Hər ayın 13, 14 və 15-ci günü oruc tutmaq müstəhəbmidir?

Əl-Minhal (رضي الله عنه) belə demişdir: Rəsulullah ( ﷺ ) hər ayın 13,14,15-ci günlərinin orucunu əmr edər və: O (oruc) daim oruc tutmaq kimi və ya daim oruc tutmaq vəziyyəti kimidir - buyururdu.

...Qatadə b. Melhan əl-Qaysidən(رضي الله عنه) rəvayət edildiyinə görə, Peyğəmbər ( ﷺ ) bunun mislini buyurmuşdur.

İbn Macə ( رحمه الله) dedi ki: Həmmam, isabətli rəvayət etmişdir. [1]

İzahı:
Əbu Davud ( رحمه الله) , Əhməd ( رحمه الله) və Beyhaqi ( رحمه الله) də bu hədisi Həmmam sənədilə Qatadə'dən rəvayət etmişlərdir.

Hədisin açıqlaması ilə bağlı olaraq əl-Mənhəl əsərinin müəllifi belə deyir:

"Yəni, Peyğəmbər ( ﷺ ) hər qəməri ayın 13, 14, 15-ci günlərinin orucunu müstəhab olmaq üzərə bizə əmr edərdi. Bu 3 günün gecələrinə 'Bəyaz Gecələr' adı verilmişdir. Çünki bu 3 gecədə ay işığı, axşam namazı vaxdından sabaha qədər davam edir. Və bütün gecə aydınlıq olur.

Hədis, hər ayın zikr edilən günlərində tutulan orucun savabının, ilin tamamını orucla keçirtmə savabı kimi olduğunu bildirir. Çünki hər yaxşılıq, 10 misli ilə artar. 3 günlük oruc savabıda 30 günlük oruca bərabər olar.

---------------

Əbu Zərr (رضي الله عنه) dan rəvayət edildiyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur: Bir kimsə, hər aydan 3 gün oruc tutarsa, o, davamlı orucdur.

Allah (azzə və cəllə) kitabındaki: Kim bir yaxşılıq edərsə, ona o yaxşılığın 10 qatı verilər." (Ənam/160) ayəti ilə, bunun təsdiqini endirmişdir. Belə olduğu halda, hər gün (orucu) 10 gün (orucuna) bərabərdir." [2]

Muaza əl-Adəviyyə (رضي الله عنه) dan rəvayət edildiyinə görə, Aişə anamız deyərdi: Allah rəsulu ( ﷺ ) hər aydan 3 gün oruc tutardı.

Mən: Ayın hansı qismindən (tutardı?)" deyə soruşdum.

Aişə anamız belə cavab verdi: O, ayın hansı qismindən olduğuna əhəmiyyət verməzdi.[3]

İzahı:
Əbu Zərr (رضي الله عنه) in hədisini Tirmizi ( رحمه الله) də rəvayət etmişdir.

Muaza (رضي الله عنه) nın hədisini Muslim ( رحمه الله) ,  Əbu Davud ( رحمه الله) , Tirmizi ( رحمه الله) və Beyhaqi ( رحمه الله) də rəvayət etmişlərdir.

Əbu Zərr (رضي الله عنه) in hədisinə görə, hər ayın başından, ortalarından və ya sonundan 3 gün oruc tutan kimsə, bütün ilin orucunu tutmuş kimi olur. Tutulan bu 3 günlük orucun, bundan əvvəlki Qatadə hədisində anılan günlərdə olması qeydi yoxdur.

Hər yaxşılığın 10 qat artırılacağı hədisdə anılan ayətlə sabit olduğundan, hər aydan 3 gün oruc tutularsa, bütün ay orucla orucla keçirilmiş kimi savab olur.

Muaza (رضي الله عنه) nın hədisində, Peyğəmbər ( ﷺ ) hər aydan 3 gün oruc tuttuğu və bu günlərin, ayın müəyyən bir hissəsinə bağlı olmadığı göstərilməktədir.

Bu hədislər, tutulacaq 3 günlük orucun, ayın müəyyən günlərinə təhsis edilməsinin məkruhluğuna hökm edən Malikilərin dəlillərindəndir.

Əl-Mənhəl əsərinin müəllifi:

Bu hədislər ilə bundan əvvəlki hədisin arasını birləşdirmək üçün, belə demək mümkündür:

Peyğəmbər ( ﷺ ) Qatadə (رضي الله عنه) ın hədisindəki günlərə bağlı qalmayaraq sair günlərdə də oruc tutardı ki, belə etməklə də sünnətin yerinə gətirilməsinin mümkün olduğu bilinsin.

Və yaxud Peyğəmbər ( ﷺ ) in bəzi məşğuliyyətləri yaranardı. Buna görə də, 3 günlük orucu, ayın başqa günlərində tutardı.

Xülasə olaraq, bütün rəvayətlərdən çıxan nəticə budur ki:

Hər ayın 13, 14, 15-ci günlərində oruc tutmaq müstəhabdır və hər ayın başlarından olsun, ortalarından olsun, sonlarından olsun, 3 gün oruc tutmaq müstəhabdır.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam: Hər aydan 3 gün oruc tutmaq haqqında gələn hədislər babı, hədis no: 1707
[2]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam, hədis no: 1708)
[3]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam, hədis no: 1709)

Read 109 times
In order to make a comment, please login or register