"Hədis səhihdirsə, məzhəbim odur." sözü haqqında məlumat verərsinizmi?
Allamə ibn Abidin (əl-Hənəfi), allamə Piri'nin "əl-Əşbah" şərhinin başlarında, ibnu'ş-Şihnə'nin "əl-Hidayə" şərhindən belə nəql etdiyini söyləyir:
"Hədis səhih olduğu zaman, məzhəbin xilafına da olsa, hədislə əməl edilir. Bu da, imamın məzhəbi olur. Belə bir halda hədislə əməl etmək, müqəllidi Hənəfi olmaqdan çıxartmaz.
İmamdan:
"Hədis səhih olduğu zaman (bildirdiyi hökm), mənim məzhəbimdir."
dediyi, səhih olaraq sabit olmuşdur.
İbn Abdi'l-Bərr, bu sözü, əbu Hənifə və digər imamlardan nəql etmişdir."
"...Bunu imam Şarani də, 4 imamdan nəql etmişdir.
Bunun:
• nasları dəyərləndirə biləcək;
• möhkəm nasları mənsux olanlarından ayıra biləcək səviyyədəki əhil kimsələr
üçün bəhs mövzusu olacağı açıqdır.
Bu səviyyədəki məzhəb əhli kimsələr, dəlili dəyərləndirib onunla əməl etdiyi zaman, o hökmün məzhəbə nisbəti (o hökmün məzhəbin hökmü olduğunu söyləməsi), səhih olur. Çünki məzhəb sahibinin icazəsi ilə ortaya çıxmışdır. Çünki şübhə yoxdur ki, məzhəb imamı, dəlilinin zəifliyini bilsəydi, görüşündən dönüb qüvvətli dəlili əsas alardı..." ("Haşiyət-u ibn Abidin", l, 73, Daru Aləmu'l-Qutub, Riyaf, 1423/2003)
İbnu's-Salah (əş-Şafi) (rahmətullahi aleyh) belə deyir:
"Məzhəbincə müxalif bir hədisə rastlayan bir Şafi', mütləq ictihad səviyyəsinə çatmışsa və ya bir babda yaxud bir məsələdə ictihad edə biləcək səviyyədə isə, müstəqil olaraq öz ictihadı ilə əməl edə bilər.
Əgər ictihad üçün gərəkləri şərtləri özündə daşımırsa, gərəkən tədqiqatı etdikdən sonra hədisə müxalifət özünə ağır gəlirsə və hədisə müxalifəti məşru göstərəcək bir cavab da tapa bilmirsə, imam Şafi xaricində bir imam da o hədislə əməl etmişdirsə, o kimsə, o hədislə əməl edə bilər. Bu, o kimsənin o məsələdə imamının məzhəbini tərkinə, üzr təşkil edər."
Dihləvi, ibnu's-Salah'ın bu sözünü nəql etdikdən sonra belə deyir:
"Nəvəvi bu sözü gözəl görmüş və bunda da qərar qılmışdır." (Dihləvi, "əl-İnsaf", s. 66)
- Namazda əlləri göbək altında bağlamağın dəlilləri-2
- "Hədis səhihdirsə, məzhəbim odur" necə başa düşülməlidir?
- Səhih hədislə əməl etməyin şərtləri nələrdir?
- Namazda əlləri göbək altında bağlamağın dəlilləri- 1
- "Ümmətimin ixtilafı rəhmətdir."
- Dörd məzhəbdən başqasına tabe olana rəddiyyə (ibn Rəcəb əl Hənbəli)
- Təqlid etmək vacibdirmi?
- Cümə namazının ilk və son sünnətləri vardırmı? Varsa, neçə rükətdir?
- Dini hökmlər kimlərdən soruşulmalıdır?
- "(Bir alimin verdiyi) yalnış fətvadan dolayı xətaya düşən kimsəyə günah yoxdur. Bütün günah, yalnız fətva verən (alim)'in boynundadır." hədisi necə başa düşülməlidir?