"Güclü mömin zəif mömindən daha xeyirlidir" hədisi

Əbu Hüreyrə radiyallahu anh'dan rəvayət edildiyinə görə, Allah rəsulu belə buyurdu:

"Qüvvətli mömin, zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Hər ikisində də xeyir vardır.

Sənə mənfəəti olan şeylərə düşkün ol. Allahdan yardım dilə və (faydalı şeyləri istəmək, Allahdan yardım diləmək xüsusunda) tənbəllik göstərmə.

Əgər xoşlanmadığın bir şey başına gələrsə, mən belə etsəydim, elə etsəydim (bu iş başıma gəlməzdi) demə və lakin:

"Allah belə təqdir buyurdu və dilədiyini edər."

deməlisən. Çünki 'ləv= bunu etsəydim, belə olsaydı kəliməsi) şeytan vəsvəsəsinə yol açar. (=Qədərə qarşı gəlmək düşüncəsini qəlbə atar)"

=================================================

İzahı:

Nəvəvi bunun izahında deyir:

"Qüvvətli mömindən murad olunan məna"-

axirətə aid işlər haqqında tam bir şüur, sarsılmaz bir əzm və qəti bir qərar gücünə sahib olan mömindir.

Bu vəsflərə sahib kimsə, cəsarətlə cihada çıxar, heç kimdən çəkinmədən yaxşılıqları əmr etmək və pislikləri qadağan etmək vəzifəsini tam bir ciddiyyətlə ifa edər; bu yolda qarşılaşdığı əziyyətlərə səbrlə qatlanar; namaz, oruc, zikr və sair ibadətlərə sarılar; zövqlə xeyir işlər işləmək istər.

"Hər ikisində də xeyir vardır."-

cümləsinin mənası budur:

Qüvvətli olan mömin ilə zəif mömin, imanda ortaq olduqları üçün, hər ikisində də xeyir vardır. Bununla bərabər, zəif olan mömin, yuxarıda zikr ettiyimiz gücə sahib olmamaqla bərabər, işlədiyi ibadətlər baxımından, onda da xeyir olduğu məlumdur.

"Sənə mənfəəti olan şeylərə düşkün ol. Allahdan yardım dilə və bu xüsusda tənbəllik göstərmə."-

ifadəsinin mənası budur ki:

İbadətə, Allaha itaət etməyə, qadağalarından uzaq durmağa və Onun qatındakı sonsuz mükafatları qazanmağa ehtiraslı ol. Bunları əldən qaçırmamaq üçün diqqətli ol. Bu sahədə müvəffəq olmaq üçün Allahın yardımını dilə. Gərək qulluq vəzifəni ifa edib mükafatı əldə etməyə düşkünlük xüsusunda və gərəksə də, Allahın yardımını istəmək mövzusunda tənbəllik edib geri durma.

"Mən, onu etsəydim, bunu etsəydim, elə etsəydim, belə etsəydim, bu iş başıma gəlməzdi demə."-

cümləsinin açıqlamasında Qadı İyad (Allah ona rəhmət etsin) demişdir ki:

Bəzi alimlərə görə, belə danışmağın qadağan olması, ümumi deyildir. Başından xoşlanmadığı bir hadisə keçmiş olan şəxs:

"Mən belə etsəydim, elə davransaydım, bu hadisə başıma gəlməzdi."

deyərkən, qədəri əngəlləyə bildiyinə inandığı və ya qədərin əslinə inanmadığı üçün söyləyərsə, belə deməsi və düşünməsi burada qadağan edilir.

Qədərin məcrasını və seyrini dəyişdirmək mümkün olmadığı üçün belə xətalı sözlərin söylənməməsinin gərəkliliyi ifadə edilmiş olur.

Ancaq o şəxs, bu sözü söyləyərkən, qədərə qarşı gəlinə biləcəyini əsla düşünməyib sadəcə məqsədi:

'Əgər belə etsəydim, bəlkə İlahi təqdir başqa cür təcəlli edərdi.'

deməkdirsə və işi tamamən Allahın iradə və təqdirinə döndürürsə, bu cür danışmaq, hədisin qadağan sahəsinə girmir.

Qadı İyad, hədisdəki qadağaya belə izah gətirənlərin dəlilini də bəyan etdikdən sonra, bu görüşə qatılmadığını və göstərilən dəlilin çox da isabətli olmadığını, səbəbləri ilə bərabər zikr edib öz görüşünü bu cür açıqlayır:

"Məncə hədisdəki:

'Belə etsəydim, elə etsəydim (başıma bu iş gəlməzdi) demə!" qadağası,

haram mənasında deyil, tənzihən məkruh (yəni qadağan edilməsinə dair qüvvətli, açıq bir dəlil, sənəd olmayıb, edilməsi xoş olmayan şeylər) mənasını daşıyır. Yəni belə demək uyğun deyildir.

Allahın elçisinin:

"Çünki belə söz, şeytan işinə yol açar (qədərə qarşı gələ bilmə vəsvəsəsini, insanın qəlbinə atar)"

cümləsi, bu izaha daha uyğundur. Çünki bu təbirdən belə nəticə çıxır:

Belə sözlər demək, sözün sahibini şeytan işinə və günaha sürükləyər. Demək olur ki, bu sözün özü, günah deyildir. Onun üçün 'tənzihən məkruh' demək daha uyğundur.

Nəvəvi, Qadı İyadın da görüşünü beləcə nəql ettikdən sonra, öz görüşünü belə açıqlayır:

"Zahir olan budur ki, hədisdəki qadağa ümumidir və tənzihən məkruh olan şeylər üçündür.

Keçmiş olub ortadan qaldırılması mümkün olmayan hadisələrlə bağlı olaraq, boş və faydasız yerə belə sözlər söylənməsinin uyğun olmadığı bildirilmiş olur.

Amma qaçırdığı ibadət və ya görə bilmədiyi xeyir işlər üçün duyduğu üzüntü, kədər səbəbi ilə, hər hansı şəxsin bu cür sözlər deməsində bir üzürxahlıq yoxdur. Hədislərdə keçən bu kimi sözlər, ümumilikdə belə izah edilir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Qədər babı, hədis no: 79; Zühd kitabı, təvəkkül və yəqin babı, hədis no:4168)

Read 146 times
In order to make a comment, please login or register