Geyinmiş (ancaq) çılpaq qadınlar hədisi- 2

 

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Cəhənnəm əhlindən 2 sinif vardır. Onları hələ görməmişəm:

• (Biri) bərabərlərində inək quyruqlarını xatırladan qamçılar olan və onlarla insanları döyən kimsələrdir.

• (Digəri) geyinmiş (ancaq) çılpaq, meyl etdirən, meyl edən, başları, əyilmiş dəvə hürgüclərini (dəvənin belindəki çıxıntıları) xatırladan qadınlardır. Bu qadınlar, nə cənnətə girərlər, nə də qoxusunu alarlar. Və şübhəsiz, onun qoxusu, bu qədər, bu qədər uzaqlıqdan hiss edilər."

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Şərhi:

"Cəhənnəm əhlindən olan hələ görmədiyim 2 sinif vardır..."

Bu hədis, nübüvvət möcüzələrindəndir. Həqiqətən, 2 sinif də ortaya çıxmışdır. Bunlar, hələ də vardır.

Bu hədislə, bu 2 sinif pislənməkdədir.

----------------------------

• Deyildiyinə görə, bunun mənası belədir:

Allahın nemətindən dolayı "geyinmiş", ancaq o nemətə şükr etməkdən yana isə, çılpaqdırlar.

• Bir digər açıqlamaya görə, mənası belədir:

Belə qadınlar, bədənlərinin bir qismini örtərlərkən, digər bir qismini, gözəlliyini və bənzəri fitnələrini çıxarmaq məqsədilə də, açarlar.

• Bir digər görüşə görə isə:

Bədəninin dəri rəngini göstərəcək qədər incə libaslar geyinərlər.

---------------------------

"Meyl edərlər..."

Bunun da, Allaha itaət etməkdən və qorunması lazım olanları qorumaqdan meyl edərlər (yəni uzaqlaşarlar) mənasında olduğu söylənmişdir.

"Meyl etdirərlər..."

Yəni etdikləri pis fellərini, başqalarına da bildirərlər.

"Meyl edərlər..." ifadəsinin: "lovğalanaraq və qollarını əyib bükərək yeriyərlər" mənasında olduğu söylənildiyi kimi, bunun: "diqqət çəkici bir şəkildə daranmaları" mənasında olduğu da söylənmişdir. Belə bir daranma şəkli isə, həyasız qadınların daranma şəklidir.

"Meyl etdirərlər..." də: "başqalarını bu şəkildə darayarlar", deməkdir.

------------------------------

Başlarının əyilmiş dəvə hürgücləri kimi olması da, sarıq, yaxud saç bağı və buna bənzər şeylər sarımaq surətilə, saçlarını böyütmələri mənasındadır.

(Nəvəvi, "əl-Minhac", "Libas və zinət kitabı", 34-cü bab: "Geyinmiş ancaq çılpaq, meyl edən və meyl etdirən qadınlar babı", hədis no: 5547)

Read 79 times
In order to make a comment, please login or register