Həsən və Hüseynin fəziləti

142- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Həsən (b. Əli) üçün belə dua etdi:

"Allahım! Həqiqətən Mən, bunu sevirəm. Bunu, Sən də sev və bunu sevəni də sev."

Əbu Hureyrə (radiyallahu anh) deyir ki:

"Və Allah rəsulu (sallallahu aleyhi və səlləm) onu bağrına basdı."

------------------------

143- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Həsən və Hüseyni sevən kimsə, şübhəsiz Məni sevmiş olar. 

Və onlara buğz edən (düşmənlik edən), Mənə buğz etmiş olar."

Not:

Heysəmi'nin "Məcmau'z-Zəvaid"ində, hədisin sənədinin səhih və ravilərinin siqa olduğu bəyan edilmişdir.

-------------------------

144- Səid b. əbi Raşid (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Ya'la b. Murrə (radiyallahu anh) onlara:

Özləri (bir camaat halında) Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə dəvət edildikləri bir yeməyə getdikləri vaxt, küçədə oynayan Hüseyn ilə anidən qarşılaşıldı.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) bərabərindəki camaatın önünə keçdi və 2 qolunu açdı. (Hüseyni tutmaq istədi). Uşaq isə, ələ keçməmək üçün ora-bura qaçırdı. Allah rəsulu (sallallahu aleyhi və səlləm) uşaqla gülüşərək (onu qovalıyırdı).

Nəhayət, onu tutdu, sonra bir əlini uşağın çənəsinin altına, digər əlini onun boynuna qoydu, bundan sonra onu öpdü və belə buyurdu:

"Hüseyn, Məndən bir parçadır. Mən də Hüseyn'dənəm. Kim Hüseyni sevərsə, Allah da onu sevsin. Hüseyn, əsbat (nəvələr)'dən bir sibt (nəvə)'dir."

Əli b. Muhamməd, Vəki və Sufyan'dan rəvayət edilən ikinci bir sənəd ilə eyni hədis, bizə (ibn Macə'yə) gəlib çatmışdır.

Not:

Zəvaid'də hədisin sənədinin həsən və ravilərinin siqa olduğu bəyan edilmişdir.

-------------------------------

145- Zeyd b. Ərqam (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) Əli, Fatimə, Həsən və Hüseyn (radiyallahu anhum)'a xitabən belə buyurdu:

"Sizlər:

• Sülh halında olduğunuz kimsə ilə, Mən də sülh halında olaram; və

• Hərb halında olduğunuz kimsə ilə Mən də hərb halında olaram."

İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: Əli b. əbi Talib'in oğulları Həsən və Hüseyn (radiyallahu anhum)'un fəziləti"

-----------------------

İzahı:

Həsən və Hüseyn (radiyallahu anhum)'a dair rəvayətlərin çoxu müştərək olduğu üçün müəllifimiz ibn Macə, bu 2 imamın fəzilətinə dair hədisləri bir başlıq altında toplamışdır.

Muslim, ilk hədisi, 4 sənəd ilə Səhih'ində rəvayət edir. Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyi mətnlərdən biri, bir az uzundur. Bu rəvayət belədir:

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o, belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm) (bir dəfə) gündüz bir ara (evindən) çıxıb, nə O mənə, nə də mən Ona bir şey demədən Qaynuqa bazarına çatıncaya qədər (yeridi). Sonra dönüb Fatimə (radiyallahu anha)'nın evinin önündə bir kənara oturdu və (Həsəni qəsd edərək):

-"Balaca, ordasan mı, balaca ordasan mı?" diyə soruşdu.

Fatimə (radiyallahu anha) uşağın o dəqiqə evdən çıxmasını bir az dayandırdı. Bu əsnada ya uşağı geyindirirdi, yaxud da saçını-başını yuyub darıyırdı, sanıram.

Sonra uşaq qaçaraq gəldi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) uşağı qucaqladı və öpdü. Daha sonra:

"Allahım! Sən bu uşağı sev, bunu sevəni də sev."

-----------------------

Muslim'in şarihi (şərh edəni) Nəvəvi, bu hədisi açıqlayarkən, hədisdən istifadə edilən xüsusları belə sıralayır:

•1• Uşaqları yaxşı geyindirməyin; təmizləməyin;
saçlarını daramağın; xüsusilə də böyük adamların yanına gedəcəkləri zaman üst-başlarının təmiz tutulmasının müstəhəb olduğu;

•2• Peyğəmbərin bazara gedib dolaşması, Fatimə'nin evinin önündə bir tərəfə oturması, uşaqla zarafatlaşması və onu qucaqlaması ilə Peyğəmbərin uca bir təvazöyə (alçaq könüllülüyə) sahib olduğu;

•3• Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əxlaqı ilə əxlaqlanmaq halında olan biz möminlərin bu nümunə təvazödən dərs alması üçün işıq tutduğu;

•4• Uşaqları öpmək, qucaqlamaq və onlarla zarafatlaşmağın müstəhəb olduğu anlaşılır.

-------------------------

Büluğ yaşına çatmış və ya keçmiş olan 2 kişinin qucaqlaşması və bir-birinin boynuna sarılması məsələsi xüsusunda isə, alimlər arasında ixtilaf vardır. Belə ki:

• Muhamməd b. Sirin, Abdullah b. Avn, əbu Hənifə və Muhamməd, qucaqlaşmanın məkruh olduğunu söyləmişlərdir.

Bunların dəlili, Tirmizi'nin rəvayət edib və isnadının həsən olduğunu söylədiyi Ənəs b. Malik (radiyallahu anh)'ın hədisidir. 

Ənəs (radiyallahu anh) deyir ki:

Bir adam Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək:

"Biz müsəlmanlardan birisi, mömin qardaşına və ya bir dosduna rastladığında, ona hörmətən əyilməlidir mi?" diyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"-Xeyir! (əyilməməlidir)" diyə cavab verdi.

 Adam:

"-Onu qucaqlayıb öpməlidir mi?" diyə soruşduğunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"-Xeyir!" diyə cavab verdi. Bu dəfə sual sahibi:

"Musafaha (əl sıxmaq) etməlimidir?" dedi. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"-Bəli!" diyərək musafahanı (əl sıxmağı) uyğun gördü.

• Digər tərəfdə, Şabi, əbu Micləz, Lahiq b. Humeyd, Amr b. Meymun, Əsvəd b. Hilal və əbu Yusuf, qucaqlaşmada bir beis yoxdur, demişlərdir. Bu görüş, Ömər (radiyallahu anh)'dan nəql edilmişdir. 

Onların dəlili bu hədisdir:

"Cəfər b. əbi Talib deyir ki:

Biz Həbəşistan'dan döndüyümüzdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) məni qucaqladı."

Bu hədisin raviləri, bütünü ilə siqadır (güvəniləndir). 

İmam Tahavi (əl-Hənəfi) belə deyir:

"Bir çox səhabənin bir-birilərilə qucaqlaşdıqlarını rəvayət edərək, onların bu hərəkətləri qucaqlaşmanın müstəhəbliyi haqqında Peyğəmbər'dən rəvayət edilən hədislərin, qucaqlaşmanın qadağanlığına dair olan hədislərdən sonra olduğuna dəlalət edər."

2 kişinin qucaqlaşması, Hənəfi məzhəbinə görə caizdir.

Muslim, "Səhih"ində, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyi və yuxarıya tərcüməsini aldığımız hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Hüseyni öpdüyü bildirilir. İbn Macə'nin Ya'la b. Murrə'dən rəvayət etdiyi 144 no-lu hədisdə də eyni hal bildirilir.

Hənəfi məzhəbinin böyük fəqihlərindən əbu'l-Leys əs-Səmərqəndi "Camiu's-Sağir şərhi"ndə öpmək məsələsini belə izah edir:

"Öpmək, təzim, şəfqət, mərhəmət və məhəbbət üçün olmaq üzərə 5 növdür:

1. Tə'zim üçün öpmək: Möminin hörmətli gördüyü şəxslərin əlini öpməsi kimi;

2. Şəfqət üçün öpmək: Uşağın öz ata və anasını öpməsi kimi;

3. Mərhəmət üçün öpmək: Ata və ananın öz uşağının yanağını öpməsi kimi;

4. Şəhvət üçün öpmək: Kişinin öz zevcəsini öpməsi kimi;

5. Məhəbbət üçün öpmək: Qardaşların, dostların bir-birilərinin yanağını öpməsi kimi."

Bəzi fəqihlər, bu 5 növə, dini öpmək növünü də əlavə etmişlərdir ki, bu da, Həcəru'l-Əsvədi öpməkdir.

Öpmənin caizliyi xüsusunda bir çox hədis varid olmuşdur. Ancaq bu hədislər, hörmət üçün olan öpmə növləri ilə açıqlanmışdır. Şəhvət məqsədi ilə olarsa, zevc və zevcə müstəsna olmaqla, caiz deyildir.

------------------------

Hədisdə keçən: "Həsən və Hüseyni sevən..." cümlələri:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə nəvələri arasında ittihad (birlik) və bütünlüyü ifadə edir. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bir parçası olduqları üçün onları sevmək, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i sevmək olur. Və onlara buğz etmək (düşmənçilik etmək), Peyğəmbərə buğz etmək sayılır.

İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi), bu hədisi açıqlayarkən belə deyir:

"Hədis, Həsən və Hüseyni (radiyallahu anhum) sevmənin fərz olduğunu, onsuz imanın tamamlanmadığını bildirir. Çünki Peyğəmbəri sevmənin hökmü budur. Peyğəmbəri sevmək də, onları sevməklə məhdudlanmışdır. İnsan, onları sevmədikcə, Peyğəmbəri sevmiş sayılmaz."

----------------------

Hədisdəki: "Hüseyn əsbat'dan bir sibt'dir." cümləsində keçən:

•1• "Sibt": "Nəvə" deməkdir.

Bu cümlə, Peyğəmbər ilə Hüseyn'in tək vücud olduğunu təyid (qüvvətləndirmək) üçün istifadə edilmişdir. 

"Bu cümlənin, Hüseyn'in Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə nəvə olmağa layiq bir şəxsiyyət olduğunu bəyan etmək üçün gətirilmiş olduğu möhtəməldir."

•2• "Sibt": "Qəbilə" mənasında da istifadə edilmişdir. 

Burada, bu mənanın murad olunduğunu söyləyənlər də vardır. Belə olduğu təqdirdə, hədisin bu cümləsindən məqsəd:

"Hüseyn'in nəslinin davam edib çoxalacağını bildirməkdir."

•3• "Sibt": "Ümmət" mənasında da istifadə edilmişdir.

"Yəni Hüseyn xeyir sifətlərinin bütünündə kamal mərtəbəyə çatdığı üçün, tək başına bir ümmətdir."

Necə ki, Nəhl surəsinin 120-ci ayətində, Allah Taala, İbrahim (əleyhissəlam)'in bir ümmət olduğunu belə bəyan etmişdir:

"---...إِنَّ إِبْرَ‌ٰهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ ٱلْمُشْرِكِينَ---"

"Şübhəsiz İbrahim, haqq dinə yönələn, Allaha itaətə davam edən (bütün xeyir vəsifləri şəxsində toplayan) bir ümmət idi. Heç bir zaman, Allaha ortaq qoşanlardan olmadı."

-----------------------

Hədisin ravisi: Ya'la b. Murrə əs-Saqafi əbu'l-Murazim, səhabədir. İbn Siyabı künyəsi ilə tanınmışdır. Hudeybiyyə və Xeybər səfərində olmuşdur. Özündən bir miqdar hədis rəvayət edilmişdir. Raviləri: oğulları olan Abdullah və Osman'dır. (bax: "Xülasə", s. 438)

Read 12 times
In order to make a comment, please login or register