"Hər istədiyini yeməyin israf olaraq yetər." mənasını verən bir hədisi şərif varmıdır? Varsa maddi imkanları olan insanların canının istədiyi şeyləri sağlamlığına zərər verməyəcək şəkildə doyana qədər yeməsi israfdırmı?

    İbn Macə`nin Hz. Ənəsd`ən rəvayət etdiyinə görə,

    Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Hər istədiyini yeməyin israfdandır. "(İbn Macə, Ətimə, 51).

     Zəvaid`də bu hədisin zəif olduğu ifadə edilmişdir. (a.g.e).

     Bu hədisin mənası bu ola bilər:

    Həqiqətdə ehtiyacı olmadığı halda, yalnız nəfsinin həva və həvəsinə qapılaraq -yalançı bir iştaha ilə- gördüyü hər şeyi yemək, israfdır.

    İsraf, bir baxıma bədənə faydalı olmayan şeylərin yeyilməsi deməkdir. Nəfsin hər arzusunu yerinə yetirmək üçün, müxtəlif yeməkləri mədəyə doldurmağın çox vaxt mədəyə, bədənə fayda deyil, zərər gətirəcəyi bilinməkdədir.

"Ey iman edənlər! Sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin! Əgər yalnız Allâh'a qulluq edirsinizsə, O`na şükr edin!" (Bəqərə 2/172)

ayəsində ifadə edildiyi üzrə, hər cür halal ruzidən yemək içmək əslində mübahdır. Ancaq digər mövzularda olduğu kimi yemə içmədə də mötədil hərəkət etmək, ifratçılıqdan və israfdan qaçınmaq lazımdır. Qur'an-ı Kərîm'də bu vəziyyət belə bəyan edilməkdədir:

"Yeyin için; lakin israf etməyin! Çünki Allah israf edənləri sevməz." (A'râf, 7/31)

    Hər işin müəyyən bir qâyəsi vardır və niyyət, edilən işlərin qiymətini təyin etməkdə böyük bir vəzifə görər. Yemək də hansı niyyət və məqsəd üçün yeyilirsə, onun üçün güc və qüvvət olar. Buna görə yeməkdən məqsəd, zövq və ləzzət alaraq nəfsin boyunduruğu altına girmək deyil, Allâh'a qulluq və ibâdətə güc qazanmaq olmalıdır. Yəni yemək birbaşa məqsəd deyil, hədəfə gedən yolda bir vasitə olaraq görülməlidir. Yemək və içmədə təhlükəli olan şey, toxluq səbəbiylə günaha düşməkdir.

Read 5.514 times
In order to make a comment, please login or register