Hər hansı bir kimsənin cənnətlik və ya cəhhənəmlik olduğunu necə bilə bilərik?

Əbu Zuheyr əs-Səqafi (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Nəbavət və ya Bənavət'də (ravi deyir ki, Nəbavət, Taifdə bir yerdir) bizə belə buyurdu:

"Siz, cənnətlik olanları, cəhənnəmlik olanlardan ayırd edib tanıya bilərsiniz."

Səhabələr:

"Onları ayırd edib tanımaq nə ilə ola bilər?" diyə soruşdular. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Yaxşılıqla və pisliklə anmaq surətilə. Çünki siz bir biriniz haqqında (şahidlik edən) Allah'ın şahidlərisiniz." buyurdu.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "İnsanı gözəl sifətlərilə anmaq babı", hədis no: 4221)

-----------------------

İzahı:

Səna-i həsən: İnsanı yaxşı və gözəl sifətlərilə anmaq deməkdir.

Səna-i səyyi: İnsanı pis sifətlərilə anmaqdır.

----------------------

Bu hədisə görə:

• Cənnətlik olmanın əlaməti, insanın yaxşılıqla anılmasıdır. 

• Cəhənnəmlik olmanın əlaməti də, insanın pisliklə anılmasıdır.

------------------------

Hədisin: "Siz (yer üzündə) Allahın şahidlərisiniz." cümləsində muxatablar (xitab edilənlər), səhabələrdir. 

Yəni səhabələr bir kimsəni təzkiyə edərək (təmizə çıxararaq, doğruluğuna şəhadət edərək) o kimsənin yaxşı bir şəxs olduğunu söylər və xeyirlə xatırlayarlarsa, bu təzkiyə və şahidlik, o kimsənin cənnətlik olduğunun əlamətidir.

Bunun əksinə, bir kimsənin pis olduğunu söyləyib onu şər ilə anarlarsa, bu şahidlik, o kimsənin cəhənnəmlik olduğunun əlamətidir.

Bəzi alimlər bu hökmün səhabələrə məxsus olduğunu söyləmişlərdir. 

Lakin digər bəzi elm adamları, bu hökmün səhabələrin izində addımlayan dindar müsəlmanlara da şamil olduğunu söyləmişlərdir.

İmam Sindi (əl-Hənəfi), bu 2 görüşü nəql etdikdən sonra belə deyir:

"Bir qövlə görə, xeyir ilə anmaq, insanın fel və hərəkətlərinə uyğun isə, yəni həqiqətən o şəxs, Allaha bağlı, ibadətinə düşkün və gözəl əxlaq sahibidirsə, o təqdirdə təzkiyə sayılır və onun cənnətlik olduğunun əlaməti sayılır. Əks təqdirdə sayılmaz."

Nəvəvi isə, belə deyir:

"Daha doğru olan görüş budur ki, bu hökm, ümumidir və mütləqdir. 

Bu etibarla, bir müsəlman ölər, hər kəs və ya xalqın çoxluğu, Allahın ilhamı ilə o müsəlmanı təzkiyə edərək xeyirlə anarlarsa, yaxşı bir kəs olduğunu söylərlərsə, bu təzkiyə və şahidlik, o kəsin cənnətlik olduğunun əlamətidir.

Hətta bu təzkiyə, onun fel və davranışlarına çox uyğun olmasa belə, hökm budur.

Çünki pislik işləyən kimsənin mütləq əzab çəkməsi və cəhənnəmə atılması vacib deyildir. Allah dilədiyini bağışlayar. 

Allahın o ölünü xalqın çoxluğuna təzkiyə etdirməsi, onu məğfirətinə qovuşdurmasının əlamətidir."

--------------------------

Buxari, Səhihində, Cənazə kitabının "İnsanların ölünü yaxşılıqla anması" babında, Ənəs (radiyallahu anh)'dan buna bənzər bir hədis rəvayət etmişdir. 

Müəllifimiz ibn Macə də bu hədisi rəvayət etmişdir (1491 no-lu hədis). 

Buxari'nin o hədisi ilə arxasındakının izahı bölümündə, ibn Həcər Asqalani, icmal olaraq belə deyir:

"İnsan haqqında yaxşı şahidlik və xeyir ilə anmaq xüsusunda, Davudi belə demişdir:

Bu mövzuda mötəbər olanı, fəzilət sahibi dürüst insanların şahidliyi və təzkiyəsidir. Fasiq və günahkar insanların şahidliyi, mötəbər deyildir. 

Çünki bu kimi insanlar, bəzən özləri kimi olan insanları tərifləyib yaxşılıqla anarlar. 

Bununla bərabər ölən o şəxs ilə, əleyində danışacaq kimsə arasında bir düşmənçiliyin də mövcud olmaması lazımdır. Çünki düşmənin şahidliyi mötəbər deyildir.

---------------

Hədisin ravisi, əbu Zuheyr əs-Səqafi (radiyallahu anh) səhabədir. Adı Muaz və ya Ammar b. Həmid'dir.

Read 7 times
In order to make a comment, please login or register