"Həsən və Hüseyn: Cənnət gənclərinin seyyidləridir."

Abdullah b. Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Həsən və Hüseyn (radiyallahu anhum), Cənnət əhlinin gənclərinin seyyid (böyük)'ləridir. Ataları (olan Əli b. əbi Talib) (radiyallahu anh)'da ikisindən daha xeyirlidir."

İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, hədis no: 118

---------------------

Hz. Əli b. əbi Talib'in oğulları Həsən və Hüseyn'in (radiyallahu anhum)'un fəziləti:

Hz. Həsən (radiyallahu anh)'ın hal tərcüməsi:

Həsənin atası Əli və anası Fatimə (radiyallahu anhum)'dur. Peyğəmbər'in böyük nəvəsidir. Hicrətin üçüncü ili Ramazan ayında doğulmuşdur. Ənəs (radiyallahu anh), onun Peyğəmbər'ə şəklən çox bənzədiyini söyləmişdir. Səbr, kərəm və s. bir çox fəzilətləri nəql edilmişdir. 

İbn Cud'an, Hz. Həsən'in 15 dəfə piyada olaraq həcc etdiyini, 2 dəfə malının bütününü, 3 dəfə də sərvətinin yarısını sədəqə etdiyini söyləyir.

37 yaşında xilafət məqamına keçmiş, 7 ay qədər İraq, Hicaz, Xorasan və Yəmən tərəflərinə hakim olduqdan sonra, özü ilə Muaviyə (radiyallahu anh) arasında bir müharibə olmaması və 2 ordu arasında qan tökülməməsi üçün, xilafətdən fərağat etmişdir.

Bundan sonra da 7 il qədər yaşayıb hicrətin 49-cu ilində zəhərlənərək Mədinə'də vəfat etmiş  Baqi məzarlığına dəfn edilmişdir.

Sələbə ibni Malik belə deyir:

"hz. Həsən'in dəfnində hazır olduq, Baqi'də iynə atacaq boş yer qalmamışdı. Hər tərəf insanlarla dolu idi."

Hz. Həsən, babası olan Peyğəmbər'dən 13 hədis rəvayət etmişdir. Ayrıca Atasından da hədis rəvayət etmişdir. Özündən də oğlu, Həsən, əbu'l-Havra Rabia, əbu Vail və ibn Sirin hədis almışlardır. (bax: Xülasə, s. 79)

Hz. Hüseyn (radiyallahu anh)'ın hal tərcüməsi:

Hz. Hüseyn, yaşca Həsən'dən balacadır. Babası olan Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən 8 hədis almışdır. Ayrıca Atası, Anası və Ömər (radiyallahu anh)'dan hədis rəvayət etmişdir. Özündən də hədis rəvayət edənlər aşağıdakılardır:

• Oğlu Əli Zeynə'l-Abidin;
• Onun oğlu Zeyd;
• Qızları Səkinə və Fatimə'dir.

İbn Sa'd'ın dediyinə görə, hz. Hüseyn hicrətin dördüncü ilində dünyaya göz açmışdır.

Əbu Davud Tayalisi'nin hz. Əli'dən rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) qızı Fatimə'yə:

"Şübhəsiz, Mən, Sən, bu 2 balaca və bunların Atası Əli, Cənnətdə bir yerdə olarıq." buyurmuşdur.

Ümmü Sələmə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, bir dəfə Həsən'lə Hüseym, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hüzurunda oynayarkən, Cəbrail (əleyhissəlam) gəlmiş və hz. Hüseyn'ə işarət edərək belə deyir:

"-Ey Muhamməd! Səndən sonra ümmətin, Sənin bu oğlunu öldürəcək."

Allah rəsulu (sallallahu aleyhi və səlləm) də kədərindən ağlamış və uşağı bağrına basmışdır. Sonra Cəbrail:

"-Ey Allahın rəsulu! Yanınıza bu torpağı buraxıram."

Peyğəmbər (sallallahu aleyhi və səlləm) torpağı almış və qoxulamış. Bu torpaqdan kədər və bəla qoxusu gəlir, buyurmuş və ümmü Sələmə'yə xitabən:

"Ey ümmü Sələmə! Bu torpaq nə vaxd qana çevrilsə, bil ki, o zaman Mənim bu oğlum, o anda qətl edilmişdir." buyurmuşdur.

Ümmü Sələmə deyir ki:

"Mən, bu torpağı bir şüşənin içərisinə qoydum. Buna hər gün baxdım. O fəlakət günü gəldiyində, həqiqətən torpağın qana çevrildiyini müşahidə etdim."

Hz. Hüseyn (radiyallahu anh), Kərbəlada hicrətin 61-ci ili Aşurə günü 54 yaşında ikən şəhid edilmişdir. (bax: "Xülasə", s. 83)

---------------------

İzahı:

İmam Sindi (əl-Hənəfi), bu hədisin izahında deyir ki, mətndə keçən "şəbab" kəliməsi, "şabb"ın cəm halıdır.

"Şabb": Büluğ yaşı ilə 30 yaş arasındakı gəncə deyilir. Cənnət əhlinin hamısının gənc olacağı məlumdur. Buna görə, Allah rəsulu'nun nəvələri Həsən və Hüseyn (radiyallahu anhum)'un bütün cənnətliklərdən üstün olduqları ifadə edilmiş olur.

Ancaq Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in və digər peyğəmbərlərin və Raşidi xəlifələrin, bu hökmdən müstəsna olduqları diqqətə alınır. 

Hədis başqa şəkillərdə də açıqlanmışdır, deyən Sindi, bu izahlardan birinin belə olduğunu deyir:

"Həsən və Hüseyn, gənc yaşda ölən Cənnətliklərin böyükləridir." 

Gənclərin böyükləri olmaları üçün, onların da gənc yaşda ölmüş olmaları gərəkməz. Ancaq bu var ki, bu 2 şəxs, yaşlı ikən ölən müsəlmanların çoxlarından da üstün olduqları halda, bu hal ifadə edilməmiş olur. 

Bunun səbəbi də belə izah edilə bilər:

Bunlar çox da qocalmadan şəhid olduqları hesabı ilə, gənclər kimi düşünülmüş və onun üçün gənclərin böyükləri olduqları bildirilmək istənilmişdir. 

Bununla bərabər, yaşlı müsəlmanlardan üstün olmadıqları mənası çıxarıla bilməz.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) bu hədisi buyurarkən, Həsən və Hüseyn (radiyallahu anhuma), uşaq olduqları və hələ gənclik çağına varmadıqları üçün, onların gənc sayılması yolunda bir açıqlama caiz görülməməkdədir.

---------------------

Zəvaid müəllifi Heysəmi, hədisin isnadı haqqında danışdıqdan sonra belə deyir:

Hakim də "əl-Mustədrək" adlı kitabında bu hədisi, ibn Macə kimi ravi əl-Mualla b. Abdurrahman yolu ilə rəvayət etmişdir. 

Ravi əl-Mualla isə, ibn Muin'in dediyi kimi, hz. Əli'nin fəziləti haqqında 70 ədəd mövzu (uydurma) hədisi ilə etirazlara hədəf olmuşdur.

Bu səbəblə, hədisin məzkur (zikr edilən) sənədi, zəifdir.

Hədisin əsli, Tirmizi və Nəsai'də Huzeyfə (radiyallahu anh) rəvayəti ilə taxric edilmişdir.

Sindi daha sonra belə deyir:

Hakim'in: "Hədisin əsli..." təbirindən məqsəd, Tirmizi və Nəsai'nin rəvayətlərində hədisin sonundakı:

"...və onların atası Əli, onlardan daha xeyirlidir." cümləsi yoxdur.

Tirmizi, bu son cümlə xaric, eyni mətni əbu Səid (radiyallahu anh) yolu i də rəvayət etmişdir.

Read 11 times
In order to make a comment, please login or register