarır, həyat sahiblərinə ziyafət verir.

Görəsən, belə müntəzəm, alimvarı, görərək, nəhayətsiz bir felə; və təsadüfsüz tam hikmətli bir sənətə; və yalnışsız tam mizanlı bir təsərrüfə; və zülmsüz tam ədalətli bir rububiyyətə, heç mümkünmüdür ki, kor qüvvət, kar təbiət, sərsəri təsadüf, cansız, cahil, aciz səbəblər müdaxilə edə bilsin?! Və bütün əşyanı birdən görüb bərabər idarə edə bilməyən və zərrələrlə səyyar ulduzları əmrində olmayan bir mövcud, bu hər cəhətlə hikmətli, möcüzəli, mizanlı təsərrüfə və idarəyə qarışa bilsin?! ("Şüalar", 15-ci Şüa: "əl-Hüccətü'z-Zəhra", 1-ci Məqam, 1-ci Qisim, 9-cu Kəlimə, s. 530-531)

Mətnin originalı üçün bax:

https://erisale.com/#content.tr.4.741

 

Müəllifin də dediyi kimi:

"Allah, Ganiyy-i Muğnîdir; herşeyin anahtarı Ondadır." (“Məsnəvi”, “Habbə” risaləsi, s. 113)

 

Allah Taala da, Öz əzəmətli kitabında, belə buyurur:

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلْفُقَرَآءُ إِلَى ٱللَّهِ ۖ وَٱللَّهُ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ

"Ey insanlar! Siz Allaha, möhtacsınız. Allah isə, Ğaniyy (zəngin)'dir, Həmid (tərifəlayiq)'dir." (Fatir/15);

...وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ ۚ...

"Allah, Ğaniyy'dir. Siz isə, kasıb." (Muhamməd/38);

...مَا عِندَكُمْ يَنفَدُ ۖ وَمَا عِندَ ٱللَّهِ بَاقٍ

"Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır." (Nəhl/96);

لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ

"Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah, Ğaniyy (zəngin)'dir, Həmid (tərifəlayiq)'dir." (Loğman/26);

...وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ...

"Göylərin və yerin xəzinələri, Allaha məxsusdur." (Münafiqun/7);

وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ

"Elə bir şey yoxdur ki, onun xəzinələri, Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk." (Hicr/21);

...لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ

"Göylərin və yerin açarları, Ona məxsusdur." (Zumər/63).

 

Xülasə:

İndi, bir düşün!

1. İnsanlar, bütün bu sərvətləri müşahidə edib, bundan “əl-Ğaniyy”, “əl-Muğni” bir Zatı tanıya bilmişdilərmi?

2. Bu sərvətlərin sonsuz olduğunu, sadəcə dar, məhdud bu dünya həyatı ilə məhdudlaşmadığını, belə sərvətlərə sahib olanın, daha geniş aləmdə Öz sərvətini yenə təzahür etdirmək istəyəcəyini, idrak etmişdilərmi?

Təbii ki, yox.

Elə isə, bu həqiqətləri tam tərif edəcək kimsələrin varlığı, zəruridir.

İndi bir düşün! Peyğəmbərlərdən başqaları, bu həqiqətləri dərs vermişlərdirmi? Əlbəttə ki, yox. Elə isə, Nübüvvət, bəşərdə zəruridir!

 

 

 

 

 

 

 

 

 

Read 11.904 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR