Həmd və şükür arasındakı fərq nədir?

Bu fəsl, "əlhəmdulilləh" ayətinin təfsiri haqqındadır və bunun, bir çox cəhəti vardır. Belə ki:

• Birinci fayda: Burda, eyni mənaya gələn 3 ləfz vardır:

1. Həmd;

2. Mədh;

3. Şükr.

Biz deyirik ki, həmd ilə mədh arasında, bir çox fərq vardır. Belə ki:

~ Birinci fərq:

Mədh, canlı-cansız hər şeyə edilir. Məgər görmürsənmi ki, çox gözəl bir inci və ya yaqut görən kimsə, onu mədh edir?! Ancaq, ona həmd etməsi, imkansızdır. Buna görə, mədh etmək, həmd etməkdən daha ümumidir.

~ İkinci fərq:

Mədh, bəzən, yaxşılıq etməkdən əvvəl; bəzən də, sonra ola bilir. Həmd isə, sadəcə ehsandan (yaxşılıqdan) sonra olur.

~ Üçüncü fərq:

Mədh, bəzən qadağan edilmiş olur. Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Məddahların üzlərinə torpaq atın." (Muslim, "Zühd", 69)

Həmdə gəlincə, bu, mütləq olaraq əmr edilmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "İnsanlara həmd (yəni, təşəkkür) etməyən, Allaha həmd etməmiş olar." (əbu Davud, "Ədəb", 11)

~ Dördüncü fərq:

Mədh, fəzilət cəhətlərindən birinə xas olduğuna dəlalət edən sözdən ibarətdir. Həmdə gəlincə, bu da, onun, müəyyən bir fəzilətə xas olduğuna dəlalət edən sözdür. Bu müəyyən fəzilət də, nemət vermə və yaxşılıq etmə fəzilətidir.

Söylədiklərimizlə, mədhin, həmddən daha ümumi olduğu ortaya çıxmışdır.

Həmd ilə şükr arasındakı fərqə gəlincəhəmd, nemətin sənə və ya başqasına çatmasını da ehtiva edir. Şükr isə, sadəcə sənə çatan nemətlərə məxsusdur.

Bu xüsusu başa düşdüyündə, biz deyirik ki, mədhin, canlı və cansız bütün varlıqlar üçün, Allaha və Allahdan başqası üçün ola biləcəyini demişdik. Bir kimsə, "Mədh, Allaha məxsusdur." dediyində; bu söz, Allahın muxtar Fail olduğunu göstərməz; ancaq, "Həmd, Allaha məxsusdur." dediyində, bu, Allahın muxtar Fail olduğunu göstərər. Buna görə, Allahın "əlhəmdulilləh" ayəti, bu sözü söyləyənin, aləmin İlahının, filosofların dediyi kimi, zatı gərəyi mucib (icabət edən, cavab verən) olmadığını; tam əksinə, Onun, muxtar Fail olduğunu iqrar etdiyini göstərir.

Yenə, Haqq Taala'nın "əl-həmdu lilləh" sözü, "əş-şukru lilləh/şükr, Allaha aiddir" sözündən daha üstündür. Çünki, "əlhəmdulilləh" sözü, Ondan sudur edən (meydana gələn) və başqasına çatan hər nemət səbəbilə Allahı tərifləməkdir. Ancaq "əş-şukru lilləh" sözü isə, sadəcə bu sözü söyləyənə çatan nemətə qarşılıq Allaha edilən bir tərif olur. Birincisinin daha üstün olduğunda, şübhə yoxdur. Çünki, deyilmək istənilən, budur:

Sanki qul, "Mənə, istər ver, istərsən də vermə, Sənin nemətlərin, zatən bütün aləmə çatır. Sən, ən böyük həmdə layiqsən." deyir.

--------------------------

--------------------------

• İkinci fayda:

Haqq Taala, "Allaha həmd edirəm." buyurmayıb; "Həmd, Allaha məxsusdur." buyurmuşdur. Bu ikinci ifadə, bir çox cəhətdən, daha üstündür. (Belə ki):

~ Birincisi:

Əgər Allah Taala, "Allaha həmd edirəm." desəydi, bu, bunu söyləyənin, həmd etməyə qadir olduğunu göstərərdi. Ancaq, "Həmd, Allaha məxsusdur." deyincə, Allahın, həmd edənlərin Ona həmd etməsindən və şükr edənlərin Ona şükr etməsindən əvvəl də həmdə layiq olduğunu göstərər. Bu səbəblə, qullar, Haqq Taala'ya, istər həmd etsinlər, istər etməsinlər; istər şükr etsinlər, istər etməsinlər, Haqq Taala, Öz qədim həmdi və kəlamı ilə, əzəldən əbədə qədər mahmud (həmd edilən)'dir.

~ İkincisi:

Bizim "əlhəmdulilləh" sözümüzün mənası, budur: Həmd və səna, Allah Taala'nın haqqı və mülküdür. Şübhəsiz ki, Haqq Taala, qullarına olan sonsuz nemət və lütfləri səbəbilə, həmdə layiq və haqq sahibi olan yeganə Varlıqdır.

Bundan dolayı, bizim "əlhəmdulilləh" sözümüzün mənası, buna görə, budur: "Həmd, Allahın Zatından dolayı haqq sahibi olduğu bir haqqdır."

Əgər Allah, bunun yerinə "əlhəmdu" desəydi, bu ifadə, Onun Zatından dolayı həmdə haqq sahibi olduğuna dəlalət etməzdi. Bu, bilinən bir həqiqətdir ki, Allahın həmdə haqq sahibi olduğuna dəlalət edən ləfz, Allahı tərifləyən tək bir şəxsi göstərən "Mən, tərifləyirəm." ləfzindən daha üstündür.

~ Üçüncüsü:

Əgər Allah, "Allaha həmd edirəm." demiş olsaydı, Özünə layiq olmayan bir həmd ilə Özünü tərifləmiş olardı. "Həmd, Allaha məxsusdur." dediyi zaman, insan, sanki: "Mən, kiməm ki, Onu tərifləyim. O, həmd edənlərin hamısının həmdilə təriflənmişdir." demiş olur. Bu, buna bənzəyir:

Əgər sənə: "Filan kimsənin, sənin üzərində haqqı vardırmı?" deyilsə, sən də: "Bəli." desən, onu tərifləmiş olarsan. Lakin, zəif bir şəkildə...Cavab olaraq: "Deyil mənim, bütün insanlar üzərində Onun haqqı vardır." desən, o təqdirdə, onu, ən mükəmməl bir şəkildə tərifləmiş olarsan.

~ Dördüncüsü:

Həmd, qəlbin bir sifəti olmaqdan ibarətdir. Bu da, təriflənən varlığın, üstün, nemət verən, təzim və ehtirama layiq olduğuna inanma sifətidir. Bunun üçün, insan qəlbi, Allahın əzəmətinə yaraşan təzimin mənasından xəbərsiz olduğu halda, "Mən həmd edirəm." desə, yalançı olmuş olar. Çünki o, həqiqətdə belə olmadığı halda, həmd edici olduğunu söyləmişdir. Ancaq qul, bu təzimin mənasından istər xəbərdar olsun, istər xəbərsiz, "Həmd, Allaha məxsusdur." dediyi zaman, doğru söyləmiş olar. Çünki, bunun mənası, həmdin, Allah Taalanın haqqı və mülkü olduğudur. Bu isə, qul, təzim və ehtiram duyğusu ilə istər dolu olsun, istər olmasın, daim belədir. Beləcə, "Mən, Allaha həmd edirəm." sözünün, "Həmd, Allaha məxsusdur." sözündən daha əvla olduğu, ortaya çıxmış olur.

Bunun bir bənzəri də, "lə iləhə illəllah" deməyimizdir. Bu sözə, "əşhədu ən lə iləhə illəllah" sözümüzün əksinə, yalan girməz. Çünki qul, "əşhədu/şəhadət edirəm..." sözündə, bəzən yalançı ola bilər. Bunun üçün, Haqq Taala, münafiqləri yalanlayarkən,

إِذَا جَآءَكَ ٱلْمُنَـٰفِقُونَ قَالُوا۟ نَشْهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِ ۗ وَٱللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَـٰفِقِينَ لَكَـٰذِبُونَ

"Münafiqlər sənin yanına gəldikləri zaman: 'Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!'– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar." (Münfafiqun1)

Bu incəlikdən dolayı, azanda, "əşhədu" deyilməsi əmr edilmiş və azan, "lə iləhə illəllah" ilə bitirilmişdir.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

-------------------------

-------------------------

Şükr:

~ dildə, "həmd" mənasına;

~ örfdə isə: "nemət verən kimsəyə, verdiyi nemətdən dolayı təzim ihsas edən (hiss etdirən) fel" mənasına

gəlir. (Ki), bu fel, qəlb ilə, dil ilə, ya da üzvlər (yəni, orqanlar) ilə yerinə yetirilə bilər. (Belə ki):

• Qəlb ilə yerinə yetirilən fel, nemət sahibinin kamal və cəlal sifətlərinə sahib olduğuna inanmaq şəklində;

• Dil ilə ifadə edilən fel, buna dəlalət edən şeyi, sözlü olaraq söyləmək şəklində;

• Orqanlarla ifadə edilən fel isə, buna dəlalət edəcək davranışlar sərgiləmək surətilə

olur.

Bütün bunlar, qulun, Allah dair şükrüdür.

Allahın qula dair şükrü isə, Onun, qulun ibadətini qəbul edərək, qarşılığında, ona nemət verərək, qulları arasında hörmətli qılaraq, onu tərifləməsi şəklindədir. (Cürcani, "ət-Tarifat")

Örfdə şükür, qulun, Allah tərəfindən özünə verilən eşitmə, görmə və digər bütün nemətləri, yaradılış qayələrinə uyğun olaraq istifadə etməsi, məsələn:

~ göz nemətini, Allahın məxluqlarını incələyərək;

~ eşitmə nemətini, İlahi rizaya nail qılacaq şeylərə qulaq verib qadağalardan çəkinərək

istifadə etməsidir.

Dildəki mənaları etibarı ilə, şükr və həmd arasındakı fərq, budur:

~ Həmd, mövzusu (yəni, əlaqəli olduğu şey) etibarı ilə, daha ümumidir. Çünki, onun mövzusu, nemət də ola bilər, başqa şeylər də.

~ Halbuki, şükrə mövzu olan şey, sadəcə nemətdir. Şükr isə, yerinə yetiriliş qaynağı etibarı ilə, daha ümumidir. Çünki, dil, üzvlər və qəlb ilə yerinə yetirilə bilər.

Halbuki həmd, sadəcə dil ilə yerinə yetirilir.

Beləliklə, bu ikisi arasında, bir cəhətdən ümum-xüsus münasibəti vardır.

Şükrün dildəki mənası ilə örfdəki mənası arasındakı fərqə gəlincə:

Dildəki mənası, örfdəki mənasından daha ümumidir. Çünki, qulun, Allahın bütün nemətlərini istifadə etməsi, nemət verənə dair bu nemətləri vermiş olduğu üçün təzim ehtiva edən bir fel olaraq vəsf edilə bilər. Halbuki, açıqca başa düşüləcəyi üzərə, bunun əksi, bəhs mövzusu ola bilməz. Çünki, dil cəhətdən mənası ilə, şükr, Allaha dair ola biləcəyi kimi; başqasına dair də ola bilər. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"İnsanlara həmd (yəni, şükr) etməyən, Allaha da həmd (yəni, şükr) etməz." buyurmuşdur.

Örfdəki mənası ilə şükrdə isə, hal, bunun əksi istiqamətindədir. Çünki örfdə şükr, sadəcə Allaha dair olur.

(Muhamməd Əli ət-Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum")

 

 

 

 

 

 

 

 

 

 

Read 5.985 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR