Həsəd etmək haqqında məlumat verə bilərsinizmi?

4208- Abdullah b. Məs'ud (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhu və səlləm) belə buyurmuşdur:

(Allah qatında sevimli) Qibtə, yalnız (bu) iki (yaradılış, təbiət)də vardır:

• Allahın bir mal verib onu haqq (yolun)da xərcləməyə müvəffəq etdiyi adam(ın bu təbiəti) və;

• Allahın bir hikmət verib o hikmətlə hökm edən və onu öyrədən adam(ın bu təbiəti)."

-----------------------

4209- Abdullah b. Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"(Allah qatında sevimli) Qibtə yalnız (bu) 2 (yaradılış, təbiət)'də vardır:

• Allahın Quran (elmini) verib gecə saatlarında və gündüz saatlarında onunla əməl edən adam(ın bu təbiəti); və

• Allahın mal verib onu gecə vaxtlarında və gündüz saatlarında xeyir yolunda xərcləyən adam(ın bu  təbiəti)."

---------------------------

4210- Ənəs (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"• Həsəd (yəni başqasındakı bir neməti gözü götürməmək), atəşin odunu yediyi (məhv etdiyi) kimi, savabları yeyər (bitirər). 

• Sədəqə də suyun atəşi söndürdüyü kimi xətanı söndürər.

• Namaz, möminin nurudur.

• Oruc da, atəşdən qoruyucu bir qalxandır."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Həsəd babı"

--------------------------

İzahı:

4208 no-lu ibn Məs'ud hədisini, Buxari, Muslim və Nəsai də rəvayət etmişlərdir. 

4209 no-lu ibn Ömər hədisini, Buxari, Muslim və Tirmizi də rəvayət etmişlərdir. 

---------------------

1. Həsəd kəliməsinin əsl mənası: bir kimsədə mövcud olan bir neməti gözü götürməmək, o nemətin o kimsənin əlindən çıxmasını təmənni etməkdir.

Bir nemətin, sahibinin əlindən çıxmasını təmənni və arzu edən şəxs, bu yolda bir səy göstərsin və ya göstərməsin, həsəd işləmiş olur.

Bu yolda bir cəhd və ya səy göstərərsə, o vaxd, həsəd və gözü götürməmək xətası yanında, zülm günahını da işləmiş olur.

Əgər bir kimsə, başqasının əlindəki nemətin əlindən çıxması arzusunu, iradəsi xaricində hiss edir və bu pis hisdən qurtulmaq istəyirsə, in şə Allah üzrlü sayılır.

Çünki iradə və istək xaricindəki hislərin arxasına düşülmədikcə, əksinə o hisdən nifrət edilib təmizlənmək istəndikcə, sadəcə o his, günah mahiyyətini daşımaz.

2. Həsədin bir də məcazi mənası vardır ki, ona qibtə deyilir. 

Yəni bir kimsənin əlindəki bir nemətin, o kimsənin əlindən çıxması arzulanmır, amma bənzərinə qovuşulmaq istənilir.

O nemət, dünyalıq bir nemət isə, bənzərinə qovuşmağı arzulamaq, mübah bir arzudur, çəkiniləcək bir tərəfi yoxdur.

Əgər din ilə bağlı bir nemət isə, bənzərinə qovuşmağı arzulamaq, müstəhəbdir.

--------------------

"Həsəd" kəliməsi, ilk 2 hədisdə sevimli və məqbul qibtə etmək mənasındadır. 

Son hədisdə isə, gözü götürməmək mənasındadır.

Başqa bir kimsənin əlində olan bir neməti gözü götürməmək, o nemət və ya təbiət sahibinin əlindən çıxmasını arzulamaq, Kitab, Sünnət və İcma ilə haramdır.

Son hədisdə bildirildiyi kimi bu mənəvi xəstəlik, sahibinin savablarını məhv edər. 

Başqasının əlində olan bir nemətə qibtə etmək, yəni bir bənzərinə qovuşmağı arzulamaq isə, məşrudur, qadağan deyildir.

Əgər o nemət dinidirsə, ona qibtə etmək müstəhəbdir, savabdır. 

İlk 2 hədisdə məşruluğu bildirilən həsəd, yəni qibtə etmək, bu növdəndir.

Birinci hədisdə məşruluğu bildirilən 2 təbiət bunlardır:

1. Bir möminin əlindəki malı bir ölçü daxilində haqq yolunda və xeyir uğrunda xərcləmə təbiətidir (müəyyən bir ölçü daxilində).

Əslində hədisdə bu qeyd (məhdudiyyət) yoxdur. Amma insanın malının bütününü xeyir yollarına xərcləyib də, ailə fərdlərini xalqa əl açacaq hala salması, dinən məqbul bir davranış deyildir.

Bu xüsusda varid olan hədislər mövcud olduğu kimi, bəzi ayətlərdə buna işarət vardır. Bu səbəblə bu qeyd məlhuzdur (düşünülmüşdür).

2. Bir möminin əldə etdiyi dini elm və bununla hökm etməsi və bildiyini başqasına öyrətməsi təbiətidir.

İkinci hədisdə məşruluğu bildirilən 2 təbiətdən biri, yuxarıdakı birinci maddədə keçən təbiətdir. Digəri də, Quranı bilib onunla əməl etmək təbiətidir. Bu təbiət də, birinci hədisdə keçən dini elm təbiətinin eynisidir, deyilə bilər.

Çünki "Quranı bilib onunla əmək etmək..." ifadəsi, geniş mənaları muhtəvidir. Quranı oxumaq, öyrətmək, onunla hökm etmək və bənzəri xüsusları ehtiva edər.

---------------------

4210 no-lu Ənəs (radiyallahu anh) hədisinin ilk cümləsi, Əbu Davud tərəfindən də rəvayət edilmişdir. Əbu Davud'un "Ədəb" kitabında, "Həsəd haqqında gələn hədislər" babında, əbu Hureyrə'dən rəvayət etdiyi hədis belədir:

"---عن أبي هريرة عن النبي صلى الله عليه وسلم قال :

 إياكم والحسد فإن الحسد يأكل الحسنات كما تأكل النار الحطب أو قال العسب.---"

"Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Həsəddən uzaq durun. Çünki həsəd, atəşin odunu (və ya ravi dedi ki) yaş otu yediyi (məhv etdiyi) kimi, savabları yeyər (məhv edər)."

-----------------------

Bu hədisdən çıxan hökmlər:

1. Həsəd, sahibinin savablarını bitirər.

2. Sədəqə, sahibinin günahlarını bağışladar. Günahlarından dolayı layiq olduğu atəşi söndürər.

3. Namaz, sahibi üçün bir nurdur.

4. Oruc, cəhənnəm atəşinə qarşı qoruyucu bir qalxandır. Sahibini bəzi günahlardan qoruyar və bəzi günahların da bağışlanmasına vəsilə olar. Beləcə, cəhənnəm atəşinə bir pərdədir, əngəldir.

Read 22 times
In order to make a comment, please login or register