Həzrəti Hüseynin fəziləti haqqında məlumat verərsinizmi?

İmam İbn Kəsir (rahiməhullah)  demişdir:

“ İMAM HÜSEYNİN (Allah ondan razı olsun) ölümü hər bir müsəlmanı kədərləndirməlidir.

O, müsəlmanların ağalarından, səhabələrin alimlərindən və RƏSULULLAHIN (Allahın ona salavat və salamı olsun) qızlarının ən üstünü olan FATİMƏNİN (Allah ondan razı olsun) oğlu idi.

Çox ibadət edən, şücaətli və əliaçıq olmuşdur. Lakin bəzi insanların etdiyi (ağlaşma, zəncir vurma və s. kimi) əməllər bəyənilən deyildir. Ola bilsin ki, o əməllərin çoxu özünü göstərmək və riyakarlıqdan da irəli gəlir… belə müsibətləri xatırlayan zaman deyiləsi ən gözəl söz Əli ibn Hüseynin (Allah ondan razı olsun) (Zeynəl-Abidin) babası Rəsulullahdan (Allahın ona salavat və salamı olsun) rəvayət etdiyi hədisdir. O, (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

“Müsəlmanın başına bir müsibət gələrsə və üstündən çox keçsə belə o müsibətini xatırlayar və “innə lilləhi va innə ileyhi raciun – biz Allahınıq və Ona da qayıdacağıq” deyərsə, Allah-Təala ona başına gələn müsibət anında verdiyi savabın mislini mütləq verər” (Əhməd 1751, İbn Macə 1598)”

(İbn Kəsir, “əl-Bidəyə” 8/221)

Read 9 times
In order to make a comment, please login or register