Günəşin səcdəsi nə deməkdir?

Əbu Zərr (radiyallahu anh)'dan belə rəvayət edilir:

(Bir dəfə), günəş batarkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm), məndən soruşdu:

"Günəşin hara getdiyini bilirsənmi?"

- Dedim:

"Allah və rəsulu, daha yaxşı bilir."

- Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"O gedib, ərşin altında səcdə edənədək qədər (hərəkətinə) davam edir, sonra (yenidən) doğmaq üçün, icazə istəyir və ona icazə verilir.

Tezliklə elə bir zaman gələcək ki, günəş, (adəti üzərə) səcdə edəcək, lakin səcdəsi qəbul olunmayacaq; icazə istəyəcək, ancaq ona icazə verilməyəcək; üstəlik ona:

'Gəldiyin yerə qayıt!'

deyiləcək və o, (gedib) məğribdən (qərbdən) doğacaq.

Uca Allah, belə buyurur:

'Günəş də, özü üçün (təsbit edilmiş) olan bir müstəqarra (qərar qılacağı yerə) doğru axıb getməkdədir. Bu, Əziz və Alim olan Allahın təqdiridir.' (Yasin/38)"

(Not:

Hədisin keçdiyi digər yerlər üçün bax: 4802, 4803, 7424, 7433

-----------------------------------------------

İzahı:

İmam Buxari'nin burda, əbu Zərr (radiyallahu anh)'dan günəşin hərəkəti haqqında nəql etdiyi rəvayətlə bağlı açıqlamalar, ("Səhih"də), "Yasin surəsinin təfsiri" babında gətiriləcəkdir.

Bəhs mövzusu rəvayətin burda nəql edilməsinin səbəbi isə, günəşin, gücə və gündüz, davamlı hərəkət halında (seyr) olduğunu açıqlamaqdır.

Bu rəvayətin ilk baxışda başa düşülən açıq mənası, göy cisimlərilə məşğul olan alimlərin, günəş haqqındakı biliklərindən, fərqli bir nəticəyə götürməkdədir. Çünki onlar, günəşin öz orbitində durduğunu, dolayısı ilə, hərəkət edənin isə, orbit(in ətrafındakılar) olduğunu söyləməkdədirlər. Halbuki hədis, günəşin hərəkət etdiyini (eynilə bu ayətlər də: Yasin/40; Ənbiya/33) ifadə etməkdədir. (Eynilə) Yasin/40 ayəti də, ifadə etdiyi məna cəhətindən, buna bənzəməkdədir.

İbnu'l-Arabi, günəşin səcdə etməsi haqqında, bunları deyir:

"Bəziləri, günəşin səcdə etməsini qəbul etməmişlərdir. Halbuki, mövzu ilə bağlı rəvayətlər, səhihdir və günəşin səcdə etməsi, mümkündür.

Bəziləri isə, günəşin səcdə etməsini, onun (yəni günəşin), Allahın əmrinə tam mənası ilə və davamlı olaraq boyun əyməsi şəklilə açıqlamışlardır. Lakin günəşin öz orbitindən çıxıb səcdə etdikdən sonra yenidən dönməsinə bir əngəl yoxdur."

İbnu'l-Arabi'nin burda günəşin öz orbitindən çıxması ilə məqsədi, onun (yəni günəşin) durmasıdırsa, bu ifadə, başa düşüləndir. Əks halda, günəşin öz orbitindən çıxdığına/ayrıldığına dair, hər hansı bir dəlil yoxdur.

Bu hədisdə, günəşin səcdə etməsi haqqında bu ehtimallar da, bəhs mövzusudur:

1. Günəşin hərəkətindən məsul (yəni ona müəkkəl) olan mələyin səcdə etməsi bildirilmişdir.

2. Feli bir səcdə deyil, o anda Allahın əmrinə tam bir boyun əymək və bağlanmaq bildirilmək istənilmişdir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 59-cu Kitab: "Yaradılışın başlanğıcı kitabı", 4-cü bab: "Ay və günəşin 'Bir hesaba görə' vəsflənməsi babı", hədis no: 3199)

------------------------------------------

------------------------------------------

Əlavələr:

Kainatda, hər mövcuda və məxluqa, 1 və ya bir neçə mələk nəzarət və vəkalət etməkdədir. Yəni, o məxluqun hal dili ilə şüursuz etdiyi təsbihləri (bax: İsra/44 və bənzəri ayətləri), Allaha şüurlu şəkildə təqdim edən və o məxluq üzərində təcəlli edən rububiyyət və uluhiyyəti müşahidə edib təqdir edən, mələklərdir.

Eyni şəkildə, günəşə nəzarət və vəkalət edən mələk də, günəşdə təcəlli edən isim və sifətləri oxuyub, orda cərəyan edən təsbihləri Allaha təqdim etmək üçün, ərşə gedib orda təqdim bə təqdir vəzifəsini ifa edir. Ərşə getməsi və orda təqdim etməsi isə, Allahın sonsuz səltənət və əzəmətinə bir nümayiş, bir təzəllüldür.

 

 

Read 2 times
In order to make a comment, please login or register