Həsib isminin şərhi
41. Həsib isminin şərhi:
Bu isim, "kifayət edən" deməkdir. O (yəni, Allah), Özünə aid olan hər şeyə kifayət edəndir. Allah Taala, hər kəsə, həsib və kafi (kifayət edən)'dir.
Bu vəsf, həqiqi mənada, başqası üçün təsəvvür edilə bilməz. Çünki, kifayətə ehtiyac duyan (bir varlıq), buna:
~ varlığında;
~ varlığının davamında; və
~ varlığının kamalında
ehtiyac duyar.
Varlıqda, Allah (azzə və cəllə)'dən başqa, bir şeyə, tək başına kifayət edən bir şey yoxdur. Şübhəsiz, O, tək başına, bəzi şeylərə deyil; hər şeyə kifayət edəndir. Yəni, O, tək başına, əşyanın (yəni, şeylərin),
~ vücuda gəlməsi (yəni, varlıq qazanması);
~ varlıqlarının davam etməsi; və
~ varlıqlarının kamillik qazanması
üçün, kifayət edəndir.
Zənn etmə ki, yeyəcək və içəcəyə, yer üzünə, səmaya, günəş və digər şeylərə ehtiyac duyduğunda, Ondan başqasına ehtiyac duydun və O, sənə kifayət etmədi. Çünki O, yeyəcək və içəcəyi, yeri, göyü və günəşi yaratmaq surətilə, sənə kifayət edəndir.
Zənn etmə ki, uşağın, özü ilə maraqlanacaq və onu əmizdirəcək bir anaya ehtiyac duymasından dolayı, Allah, o uşağa kifayət edən deyildir. Əksinə, Allah (azzə və cəllə), ona, həsib və kifayət edəndir. Çünki:
~ anasını və anasındakı südü yaradan;
~ uşağa, anasını əmməsini hidayət edən;
~ anasının qəlbində şəfqət və sevgini yaradaraq uşağı bəsləməsini, daşımasını və ehtiyaclarını qarşılamasını,
mümkün qılmışdır. Kifayət, ancaq, bu səbəblərlə hasil olmuşdur. Bu səbəbləri uşaq üçün xəlq edən də, mütəfərrid (tək) olan Allah Taala'dır.
Sənə: "Ana, tək başına uşağa kifayət edir." deyilsə, bunu, təsdiq edərdin. Ancaq: "O, uşağa kifayət deyildir. Çünki, uşaq, südə möhtacdır. Əgər anada süd yoxdursa, uşağa necə kifayət edəcəkdir?!" deməzdin. Lakin: "Bəli, südə möhtacdır. Lakin, süd də, anadandır. Beləliklə, uşaq, anadan başqasına möhtac olmamış olar." deyərdin.
Ancaq bil ki, süd, anadan deyildir; əksinə, süd də, ana da, ancaq Allah (subhənəhu və taala)'dandır. Onun fəzlindən və comərdliyindəndir.
O, tək başına, hər bir varlığa kifayət edər. Varlıqda, Ondan başqa, tək başına, hər bir varlığa kifayət edən yoxdur. Əşyalar, bir-birilərilə əlaqəlidirlər və hamısı da, Allah (subhənəhu və taala)'nın qüdrətilə əlaqəlidirlər. (haşiyə)
-----------------------
(Haşiyə:
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh), "Şüalar" adlı əsərinin 7-ci Şüası olan "əl-Ayətə'l-Kubra" risaləsində (s. 131-132), belə deyir:
Kainatı istila etmiş 5 hakikat-ı muhita hükmediyorlar ki, bedahetle, tevhidi isbat ederler. (Onlardan):
İkinci Hakikat:
Kâinatta tasarrufları görünen ef'âl-i Rabbâniyenin ıtlak ve ihata ve nihayetsiz bir surette zuhurlarıdır. Ve o fiilleri takyid ve tahdit eden, yalnız hikmet ve iradedir ve mazharların kàbiliyetleridir. Ve serseri tesadüf ve şuursuz tabiat ve kör kuvvet ve câmid esbab ve kayıtsız ve her yere dağılan ve karıştıran unsurlar, o gayet mizanlı ve hikmetli ve basîrâne ve hayattarâne ve muntazam ve muhkem olan fiillere karışamazlar. Belki, Fâil-i Zülcelâlin emriyle ve iradesiyle ve kuvvetiyle zâhirî bir perde-i kudret olarak istimâl olunuyorlar.
Hadsiz misâllerden üç misâli:
...İkinci âyet
وَإِنَّ لَكُمْ فِى اْلاَنْعَامِ لَعِبْرَةً نُسْقِيكُمْ مِمَّا فِى بُطُونِهِ مِنْ بَيْنِ فَرْثٍ وَدَمٍ لَبَنًا خَالِصًا سَۤائِغًا لِلشَّارِبِينَ
âyeti, ibret-feşan bir fermandır. Evet, başta inek ve deve ve keçi ve koyun olarak, süt fabrikaları olan validelerin memelerinde, kan ve fışkı içinde bulaştırmadan ve bulandırmadan ve onlara bütün bütün muhalif olarak hâlis, temiz, sâfi, mugaddî, hoş, beyaz bir sütü koymak ve yavrularına karşı o sütten daha ziyade hoş, şirin, tatlı, kıymetli ve fedakârâne bir şefkati kalblerine bırakmak, elbette o derece bir rahmet, bir hikmet, bir ilim, bir kudret ve bir ihtiyar ve dikkat ister ki, fırtınalı tesadüflerin ve karıştırıcı unsurların ve kör kuvvetlerin hiçbir cihetle işleri olamaz.
İşte, böyle gayet mu'cizeli ve hikmetli bu san'at-ı Rabbâniyenin ve bu fiil-i İlâhînin umum rû-yi zeminde, yüz binlerle nevilerin hadsiz validelerinin kalblerinde ve memelerinde aynı anda, aynı tarzda, aynı hikmet ve aynı dikkatle tecellîsi ve tasarrufu ve yapması ve ihatası, bedahetle vahdeti ispat eder.
Yəni:
Kainatı istila etmiş 5 muhit (hər şeyi əhatə edən) həqiqət hökm etməkdədir. Bunlar, açıq bir şəkildə, tövhidi isbat edirlər. Onlardan:
• İkinci həqiqət: Kainatda təsərrüfləri görünən Rabbani fellərin, mütləq (bir qeyd altında olmadan), (hər şeyi) əhatə edərək və sonsuz bir surətdə təzahürləridir. Və o felləri təqyid (qeyd altına alan) və təhdid edən (məhdudlaşdıran), yalnız hikmət, iradə və mazharların (yəni, bu fellərin üzərində göründüyü şeylərin) qabiliyyətləridir. Və o sərsəri təsadüf, şüursuz təbiət, kor qüvvət, cansız səbəblər və qeydsiz və hər yerə dağılan və qarışdıran ünsürlər, o çox mizanlı, hikmətli, basiranə (sanki görərək hərəkət edən), həyatdaranə (sanki canlı bir nəfər kimi olan), intizamlı və möhkəm fellərə, qarışa bilməzlər. Əksinə, cəlal sahibi Fail (olan Allah)'ın, əmri, iradəsi və qüvvətilə, bir qüdrət pərdəsi olaraq istifadə edilirlər.
(Bunun) hədsiz misallarından 3 misalı:
~ İkinci ayət:
وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَـٰمِ لَعِبْرَةً ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهِۦ مِنۢ بَيْنِ فَرْثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِّلشَّـٰرِبِينَ
"Şübhəsiz ki, mal-qarada da, sizin üçün bir ibrət vardır. Biz, sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik." (Nəhl/66)
ayəti, ibrət saçan bir fərmandır.
Bəli, başda inək, dəvə, keçi və qoyun olaraq, "süd fabrikləri" olan anaların döşlərində, qan və ifrazat içində, bulaşdırmadan, bulandırmadan və onlara (yəni bu kirliliyə) bütün-bütün müxalif olaraq xalis, təmiz, saf, qidalı, xoş, ağ bir südü qoymaq; və balalarına qarşı, o süddən daha xoş, şirin, qiymətli və fədakarcasına olan bir şəfqəti, qəlblərinə buraxmaq; əlbəttə, o dərəcə bir rəhmət, bir hikmət, bir elm, bir qüdrət, bir ixtiyar və diqqət istər ki:
(Bütün bunlar), heç bir cəhətlə, fırtınalı təsadüflərin, qarışdırıcı ünsürlərin və kor qüvvətlərin işləri ola bilməz.
Bax, belə çox möcüzəli, hikmətli olan bu Rabbani sənətin və bu İlahi felin, ümum yer üzündə, yüz minlərlə növlərdən olan saysız-hesabsız anaların qəlblərində və sinələrində, eyni anda, eyni tərzdə, eyni hikmət və eyni diqqət ilə təcəllisi, təsərrüfü, etməsi və əhatəsi, açıq bir şəkildə, vəhdəti isbat edər.
Yenə Müəllifimiz Nursi (rahiməhullah), bir digər əsərində ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, s. 232)'də, belə deyir:
"Hem bütün mevcudata şamil, herbir mevcuda lâyık bir surette rahmetin taltifâtı, bir rahmet-i vâsia içinde bir ilm-i muhîti gösteriyor. Çünkü, meselâ, zîhayatın etfallerini sütle iaşe eden ve zeminin suya muhtaç nebâtâtına yağmurla yardım eden, elbette etfâli tanır, ihtiyaçlarını bilir ve o nebâtâtı görür ve yağmurun onlara lüzumunu derk eder; sonra gönderir."
Yəni:
Həm bütün mövcudata şamil, hər bir mövcuda layiq bir surətdə "rəhmətin təltifatı", geniş bir rəhmət içində, muhit (hər şeyi əhatə edən) bir elmi göstərir. Çünki, məsələn:
~ həyat sahiblərindən balaları, südlə bəsləyən; və
~ yerin, suya möhtac bitkilərinə yağışla yardım edən,
əlbəttə, balaları tanıyır, ehtiyaclarını bilir; o bitkiləri görür və yağışın onlara lüzumunu idrak edir, sonra göndərir.
------------------------------
Tənbeh: Qul üçün, bu vəsfə giriş (yəni, bu isimdən həzzi, nəsibi) yoxdur. Sadəcə:
1. Uzaq bir məcaz; və
2. Ağla ilk gələn düşüncə və avamın zənninə izafət ilə
(təsəvvür edilə bilər).
1. Məcaz olmasına gəlincə:
Məsələn, ana, balasının ehtiyaclarını görməkdə uşağına; və bir müəllim də, tələbəsini öyrətməklə tələbəsinə, başqa birindən yardım almağa gərək qalmayacaq şəkildə kifayət etsələr belə, əslində, kifayət cəhətindən, yalnız vasitə olmuş olar və özləri, kifayət edən olmazlar. Çünki, kifayət edən, Allah (subhənəhu və taala)'dır. Bir ana və bir müəllim, öz varlıqlarında belə, özlərilə qaim və özlərinə kifayət etmədikləri halda, başqa birinə necə kifayət edə bilərlər?!
2. Sabiq (əvvəl keçən) zənnə izafətlə qulun həsib olması isə, belədir:
Qulun, kifayət etmək cəhətindən vasitə olmayıb müstəqil olduğu fərz edilsə belə, o, tək başına kifayət edən deyildir. Çünki, felinə və kifayətinə əlverişli bir məhəllə ehtiyacı vardır. Bu isə, ehtiyac duyulan şeylərin, ən azıdır (yəni, əks təqdirdə, qulun edəcəyi bir fel üçün, ehtiyac duyduğu çox şərt vardır. Dolayısı ilə, qul, tək başına, başqa bir şeyə kifayət etməz).
İlk olaraq, elmin məhəlli olan qəlb lazımdır ki, (özünün kifayət etdiyini zənn edən şəxs), təlim (öyrənmək) xüsusunda, müstəqil ola bilsin. Yeməklərin müstəqarrı (qərar qıldıqları yer) olan mədənin, qətiliklə, yeyəcəkləri bədənə çatdırması xüsusunda da kifayət etməsi lazımdır. Bunlar, özünə ehtiyac duyulan sayıla bilməyəcək qədər çox şeyin arasında yer alır və (onların işləyişləri), insanın ixtiyarına bağlı da deyildir. Ən aşağı dərəcədən olan hər hansı bir fel, ən azından, bir fail ilə bir qabilə (felin, üzərində gerçəkləşdiyi məhəllə) ehtiyac duyur; qabil olmadan, fail, əsla kifayət etməz. Bu isə, (yalnız) Allah (azzə və cəllə) haqqında caizdir. Çünki, O:
~ felin də;
~ qabil olan məhəllin də;
~ (məhəllin feli) qəbul etmə şərtlərinin də; və
~ (felin var olması üçün) digər bütün ünsürlərin də
Xaliqidir.
Lakin, ağla ilk gələn düşüncə, bəzən, yalnız faili nəzərə alır; onun xaricindəkilərini isə, ağlına gətirmir. (Beləliklə), zənn edir ki, fail, (bu feli işləməkdə), tək başına kifayət edir. Ancaq, (həqiqət), belə deyildir.
Bəli, qulun (bu isimdən) nəsibi, öz himməti və iradəsilə, Allahın, tək başına, ona kifayət etdiyini (bilməsidir). Bu kifayət etmə də, qulun, Allah (azzə və cəllə)'dən başqa heç bir şeyi istəməməsi; nə cənnəti istəməsi; nə cəhənnəm ilə qəlbini məşğul edib ondan həzər etməsidir; əksinə, bütün himmətilə, Allah Taala ilə müstağraq olmasıdır. Allahın cəlalını kəşf edərsə:
"O, mənə kifayət edər. Ondan başqasını istəmirəm. Ondan başqasını itirmişəm və ya itirməmişəm, buna əhəmiyyət vermirəm." deyər.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
