"Hər şeyin bir zəkatı vardır. Bədənin zəkatı da, orucdur." - hədisinin anlamı nədir?

Əbu Hureyrə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:

Hər şeyin bir zəkatı vardır. Bədənin zəkatı da, orucdur.

Ravi (hədisi rəvayət edən) Muhriz, öz rəvayətində Peyğəmbər ( ﷺ ) in:

" Oruc, səbrin yarısıdır"- buyurduğunu da əlavə etmişdir. [1]
-------------------------

İzahı:

Bu hədisi, İmam Taberani ( رحمه الله) , Sehl b. Sa'd (radiyallahu anh)'dan rəvayət etmişdir.

Imam Əbul Həsən əs-Sindi əl-Hənəfi ( رحمه الله) bu hədisin açıqlaması bəhsində belə deyir:

Yəni insan, hər şeydən bir miqdarını Allah üçün çıxarmalıdır. Çıxarılan miqdar, o şeyin zəkatı olur. Bədənin zəkatı da orucdur. Çünki bədən, Allah yolunda tutulan orucla nöqsanlaşır. Artıq bədəndən əksilən miqdar, sanki bədənin zəkatı olmaq üzərə, Allah rızası üçün bədəndən çıxarılmışdır.

Əl-Hafni ( رحمه الله) isə, Camiu's-Sağir haşiyəsində, hədisə belə izah gətirir:

Yəni zəkat, malı təmizlədiyi kimi, oruc da bədəni təmizləyir. Görünüşdə nöqsanlıq vermək kimi görsənsə də, bərəkət və daha çox fayda təmin etmək və ya daha çox şey qazandırmaq yönündən oruc, zəkata bənzətilmişdir.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kirabu's-Siyam: 'Oruc, bədənin zəkatıdır.' haqqındakı bab, hədis no: 1745

Read 3 times
In order to make a comment, please login or register