Göz ilə namaz qılınarmı?
İslâm dini asanlıq üzərinə bina edilmişdir. Ayrıca məsuliyyətlər və qulluq da qulun gücünə görədir. Bu səbəblə xəstəlik, yüngülləşdirmə və asanlaşdırma səbəbi sayılmışdır. Buna görə, ayaqda namaz qılmağa gücü çatmayan və ya ayaqda dayanmaqda çətinlik çəkən kimsə oturaraq namazını qıla bilər. Rükû və ya səcdə etməyə gücü çata bilməyən kimsə eyham(işarə) ilə namazı qıla bilər.
Eyham, namazda rükû və səcdə yerinə başla işarə etməkdir. Bu şəkildə namaz qılan adam rükû üçün başını bir az əyər, səcdə üçün isə rükûdan bir az daha çox əyər.
Səcdədə başını yerə qoya bilməyən kimsənin, bir şeyi başına qaldıraraq ona səcdə etməsi caiz deyil. Belə adam eyham ilə namaz qılar.
Oturaraq namaz qıla bilməyən, kürək üstü yatdığı yerdə eyham edər. Bir adamın ayaqda dayanmağa gücü çatdığı halda, rükû və səcdəyə gücü çatmırsa, ayaqda və ya oturaraq eyham edə bilər; ancaq oturaraq eyham etməsi daha uyğundur.
Hanefîlərə görə, başı ilə eyham edə bilməyəcək dərəcədə xəstə olan kimsənin namazı qəzaya qalar. Ağılı başında olduğu və ilâhî xitabı anladığı müddətcə bu belə davam edər. Ancaq bəzi Hanefî hüquqçuları bu vəziyyətdə qəzaya qalan namazları bir gündən çox olsa, ağılı başında belə olsa, qazanın lazım olmadığını söyləmişlər. Onlar bu mövzuda çətinliyi qaldırma prinsipinə əsaslanırlar (əl-Kâsânî, Bedai, I, 105 vd.; əz-Zühayli, əl-Fıkhu`l-İslâmi və Edilletuh, Dimaşk, 1404/1984, I, 639)
Əksəriyyət İslâm hüquqçularına görə isə, başı ilə eyham edə bilməyən kimsə gözü ilə (tərəf) hətta qəlbiylə eyham edərək namazını qılar. Ağılı başında olduğu müddətcə namazını qəzaya buraxa bilməz.
Xülasə olaraq, xəstənin namazında asanlığın sərhədi; Hanefîlərə görə başıyla eyham, Mâlikilere görə, göz və ya sadəcə niyyətlə eyham, Şafii və Hənbəlilərə görə isə, rüknlərin (hərəkətlər) qəlblə izlənilərək yerinə yetirilməsidir.
- Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar- hədisinin anlamı nədir?
- Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar- hədisinin anlamı nədir?
- Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.
- Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.
- "Ramazan ayında şeytanların zəncirlərə vurulması"- hədisin anlamamı nədir?
- Qiyamət günü şəfaət
- Qiyamət günü ən böyük şəfaət edən peyğəmbər kim olacaq.
- "Oruclu üçün iki sevinc vardır"- hədsinin anlamı nədir?
- İctihaddan bir və iki savab qazananlar.
- İctihaddan bir və iki savab qazananlar.