Hədislərin Qurana ərz edilməsi nə deməkdir və necə anlaşılmalıdır?
Quran və Sünnət'in eyni qaynağa dayandığı, ikisinin də vəhy olduğu, Allah Rəsulu sallallahu aleyhi və səlləm'in xəta üzərinə davam edə bilməyəcəyi kimi xüsusları göz önündə tutduğumuzda, ikisinin də bir-birinə zidd olmayacağı həqiqəti ortaya çıxar.
Bu səbəblə, Allah rəsuluna isnad edilən hər şeyin Qurana uyğun olub-olmadığı məsələsi meydana gəlmişdir.
Bəzi kimsələr:
"Biz rəvayət edilən hədislərə baxarıq. Əgər Qurana uyğunsa, alarıq, deyilsə, almarıq." deyir və görüşlərinə də həm Peyğəmbərin, həm də səhabələrin tətbiqatından dəlillər gətirərlər.
Allah Rəsuluna isnad edilən:
"Məndən sizə gələn şeyi, Allahın kitabına ərz edin. Ona uyğunsa, mən söyləmişəm. Əgər ona uyğun deyilsə, mən söyləməmişəm." (1) sözünü əsas almışlar və hər hansı bir hədisin sihhətinə hökm etmək üçün, Qurana uyğunluğunu şərt qoşmuşlardır. Bu mənada görülən işə də "ərz" deyilmişdir.
Ərz fikrinin "ərz" hədisinə dayanaraq, Allah rəsuluna isnad edənlər olduğu kimi, bu hədisi dinsizlərin uydurduğunu, dolayısı ilə mövzu (uydurma) olub əməl edilə bilməyəcəyini müdafiə edənlər də vardır.
Allah Rəsulu bəzi hallarda bir hökm verdiyində, arxasından o hökmlə bağlı bir ayət oxuyardı. Bu tərz bir tətbiqat, hədislərin Qurana ərz edilməsinə dayanaq qəbul edilmişdir.
"Ərz"i qəbul etməyənlər isə, bu rəvayətlərin müdrəc (sənəd və ya mətnində, əslində olmayan bir şeyin əlavəsi deməkdir) olduğunu, dolayısı ilə, mövzumuza dəlil təşkil edə bilməyəcəyi üzərində dururlar.
Hədislərin Qurana ərz edilməsini uyğun görənlərin göstərdikləri dəlillərdən birisi də, Aişə (radiyallahu anha)'nın bəzi tətbiqatlarıdır.
Zərkəşi, Onun bəzi səhabələrə olan bəzi rəddiyyələrini "Əl-İcabə li iradi mə istədrəkəthu Aişə alə's-Sahabə" əsərində toplamışdır.
Onlardan bəziləri belədir:
Əbu Hureyrə radiyallahu anh'ın rəvayət etdiyi:
"Vələdü'z-zina (zinadan doğulan uşaq), 3 şərlinin ən şərlisidir."
hədisin eşidincə:
"Allah, Əbu Hureyrə'yə rəhmət etsin. O hədis, bir münafiq haqqındadır ki, Allah Rəsuluna çox əziyyət edirdi. Allah Rəsulu, onun kim olduğunu soruşdu. Ona, Onun vələdü'z-zina olduğunu dedilər.
O zaman bax belə buyurdu.
Yoxsa Quran:
'Kimsə kimsənin günahını yüklənməz." buyurarkən, Allah Rəsulu necə belə buyurar?!" (2)
Yəni zina edən qadın və kişi günahkardır. Zina məhsulu olan uşağın günahı yoxdur.
Diqqət edilsə, görünür ki, Aişə anamız ilk əvvəl hadisənin necə baş verdiyinə düzəliş edir, yalnış anlaşıldığı söyləyir, sonra da Quran ilə Sünnət'in bütünlüyü, eyni qaynaqdan gəldiyindən dolayı, bir birinə zidd ola bilməyəcəyini ifadə edərək, sünnətdən bizə gələn bu hökmə uyğun bir ayət zikr edir.
Aişə (radiyallahu anha) sadəcə səhabəyə deyil, Allah Rəsulundan da soruşardı. Necə ki, bir dəfəsində, Allah Rəsulu:
"Hesaba çəkilən kimsə, mütləq həlak olmuşdur." buyurur. Aişə:
"Allah, məni sənə fəda etsin, ey Allahın Rəsulu! Allah belə buyurmur mu:
"Kimin kitabı sağ əldən verilərsə, o, asan bir hesab ilə hesaba çəkilmişdir" (İnşiqaq/7)
dediyində, Allah Rəsulu:
"O, Allah hüzurunda olmaqdır. Kimin hesabı münaqişəli keçərsə, o, həlak olmuşdur" (3) buyuraraq, mövzuya açıqlıq gətirir.
Aişə (radiyallahu anha) özünə gəlib çatan bir rəvayəti Qurana ərz etməmiş, Allah Rəsulunun hökmünün Quran ilə uyğunluğunu anlaya bilmədiyi üçün, bunu şəxsən Allah Rəsulundan soruşur.
Dolayısı ilə, Quran və Sünnət bütünlüyünü anlaya bilməyən birinin etirazını, başqası asanlıqla çözə bilər.
---------------------
Qaynaqlar:
1- Hədisin təxrici üçün bax: Sağani, Məvzuat, Beyrut, 1985, s. 76; Heysəmi, Məcmau'z-Zəvaid, l, 170; İmam Suyuti, Miftah, s. 16
2- Zərkəşi, əl-İcabə, s. 119
3- Buxari, Təfsir-u İnşiqaq/2
- Bəraət gecəsi haqqında hədislər-1
- İsra surəsi 71-ci ayətdəki imam sözündən məqsəd nədir?
- Saqqal saxlamaq haqqında məlumat verərsinizmi?
- Ölü haqqında pis danışmaq olarmı?
- Az da olsa, davamlı ibadət etmək
- "Din, nəsihətdir." nə deməkdir?
- Visal orucu nədir?
- Əbu Hənifənin "Məhrəmi ilə evlənənə hədd yoxdur." sözünü necə başa düşməliyik?
- Həsən və Hüseynin fəziləti
- Evlənmək vacibdirmi?-2