Hənəfi məzhəbinə aid kitabların mərtəbələri:
Hənəfi alimlərinin məsələlərini 3 qismə bölmək mümkündür:
1 .Üsul məsələləri. Bu eyni zamanda Zahirur-Rəvayə də adlanır. Bu kimi məsələlər İmam Əbu Hənifə, İmam Əbu Yusuf (رحمة الله ضد) , İmam Muhamməd (رحمة الله ضد), bəzən də İmam Züfər (رحمة الله ضد) və Həsən bin Ziyaddan (رحمة الله ضد) və Əbu Hənifədən (رضي الله عنه) elm alan digər tələbələrindən nəql olunan hökmlərdir. Amma zahirur–rəvayədə ən məşhur olanlar ilk üç imamdan nəql olunanlardır. Zahirur–Rəvayə kitabları İmam Muhammədə aid olan bu 6 kitabdır: əl-Məbsut, əz-Ziyadə, əl–Camius-Sağir, əs-Siyərus-Sağir, əI–Camiul–Kəbir, əs–Siyərul–Kəbir. Bu kitablar istər mütəvatir, istərsə də məşhur yol ilə olsun, İmam Muhamməddən ( رحمة الله ضد ) sağlam yol ilə nəql olunduğu üçün Zahirur–Rəvayə deyə isimləndirilmişdir.
2. Nadir məsələlər. Bu kimi məsələlər yuxarıda adı keçən imamlardan nəql olunsa belə, ya İmam Muhammddən (رحمة الله ضد) səhih yolla rəvayət edilməmiş və ya adı keçən kitablarda zikr edilməmişdir. Bu məsələlər İmam Muhammədin (رحمة الله ضد) “Keysaniyyat”, “Haruniyyat”,“Curcaniyyat” kimi kitablarında, ya da Həsən bin Ziyada aid “Muharrər” isimli kitabda və İmam Yusufdan (رحمة الله ضد) rəvayət olunan “əl–Əmali” kitablarında zikr edilmişdir.
3. əl–Vaqiat və əl-Fətava. Bu kimi məsələlər də daha sonra gələn müctəhidlərin verilən suallara qarşı məzhəb imamlarından görməyib, ictihad edərək fətva verdikləri məsələlərdir. Bunlar da Imam Yusufun, İmam Muhammədin tələbələri və bu tələbələrin tələbələridir. İmam Əbu Yusuf və İmam Muhamməddin tələbələrindən bir neçəsi bunlardır: İsam bin Yusuf, İbni Rüstəm, Muhamməd bin Sümaə və Əbu Süleyman əl-Cürcani. Bunlardan sonra gələn müctəhidlərsə aşağıdakılardır.Muhamməd bin Sələmə, Muhamməd bin Müqatil, Nuseyr bin Yəhya,Əbu Nəsr əl-Qasim (Allah hamısına rəhmət etsin ).
Onların fətvalarının toplandığı və bizə gəlib çatan ilk kitab Əbu-Leys əs-Səmərdəndiyə (رحمة الله ضد) aid “ən-Nəvazil” kitabıdır. Bundan sonra İslam alimlərinın fətvalarını toplayan bəzi kitablar yazılmışlar. Məsələn: Natifıyə aid Məcmuun–Nəvazil və əl–Vaqiat və Sadus-Şəhidə aid əl-Vaqiat bunlardandır.
Mutəəxxirin adlanan daha sonra gələn islam alimləri bu fatvaları ayırmadan qarışıq şəkildə zikr etmişlər. Qazixan fətvaları və əl–Xülasat bunlardandır. Rizauddin əs–Sərxsiyə (رحمة الله ضد) aid əl–Muhit isimli kitabda olduğu kimi bəziləri, fətvaları ayıraraq yazmışlar. Adı çəkilən kitabda ilk başda üsul məsələləri, daha sonra nadir məsələlər, daha sonra digər fətvalar yer almaqdadır.
Fiqh kitablarında “İmam” kəlməsi istifadə olunarsa, bundan məqsəd İmam Əbu Hənifə (r.a)dir. “Sahibeyn” kəlməsi istifadə olunubsa, bundan məqsəd İmam Əbu Yusuf və İmam Muhamməddir. “Tərafan” kəlməsi istifadə olunubsa, bundan məqsəd də İmam Əbu Hənifə və İmam Muhamməddir. “Şeyxeyn” kəlməsi istifadə olunubsa, bundan məqsəd İmam Əbu Hənifə və İmam Yusufdur.“Ləhu” yəni “Ona aid” kəlməsi keçirsə, İmam Əbu Hənifə, “Ləhumə” “İkisinə aid” istifadə olunursa, İmam Əbu Yusuf və İmam Muhamməd qəsd olunur. “0 ikisinə görə“ və ya “ikisinin məzhəbinə görə”; şəklində ifadə olunubsa, bu zaman da yenə İmam Əbu Yusuf və İmam Muhamməd qəsd edilməkdədir.
Səhih hökmlərin çoxu “Üsul" deyə isimləndirilən Zahirur-Rəvayə kitablarında yer almaqdadır. Bu kitablar da aşağıdakılardır: əl-Cəmiul–Kəbir, əl–Camius–Sağir, əs–Siyərul-Kəbir,əs -Siyərus Sağir, əl-Məbsut, əz–Ziyadat. əs-Siyərul–Kəbir və əs-Siyərul-Sağir İmam Muhammədin İraqdan ayrıldıqdan sonra yazmış olduğu kitablardır. Bu kitablardan geri qalanlar isə Nadir rəvayətlərdən sayılır. Bunlar da Əbu Yusufa aid Əmali kitabları, İmam Muhammədə aid ər–Ruqiyyat kitabıdır. Bu kitabı Muhamməd bin Sumaə İmam Muhamməddən rəvayət etmişdir. İmam Muhammədin Süleyman bin Şüeyb əl-Keysaniyə yazdığı “əl-Keysaniyyat” kitabı, İmam Muhammədin Harun ər–Rəşidin zamanında qələmə aldığı “əl–Haruniyyat” kitabı, Cürcanda qələmə aldığı “əl–Cürcaniyyat” kitablarıdır. Imam Şafi İmam Muhammədə aid Məbsut kitabını bəyənmiş və əzbərləmişdir. Yenə əhli kitabdan biri Məbsutu mütaliə edərək müsəlman olmuş və belə demişdir: “Bu sizin kiçik Muhammədınızin kitabıdır. Böyük Muhammədinizin (محمد صلى الله عليه وسلم ) kitabı necədir?”
- Hənəfi məzhəbi kitabları neçə qismdir?
- Hənəfi məzhəbinə aid kitabların mərtəbələri varmı?
- Fiqh nə deməkdir?
- Fiqh nədir və fəqihlər neçə mərtəbədir?
- Fiqh nə deməkdir? Hənəfi məzhəbindəki fiqh alimlərinin mərtəbələri hansılardır?
- İmam Əbu Cəfər ƏT-TAHAVİ (حمة الله ضد)(ö. 933)
- İMAM ZÜFƏR BİN HÜZEYL (رحمة الله ضد) (Ö. 775)
- RAZİ ƏL-CƏSSAS (رحمة الله ضد)
- İMAM FAXRUL-İSLAM ƏL-PƏZDƏVİ (رحمة الله ضد)
- MUHAMMƏD BiN HƏSƏN ƏŞ-ŞEYBANi (ö. 805)