Günəşin batdıqdan sonra Peyğəmbərin duası ilə yenidən çıxması
1067. Bizə əbu Umeyyə rəvayət etdi ---> Bizə Ubeydullah b. Musa əl-Absi rəvayət etdi ---> Bizə Fudayl b. Mərzuq, İbrahim b. Həsən'dən rəvayət etdi ---> O da, Hüseyn qızı Fatimə'dən, Umeys qızı Əsma'nın belə dediyini rəvayət edir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, başı, Əli'nin qucağında ikən, vəhy gəlirdi. Əli, günəş batıncaya qədər, əsr namazını, bu səbəblə qıla bilmədi. Bunun üzərinə,
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Namazı qıldınmı, ey Əli?" deyə soruşdu.
- O: "Xeyr." deyincə,
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Allahım! O, Sənə və Rəsuluna itaət ilə məşğul idi. Onun üçün, günəşi geri gətir." buyurdu.
Əsma, deyir:
"Mən, günəşin batdığını gördüm. Sonra da, batdıqdan sonra təkrar çıxdığını gördüm." (haşiyə)
----------------------------
(Haşiyə:
Hədisin isnadındakı:
✓ Fudayl b. Mərzuq haqqında, görüş ayrılığı vardır.
~ Sevri, Süfyan ibn Uyeynə, bir rəvayətdə də ibn Main, onun, siqa olduğunu söyləmişlərdir. ibn Main, digər rəvayətdə isə, "Hədisi, salih (səhih və ya həsən olub, dini məsələlərdə dəlil sayıla biləcək xüsusiyyətdəki hədisləri ifadə etmək və bir ravinin güvənilən olduğunu bildirmək üzərə istifadə edilən hədis)'dir. Ancaq, ifrat dərəcədə şiədir." demişdir.
~ İmam Əhməd deyir: "(Onun haqqında), xeyirdən başqa bir şey bilmirəm."
~ ibn əbi Hatim də, atasının belə dediyini nəql etməkdədir: "Hədisi, salih bir adamdır. Çox xəta edər, doğru danışandır, hədisi yazılar." (ibn əbi Hatim), Mən, atamdan: "Bəs yaxşı, onunla ihticac edilə bilərmi?" deyə soruşdum. Atam: "Xeyr." dedi.
~ Nəsai, onun, zəif olduğunu bildirmişdir.
~ ibn Adiyy deyir: "Onda, bir beis olmadığını ümid edirəm."
~ Hakim də: "Muslim, onun hədisini rəvayət etdiyi üçün, eyblənmişdir." demişdir.
✓ Ubeydullah b. Musa əl-Absi, siqa ravi olmaqla bərabər,
~ ibn Sə'd, onun haqqında, "O, şiələrin görüşünə sahib idi. Şiəlik haqqında, münkər hədislər rəvayət edərdi. Bu səbəblə də, bir çox kimsəyə görə, zəif olaraq görülmüşdür." demişdir.
~ Yaqub b. Süfyan deyir: "O, şiədir. Hətta biri, onun rafizi olduğunu söyləsə, ona qarşı çıxmaram. Rəvayət etdiyi hədisləri də, münkərdir."
~ imam Əhməd deyir: "Ubeydullah, rəvayətləri çoxca qarışdıran biri idi. Bir çox pis hədis rəvayət etmiş, o bəlaları çıxarmışdır. Onu, Məkkədə görmüşdüm. Mən, ona, heç (rəvayət) ərz etmədim."
✓ İbrahim b. əl-Həsən, İbrahim b. Həsən b. Həsən b. Əli b. əbi Talib'dir.
~ ibn Hibban (Vl, 3) xaricində, onun siqa olduğunu söyləyən biri yoxdur.
~ Buxari, "ət-Tarixu'l-Kəbir"də, l, 279; ibn əbi Hatim (ll, 91)'də, ona dair, nə cərh, nə də tədil edici bir ifadə zikr etməmişlərdir.
İmam Tahavi'nin rəvayət etdiyi bu 1067 no-lu hədisi, Taberani də
• (XXlV, 390)'da, əbu Şeybə'nin 2 oğlu Osman və əbu Bəkr yolu ilə;
• (XXlV, 391)'də, Muhamməd b. Fudayl yolu ilə
rəvayət etmişdir.
Heysəmi, "Məcmau'z-Zəvaid"də (Vlll, 297) bu hədisi zikr etdikdən sonra:
"Hədisin hamısını, fərqli isnadlarla, Taberani də rəvayət etmişdir. Bu isnadlardan birinin raviləri, Səhihin raviləridir. Ancaq İbrahim b. Həsən'in -ki, o, siqadır- ibn Hibban, siqa olduğunu bildirmişdir."
--------------------------
--------------------------
1068. Bizə, Əli b. Abdu'r-Rahmən b. Muhamməd b. Muğirə rəvayət etdi ---> Bizə, Əhməd b. Salih rəvayət etdi ---> Bizə, ibn əbi Fudeyk rəvayət etdi ---> Mənə, Muhamməd b. Musa'nın, Avn b. Muhamməd'dən, onun ---> anası ümmü Cəfər'dən, onun da ---> Uneys qızı Əsma'dan rəvayət etdiyinə görə:
Nəbi (sallallahu aleyhi və səlləm), zöhr namazını, Sabha (Xeybər yaxınlarında bir yer)'də qıldı. Sonra, bir iş üçün, Əli (əleyhissəlam)'ı göndərdi. Əli geri qayıtdığında, Nəbi (sallallahu aleyhi və səlləm), əsr namazını qılmışdı. Nəbi (sallallahu aleyhi və səlləm), başını, Əlinin qucağına qoydu. Əli də, günəş batıncaya qədər, onu tərpətmədi. Bunun üzərinə, Nəbi (sallallahu aleyhi və səlləm):
"Allahım! Qulun Əli, Nəbi'n üçün, namazını qıla bilmədi. O halda, günəşin doğuşunu, təkrar onun üçün geri qaytar." deyə buyurdu.
Əsma deyir:
"Günəş, dağları və yeri işıqlandırıncaya qədər çıxdı. Sonra Əli qalxdı, dəstəmaz alıb əsr namazını qıldı. Ardından, günəş batdı. Bu (hadisə), Xeybər döyüşündə, Sabha deyilən yerdə baş vermişdi." (haşiyə)
---------------------------
(Haşiyə:
✓ Avn b. Muhamməd'in:
~ ibn Hibban (Vll, 279) xaricində siqa olduğunu söyləyən kimsə yoxdur.
~ ibn əbi Hatim (Vl, 386), onu zikr etməklə bərabər, haqqında cərh və tədil edici bir ifadə işlətməmişdir.
Anası ümmü Cəfər'in adının, ümmü Avn olduğu da söylənilmişdir. ibn Macə, ondan hədis götürməklə bərabər, onun siqa olduğunu söyləyən kimsə yoxdur.
İmam Tahavi'nin bu hədisini, Taberani (XXIV, 382), İsmayıl b. əl-Həsən təriqilə, Salih'dən, bu isnadla rəvayət etmişdir.)
--------------------------
--------------------------
***
əbu Cəfər (ət-Tahavi) deyir:
~ Bu hədisin isnadında yer alan Muhamməd b. Musa'nın kim olduğunu bilməyə ehtiyac hiss etdik. Onun, əl-Fitri deyə bilinən Muhamməd b. Musa əl-Mədini olduğunu gördük. O, rəvayəti etibarı ilə, təriflənən biridir.
~ Eyni şəkildə, isnadda adı keçən Avn b. Muhamməd'in də kim olduğunu bilmiş olduq.
~ Bu hədisi özündən rəvayət etmiş olduğu anasının da kim olduğunu bilməyə ehtiyac hiss etdik. Onun da, Muhamməd b. Cəfər b. əbi Talib'in qızı ümmü Cəfər olduğunu gördük.
Bunun üzərinə, biri:
"Sizlər, əbu Hureyrə'dən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bunu qəbul etməməyi gərəkdirən bir rəvayət (1069 və 1070 no-lu hədislər) nəql etdiyiniz halda; bu rəvayəti (1067 və 1068 no-lu hədisləri), necə qəbul edirsiniz?" deyərək, bunları zikr etdi:
1069. Bunu, bizə, Əli b. Hüseyn əbu Ubeyd rəvayət etdi ---> Bizə, Fadl b. Səhl əl-A'rac rəvayət etdi ---> Bizə, Şa'zan Əsvəd b. Amir rəvayət etdi ---> Bizə, əbu Bəkr b. Ayyəş, Hişam b. Hassan'dan rəvayət etdi. O da ---> ibn Sirin'dən, əbu Hureyrə'nin belə dediyini rəvayət etdi:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Yuşa xaricində, günəş, heç kim üçün həbs edilmiş (dayandırılmış, batmaqdan əngəllənmiş) deyildir." (haşiyə)
--------------------------
(Haşiyə:
İsnadı, Buxari'nin şərtinə görə səhihdir. Raviləri, siqa olub; əbu Bəkr b. Ayyəş xaricində, Buxari və Muslim'in raviləridir. əbu Bəkr, Buxari'nin ravilərindəndir.
Hədisi, Yaqub b. Süfyan əl-Fəsəvi, "əl-Mə'rifə və't-Tarix"də (ll, 172); Onun rəvayət yolundan, Xatib əl-Bağdadi, "Tarix"ində (Vll, 35), Fadl b. Ziyad'dan rəvayət etmişdir. O, Əhməd b. Hənbəl'dən; o da, Əsvəd b. Amir'dən bu isnadla rəvayət etmişdir.)
--------------------------
--------------------------
1070. Yenə, bizə, Yəhya b. Zəkəriyyə b. Həyyəveyh ən-Nisapuri əbu Zəkəriyyə rəvayət etdi ---> Bizə, Fadl b. Səhl əl-A'rac rəvayət etdi ---> Bizə, Şazan Əsvəd b. Amir rəvayət etdi ---> Bizə, əbu Bəkr b. Ayyəş, Hişam b. Hassan'dan rəvayət etdi ---> O da, Muhamməd b. Sirin'dən, əbu Hureyrə'nin belə dediyini rəvayət etdi:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Beytu'l-Maqdis'ə doğru yol aldığı gecələrdə, Yuşa b. Nun üçün günəşin geri çevrildiyindən bəri, günəş, geri gətirilməmişdir." (haşiyə)
----------------------------
(Haşiyə:
İsnadı, 1069 no-lu hədis kimi, səhihdir. Əhməd b. Hənbəl, "Müsnəd" (ll, 325); Onun rəvayət yolundan, Xatib, "Tarix"ində (Vll, 34-35), Əsvəd b. Amir'dən bu isnadla və:
"Beytu'l-Maqdis'ə getdiyi gecələrdə, Yuşa b. Nun üçün həbs edilməsi xaricində, günəş, heç bir bəşər üçün həbs edilməmişdir." ləfzilə rəvayət etmişdir.)
----------------------------
----------------------------
***
Bizim buna cavabımız, Allahın tövfiqi və köməyilə, bu oldu:
Şübhəsiz, bu hədisi bizə rəvayət edən 2 ravi (yəni, 1069 no-lu hədisin ravisi - Əli b. Hüseyn əbu Ubeyd; və 1070 no-lu hədisin ravisi - Yəhya b. Zəkəriyyə b. Həyyeveyh ən-Nisapuri; bu 2 hədisin digər raviləri isə, eynidir.), -zikr etdiyimiz şəkildə- fərqli nəql etmişlərdir və bu fərqlilik, bizim, onların hər birisindən rəvayət etdiyimiz şəkildədir. (Belə ki):
✓ Əli b. Hüseyn'in bizə nəql etdiyi (1069 no-lu) rəvayətə görə:
Günəş, Yuşa xaricində heç kim üçün həbs edilməmiş (yəni, günəşin batması əngəllənməmiş)'dir.
Əgər hədisin həqiqi rəvayəti belədirsə, bundan əvvəlki 2 hədisdə (bizim rəvayət etdiyimiz 1067 və 1068 no-lu hədislərdə) bildirilənlərə müxalif bir ifadə, yoxdur. Çünki:
Bu (yəni, 1069 no-lu) hədisdə bəhsi edilən, günəşin batmasının əngəllənməsidir.
İlk 2 hədisdə (bizim zikr etdiyimi 1067 və 1068 no-lu hədislərdə) isə, batmasından sonra günəşin geri qaytarılmasından bəhs edilməkdədir.
✓ Yəhya b. Zəkəriyyə'nin ondan bizə nəql etdiyi rəvayət isə:
Günəşin, Yuşa b. Nun üçün geri qaytarılmasından etibarən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu sözü söylədiyi vaxta qədər geri qaytarılmadığını ifadə edir. Bunun belə olması, yəni, Peyğəmbərin bu sözü söylədiyi vaxta qədər geri günəşin geri qaytarılmaması isə, ondan sonra qaytarılmasına müxalif deyildir. Belə olması da, Allah (azzə və cəllə)'nin felləri arasında qəbul edilməz bir fel də deyildir. Çünki:
Günəşin batmasının, Allah (azzə və cəllə)'nin peyğəmbərlərindən birinin müəyyən bir səbəbdən dolayı qalmasına ehtiyac duyduğu bir xüsus üçün həbs edildiyinə dair, hədis rəvayət edilmişdir. (Belə ki):
1071. Bizə, Muhamməd b. İsmayıl b. Salim əs-Saiğ rəvayət etdi ---> Bizə, Ubeydullah b. Ömər b. Məysərə -yəni, əl-Qavariri- rəvayət etdi ---> Bizə, Muaz b. Hişam, atasından rəvayət etdi. O ---> Qatadə'dən, o da ---> Səid b. əl-Müsəyyəb'dən, o ---> əbu Hureyrə (radiyallahu anh)'dan,
Nəbi (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu rəvayət etdi:
"Peyğəmbərlərdən biri, Öz əshabı ilə bərabər, döyüşə çıxmışdı. Onlara,
~ 'İçində məskun olmadığı bir ev tikmiş; və ya
~ Özü ilə zifafa girməmiş olduğu bir qadın ilə evlənmiş; ya da
~ Qayıtmağa ehtiyacı
olan hər hansı bir adam, Mənimlə bərabər gəlməsin.' dedi.
Günəşin batışı əsnasında, düşməni görüncə, onlara: 'Bu günəş, məmur (Allahın əmri altında)'dır. Mən də, məmuram. [Allahım! Mənimlə onlar arasında hökm verilincəyə qədər, günəşi dayandır.] dedi.'
(Allah rəsulu) (davam edərək) belə buyurdu:
"Allah da, günəşi, onun üçün həbs etdi (yəni, batmağa qoymadı) və Ona, fəth nəsib etdi. Qənimətlər aldılar. Atəş (gəlib) o qənimətləri yemədi (yəni, yandırmadı). Çünki onlar, qənimət aldıqlarında, Allah Taala, onun üzərinə atəş göndərər; atəş də, o qənimətləri yeyərdi.
Peyğəmbərləri, onlara: 'Siz, qənimətdən bəzi şeylər götürmüsünüz. Elə isə, hər qəbilədən bir adam gəlib, Mənə biət etsin.' dedi.
Hər qəbilədən bir adam gəlib, Ona biət etdilər. Aralarından bir adamın əli, Onun əlinə yapışıb qaldı. Peyğəmbər, o şəxsə:
'Sənin əshabın (dostların), qənimətdən (bəzi şeylər) oğurlayıblar. Gəlsinlər, biət etsinlər.' dedi.
Onun yanına gəlib, Onunla biətləşdilər. Aralarından 2 adamın əli, Onun əlinə yapışdı. Peyğəmbər, onlara:
'Siz, qənimətdən oğurlamısınız.' dedi.
Onlar: 'Bəli, həqiqətən, qızıldan bir inək başı heykəli oğurladıq.' dedilər və onları gətirib, qənimətlərin arasına qoydular.
Allah da, qənimətlərin üzərinə atəş göndərdi və atəş də, o qənimətləri yedi."
Bax o vaxt, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Şübhəsiz, Allah (azzə və cəllə), bizə, qənimətləri yeməyi halal qıldı. Bu, Onun, bizə, mərhəmətilə ehsan etdiyi bir rəhmətdir. Bizim zəifliyimizi bildiyi üçün, yükümüzü xəfiflətməsidir." (haşiyə)
----------------------------
(Haşiyə:
İsnadı, Buxari və Muslim'in şərtlərinə görə, səhihdir. "Tuhfətu'l-Əşraf"da (X, 5) zikr edildiyi üzərə, bunu:
~ Nəsai, "əs-Sünənu'l-Kubra"da, əbu Qudamə əs-Səraxsi'dən;
~ ibn Hibban, "Səhih"ində (4807), Abdu'r-Rahmən b. İbrahim təriqilə;
~ əbu Avanə, "Müsnəd"ində (lV, 102-103), Muhamməd b. əbi Bəkr yolu ilə,
Muaz b. Hişam'dan bu isnadla rəvayət etmişlərdir.
Bunu, yenə:
~ ibn Hibban (4808), Abdu'r-Razzəq təriqilə, Ma'mər'dən; o, Həmmam b. Münəbbih'dən; o da, əbu Hureyrə'dən rəvayət edir.)
-----------------------------
-----------------------------
***
əbu Cəfər (ət-Tahavi) deyir:
Bütün bu hədislər, nübüvvətin əlamətlərindən/dəlillərindəndir.
Mənə, Əli b. Abdu'r-Rahmən b. Muğirə, Əhməd b. Salih'in belə dediyini nəql edirdi:
"Elm yolunda olan bir kəsin, Əsma'nın bizə rəvayət etdiyi (1067-1068 no-lu) hədisləri hifz etməkdən uzaq durması, yaraşmaz (münasib deyildir). Çünki o hədis(lər), nübüvvət əlamətlərinin ən üstünlərindəndir."
əbu Cəfər deyir:
Bu, onun dediyi kimidir. Ayrıca, bu hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, özü üçün dua etdiyi kimsəyə, o dua etdiyi şeyin veriləcəyi də vardır. Beləliklə, bu yüksək dəyər və üstün mərtəbə də, ortaya çıxmış olur. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən bu duanın edilməsi, günəşin vaxtında batmasına qədər özünü Allah rəsulu (sallallahu aleyhi və səlləm) səbəbilə bir iş görməkdən uzaq saxlamış olan şəxsin namazının vaxtı keçmədən qılmasını təmin etmək üçün idi. Bax bu da, eyni zamanda, əsr namazını vaxtında qılmamağın nə qədər ağır bir günah olduğuna dəlildir.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilmiş bu hədis, bu qəbildəndir:
1072. Bizə, Abdu'l-Ğani b. əbi Aqil rəvayət etdi ---> Bizə, Süfyan b. Uyeynə, Zühri'dən rəvayət etdi. O da, Salim'dən ---> atasının (ibn Ömər'in) belə dediyini rəvayət etdi:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Əsr namazını vaxtında qıla bilməyən kimsə, ailəsini və malını itirmiş kimidir." (haşiyə)
--------------------------
(Haşiyə:
İsnadı, Buxari və Muslim'in şərtlərinə görə, səhihdir. İsnadda keçən Salim, Abdullah b. Ömər'in oğludur. Hədisi:
~ Əhməd ("Müsnəd", ll, 8);
~ Darimi ("Sünən", l, 280);
~ ibn əbi Şeybə ("Musannəf", lll, 42);
~ Muslim ("Səhih", 626);
~ Nəsai ("Sünən", l, 255);
~ ibn Macə ("Sünən", 685);
~ ibn Xuzeymə ("Səhih", 335);
~ Beyhaqi ("Sünən", l, 445)'də
fərqli təriqlərlə Süfyan b. Uyeynə'dən bu isnadla rəvayət etmişlərdir.
~ Abdu'r-Razzəq ("Musannəf", 2074);
~ Əhməd ("Müsnəd", ll, 134-135);
~ Taberani (13108)
fərqli təriqlərlə, Zühridən belə rəvayət etmişlərdir.
Qaynaq:
İmam əbu Cəfər ət-Tahavi əl-Hənəfi, "Şərh-u Müşkilu'l-Asar", 165-ci bab: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, Allah (azzə və cəllə)'dən, günəşin batmasından sonra onu geri qaytarmasını istəməsinə, Allah (azzə və cəllə)'nin də, onu geri qaytardığına dair rəvayət edilən hədis ilə; yenə Ondan, bunun ziddini vəhm edənləri, (belə) vəhm etdirən hədisin müşkilinin bəyanı babı", 3-cü cüz, s. 92-99)
-----------------------
-----------------------
Əlavələr:
İmam Tahavi kimdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tahavi-kimdir
Zəif hədis nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/z%C9%99if-h%C9%99dis-n%C9%99...