Hər bidət dəlalətdirmi?
Dində uydurulan yeni şeylərdən (yeni fikirlərdən, yeni hökmlərdən, yeni tətbiqatlardan) çəkinin. Çünki bu növdən olan hər yeni şey, dəlalətdir.
Rəsulullah ( ﷺ ) , bu sözü ilə, ümmətini özündən sonra meydana çıxacaq bidətlərdən və din sərhəddini aşan fikir, görüş, tətbiqatlardan çəkindirmiş və bu şeylərin dəlalət olduğunu bildirərək, onlara etibar edilməməsini istəmişdir.
Bidət deyilən və çəkinilməsi gərəkən bu şeylər, Şəriətdə mövcud bir əsl və qaydaya dayanmayan keyfi uydurmalardır.
Şəriətdə mövcud bir əsl və qaydaya dayanan yeni şeylər və yeniliklər isə, daha sonra meydana çıxmalarına/çıxarılmalarına baxmayaraq, bidət deyildirlər.
Quruluşu etibarı ilə sabit olan dinin, zaman içində dəyişən şərtlərlə ayaqlaşması və ortaya çıxan ehtiyaclara cavab verməsi, onun öz bağrından çıxan/çıxarılan yeni şeylər və yeniliklər sayəsində gerçəkləşir.
Onun öz bünövrəsində mövcud olmayan yeniliklər isə, onu pozarlar və onu din olmaqdan başqa bir şey halına gətirərlər. Bu səbəblə bidətlər, din üçün ən təhlükəli şeylər qəbul edilmişdirlər.
Cabir bin Abdullah (رضي الله عنه) 'in rəvayətinə görə, Rəsulullah ( ﷺ ) , Cümə günündəki bütün xütbələrində belə deyərdi:
Ən xeyirli söz, Allah Taala'nın sözüdür.
Ən xeyirli sünnət, Muhamməd'in sünnətidir.
Ən pis şeylər isə, dində uydurulan şeylərdir.
Bidət olan bu şeylər, dəlalətdirlər.
Kəsir b. Abdullah (رضي الله عنه) 'ın rəvayətinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur:
"Kim, dində əsli olmayan bir bidət uydurarsa, özünə o bidətlə əməl edənlərin günahları qədər günah yazılar."
Rəsulullah ( ﷺ ) 'in: 'Hər bidət, dəlalətdir.' sözü, eynilə, daha öncə keçən:
Bir kimsə dinimizdə olmayan bir şey uydurarsa, uydurduğu şey rədd edilər - sözü kimidir.
Bu iki söz də, dində əsli olmadığı halda, din adına uydurulan hər şeyin rədd edilən bir bidət və dəlalət olduğunu ifadə edərlər.
Uydurulan bidətlər:
• etiqad;
• ibadət
və ya digər din işlərilə bağlı ola bilərlər.
Bütünü də pis olan bidətlərin ən pis olanları isə, etiqad ilə bağlı olanlarıdır. Çünki bunlar sahibini küfrə götürə bilərlər.
Bidət kimi görünsə də, həqiqətdə bidət olmayan, bidət adlandırılsa belə, yalnızca ismi etibarı ilə belə olan yeniliklər də vardır.
1• Bunlardan biri, təravih namazını camaatla qılmaqdır.
Bu namazı camaatla qıldıran və onun bu şəkildə qılınmasının gözəl bir bidət olduğunu söyləyən, Hz. Ömər'dir.
Ancaq bu, durub dururkən uydurulmuş bir bidət deyildir. Çünki daha öncə Rəsulullah ( ﷺ ) , bir neçə gecə (3 gecə) bu namazı səhabələrilə birlikdə camaat halında qılmış və lakin daha sonra onun bu şəkildə qılınmasının fərz qılınmasına yol aça biləcəyindən narahatçılıq duyaraq evinə çəkilmiş və onu tək başına evində qılmışdır.
Səhabələr də kimiləri tək başlarına, kimiləri də kiçik camaatlar halında, bu namazı qılmağa davam etmişlərdir. Rəsulullah ( ﷺ ) də Ramazanın son 10 gününün tək olan gecələrində etiqaf'da ikən yanında olan bir-iki nəfərlə bu namazı yenə camaat halında qılmışdır.
Rəsulullah ( ﷺ ) , ayrıca bir çox hədisdə oruc gecələrini iqamə etməyi (namazla ihya etməyi) nəsihət etmiş, bunu etmənin böyük bir savab daşıdığını söyləmiş və beləcə təravih namazına təşviq etmişdir.
Qaldı ki, Rəsulullah ( ﷺ ) , rəşidi xəlifələrin sünnətinə (tətbiqatlarına) tabe olmağı əmr etmiş və bununla onların sünnətinin (tətbiqatının) bidət məfhumuna daxil olmadığını ortaya qoymuşdur.
2• Bunlardan bir digəri, məscidlərdə sistemli bir şəkildə vaaz (məscidlərdə dini söhbətlər) edilməsidir.
Rəsulullah ( ﷺ ) , sistemli bir şəkildə vaaz etməzdi. O, hər cümə günü xütbə oxuyar, bunun xaricində isə, ara-sıra və ehtiyac duyduqca vaaz edərdi.
Lakin özündən sonra ehtiyac yarandığında, səhabələr vaxtından etibarən sistemli bir şəkildə vaaz vermə yoluna gedildi.
Sistemli vaaz edən səhabələrdən biri, Abdullah b. Məsud (رضي الله عنه) 'dur. Bu səhabə, hər cümə axşamı günü vaaz etmiş və insanlara dini anlatmışdır.
Abdullah b. Abbas (رضي الله عنه) da vaaz etmək istəyənlərə bunu söyləyərdi:
"Həftədə bir dəfə vaaz edin. Ehtiyac və istək görsəniz, iki dəfə vaaz edin. Daha çox vaaz etmək istəsəniz, sayını üçə çıxarın.
Lakin bundan daha çox vaaz edərək insanları vaaz dinləməkdən bezdirməyin."
Hz. Aişə (radiyallahu anha) anamız da, Mədinə vaizi İbn-i Əbi's-Saib'ə eynilə Abdullah İbni Abbas (رضي الله عنه) kimi nəsihət etmiş və ona belə demişdi:
Bir gün vaaz ver, digər gün də camaata istirahət etdir.
Həsən əl-Bəsri ( رحمه الله) belə deyir:
Sistemli bir şəkildə vaaz vermək, bidətdir. Ancaq o nə gözəl bidətdir. Onun sayəsində neçə-neçə dualar edilər, neçə-neçə ehtiyaclar ortadan qaldırılar və neçə-neçə gözəl dostluqlar qurular.
İmam Şafei (رضي الله عنه) :
Bidət, mədh edilən və pislənən olmaq üzərə 2 qisimdir. Sünnətə tərs düşən bidət isə, pislənən bidətdir.
demiş və Hz. Ömər (رضي الله عنه) 'in camaatla qılınan təravih üçün:
'Bu, nə gözəl bidətdir.' sözünü dəlil olaraq göstərmişdir.
Sünnətə uyğun olan bir şeyə bidət demək, sadəcə şəkli etibarı ilə yeni olmasından dolayıdır. Çünki bu şey, mənası və ruhu etibarı ilə sünnətdə və şəriətdə mövcuddur. Bu səbəblə, bu şey, dindən xaric bir şey deyildir.
İmam Şafei (رضي الله عنه) , bidətləri ikiyə ayıran bu sözünü başqa bir yerdə daha açıq bir şəkildə belə təkrarlamışdır:
Yeni ortaya çıxarılan şeylər iki qisimdir. Bir qismi, Qurana, sünnətə, əshabın görüşlərinə və ümmətin icmaına tərs düşən şeylərdir. Bu şeylər bidət və dəlalətdirlər.
Bir qismi isə, zikr edilən qaynaqlara tərs düşməyən xeyir növündən olan şeylərdir. Bu şeylər, yeni də olsalar, bidət və dəlalət deyildirlər."
Bu sözdən də anlaşıldığı kimi, bir şeyin bidət olub olmadığını təyin edən ölçü, onun Quran, Sünnət, səhabələrin görüşü və ümmətin icmaına uyğun olub və ya olmamasıdır.
Rəsulullah ( ﷺ ) və 4 rəşidi xəlifə vaxtında, dində bidət yox idi. Bidət, bu dönəmdən sonra baş göstərdi...
İbn Rəcəb əl-Hənbəli, Camiu'l-Ulum və'l-Hikəm, 28-ci hədis: "İtaət etmək, sünnətə tabe olmaq və bidətlərdən çəkinmək haqqındadır.", 2. Cild, s. 146-148
İbn Rəcəb əl-Hənbəli, Camiu'l-Ulum və'l-Hikəm, 28-ci hədis: "İtaət etmək, Sünnətə tabe olmaq və Bidətlərdən uzaq durmaq haqqındadır.", 2. Cild, s. 149-152
- Dörd xəlifədən birinin bir görüşü, digər hər hansı bir səhabənin görüşünə tərcih edilər mi? Hz Ömərin Təravih namazını 20 rükət qılmasına səhabələrin münasibəti necə olub?
- Dörd haqq məzhəbdə (Hənəfi, Şafei,Maliki, Hənbəli) Şəvval orucunu tutmaq müstəhəbdirmi?
- Hz.Ömərin "Təravih nə gözəl bir bidətdir'- sözünün izahı nədir?
- Ramazan və Qurban bayramı günlərində günortaya kimi qida qəbul edilməməsi Peyğəmbərimizin əməlinə ziddirmi?
- Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin anlamı nədir?
- Hər ayın 13, 14 və 15-ci günü oruc tutmaq müstəhəbmidir?
- Osmanı xəlifə məqamına Ömərmi təyin etmişdir?
- Allahın ən çox sevdiyi oruc hansıdır?
- Davud peyğəmbərin orucu haqqında məlumat verərsinizmi?
- Qədr gecəsi Ramazan ayının hansı gününə təsadüf edir.?