Hakəm isminin şərhi
29. Hakəm isminin şərhi:
O, hökm edən hakimdir. O, (elə bir) müsəlləm (təslim edilmiş) qazıdır ki, kimsə, Onun hökmünü rədd edə (geri çevirə) və qəzasını, nəticəsiz buraxa bilməz.
Qullar haqqındakı hökmlərindəndir: İnsan üçün, səyindən (çalışmasından) başqa bir şey yoxdur və onun səyi, sonra görüləcəkdir. (Ayətdə buyurulduğu kimi):
وَأَن لَّيْسَ لِلْإِنسَـٰنِ إِلَّا مَا سَعَىٰ • وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ
"İnsan üçün, ancaq səy etdiyi şey vardır. Və şübhəsiz ki, onun səyi, iləridə görüləcəkdir." (Nəcm/39-40)
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ • وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍ
"Həqiqətən, əbrar (yaxşı qullar), nemət içində olacaqlar. Şübhəsiz, facirlər (günahkarlar) cəhənnəmdə olacaqlar." (İnfitar/13-14)
əl-Hakəm olan Allahın, yaxşılıq edənlər üçün, səadətə; facirlər üçün isə, bədbəxtliyə hökm etməsinin mənası, yaxşılığı və pisliyi, sahiblərini səadət və bədbəxtliyə sövq edən səbəblər qılmasıdır. Eynilə, dərmanları və zəhərləri, istifadə edənlər üçün, şəfa və ya həlak səbəbi qılması kimi...
Onun hökm etməsinin hikmətinin mənası, səbəbləri tərtib edib müsəbbəbata (nəticələrə) yönləndirmək olunca, o vaxt, bunun ilə vəsf olunan, mütləq Hakəm demək olur. Çünki, bütünü və təfsilatı ilə bütün səbəbləri səbəb qılan, (Allah)'dır.
"Qəza" və "qədər"in qaynağı, əl-Hakəm'dir. Müsəbbəblərə (nəticələrə) yönəlmələri üçün, səbəbləri əsl olaraq vaz etmə (qoyma) tədbiri, Onun hökmüdür. Külli, əsli, sabit, müstəqar (qərar qılmış, istiqrar qazanmış), zavala uğramayan və dəyişməyən səbəbləri, -məsələn, yeri, 7 göyü, ulduzlar (və ya planetləri) və fələkləri, bunların daimi və münasib, yazılmış olan kitab vədəsinə çatana qədər dəyişməz və yox olmaz hərəkətlərini- qoyması, Onun qəzasıdır. Allah Taala'nın, bu ayədə buyurduğu kimi:
فَقَضَىٰهُنَّ سَبْعَ سَمَـٰوَاتٍ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا...
"O, iki gündə, onları, 7 göy kimi yaratdı və hər göydə, ona aid əmri/işi vəhy etdi." (Fussilət/12)
Bu səbəbləri, mütənasib, məhdud, müqəddər, hesab edilmiş (sayılmış) hərəkətlərilə, bu səbəblərdən meydana gələn müsəbbəblərə (nəticələrə) anbaan yönləndirməsi isə, qədəridir.
(Buna görə), hökm, ilk külli tədbir, bir göz açıb bağlamaq kimi bir vaxtda cərəyan edən əzəli əmrdir. "Qəza"sı, daimi və külli olan səbəbləri, külli bir şəkildə vaz etməsidir. "Qədər" isə, tədqir edilmiş və məhdudlaşdırılmış hərəkətlərilə bərabər, külli səbəbləri, artıb-azalmayacaq şəkildə, məlum miqdardakı müəyyən və məhdud saydakı nəticələrə yönləndirməsidir. Bax bundan dolayıdır ki, heç bir şey, Onun qəza və qədərinin xaricinə çıxa bilməz.
Bu söylədiklərim, ancaq, bir misalla başa düşülə bilər:
Bəlkə də, namaz vaxtlarını göstərən su saatını görmüsən. Əgər görməmisənsə, qısaca belə deyim:
~ İlk əvvəl, içinə müəyyən bir miqdar su ala bilən silindir şəklində bir nəsnə lazımdır.
~ Sonra, bu nəsnənin içərisinə, suyun üzərinə gələcək şəkildə yerləşdiriləcək içi boş bir alət lazımdır. (Bununla bərabər)
~ Bir ucu, içi boş alətə; digər ucu da, silindrin üzərinə yerləşdirilmiş kiçik bir qabın alt tərəfinə bağlanmış bir ip lazımdır.
~ Silindrin içərisində, kürə şəklində bir nəsnə və bunun altında da bir tas olmalıdır. O şəkildə ki, kürə, hər düşdüyündə, tasın içinə düşəcək və səsi eşidiləcəkdir.
~ Sonra, silindrin alt tərəfindən, müəyyən bir böyüklükdə, bir deşik açılacaq; su isə, bundan, az-az töküləcəkdir.
~ Su azaldığında, suyun üstünə yerləşdirilən içi boş alət də, aşağı enəcək və ona bağlanan ipi də çəkəcəkdir. Beləliklə, içində kürə olan qabı da, hərəkət etdirəcəkdir. Qab, hərəkətlənincə, sağa-sola doğru yuvarlanacaq və içindəki kürə, tasın içinə düşüb səs çıxaracaqdır. Hər saatın tamamlanması ilə bərabər, bu şəkildə, 1 dəfə düşəcəkdir.
2 düşmə arasındakı vaxt, suyun çıxması və səviyyəsinin düşməsinə görə təqdir edilir. Bu da, suyun çıxdığı dəliyin genişliyinə görə təqdir edilir. Bu isə, hesab yolu ilə bilinir. Beləliklə, miqdarı, müəyyən və məlum suyun axması, genişliyi müəyyən dəliklərə görə gerçəkləşəcəkdir. Suyun üst qismindəki səviyyənin azalması, buna görə olacağı kimi; içi boş alətin enmə səviyyəsi də, buna görə təqdir ediləcəkdir. İpin dartılması və içərisində kürə olan qabda meydana gələn hərəkət də, yenə, buna görə gerçəkləşəcəkdir. Bütün bunlar, səbəbinə görə təqdir edilir və səbəbinə tabe olaraq, nə azalır, nə də artır. Kürənin tasın içinə düşməsinin, başqa bir hərəkətin səbəbi olacaq şəkildə nizamlanması, mümkündür. Bu digər hərəkətin də, üçüncü bir hərəkətin səbəbi olması, kürənin, bu şəkildə düşməsindən, bir çox məhdud miqdarlarla müqəddər (təqdir edilmiş) qeyr-i adi hərəkətlər meydana gəlməsi, mümkündür. Bunların ilk səbəbi isə, suyun, məlum bir miqdar ilə enməsidir.
Bu surəti təsəvvür etdiyində, bunu vaz edənin/qoyanın, 3 şeyə ehtiyac duyduğunu bilmiş olarsan:
1. Tədbirdir. Bu isə, meydana gətirilmək istənilən nəticə üçün, hansı alət, səbəb və hərəkətlərin gərəkli olduğuna, hökm etməkdir. Bax bu, "hökm"dür.
2. Əsllər məsabəsində olan bu alətləri meydana gətirməkdir ki, bunlar:
~ içinə su qoyulan silindr;
~ suyun üzərinə qoyulan içi boş alət;
~ ona bağlanan ip;
~ içərisinə kürə qoyulan qab; və
~ kürənin də içərisinə düşəcəyi tasdır.
Bu da, "qəza"dır.
3. Təqdir edilmiş, hesablanmış, məhdudlaşdırılmış bir hərəkəti gərəkdirəcək səbəbi meydana gətirməkdir. Bu isə, (içi boş) alətin alt tərəfinə, müəyyən bir şəkildə deşik açmaqdır. Beləliklə, suyun axması ilə suyun səthində, bir hərəkət meydana gəlir. Bu hərəkət, suyun üzərinə yerləşdirilən içi boş alətdə, hərəkətə səbəb olur. Bu alətin hərəkəti ---> ipin hərəkətinə; ip ---> içərisində kürə olan qabın hərəkətinə; qab ---> kürənin hərəkətinə; kürə ---> içinə düşdüyü tasın hərəkət edib səs çıxarmasına səbəb olur. Bu səs də ---> orda hazır olanların, bunu eşidib tənbeh edilməsinə; bu da ---> vaxtın dolduğunu başa düşün, namaz və əməllər ilə məşğul olmalarına səbəb olur. Bütün bunlar isə, məlum bir qədər və təqdir edilmiş bir miqdarla olur. Bu da, bütünü suyun hərəkətindən ibarət olan ilk hərəkətin ölçüsü ilə təqdir edilir.
Hərəkətin gerçəkləşməsi üçün, bu alətlərin əsas olduğunu; və hərəkətin də, səbəb olacağı şeyin müqəddər olması/təqdir edilə bilməsi üçün müəyyən bir ölçüdə təqdir edilməsi gərəkdiyini başa düşdüyündə; eynilə bunun kimi,
Vaxtı gəldiyində, yəni, səbəbi mövcud olduğunda, iləri keçməyən və ya dala qalmayan müəyyən bir təqdirdəki varlıqların mövcud olduğunu və bütün bunların da, məlum bir miqdarla olduğunu başa düşərsən. Çünki, Allah, murad etdiyi şeyi, mütləq edər. Çünki Allah, hər şeyə bir miqdar təyin etmişdir.
~ Səmalar, fələklər, planetlər, yer, dəniz, hava və bu aləmdəki əzəmətli cisimlər = o su saatındakı alətlər kimidirlər.
~ Fələkləri, planetləri, günəş və ayı, məlum bir hesab ilə hərəkətə keçirən səbəb = suyun müəyyən bir miqdarda axmasını təmin edən o deşik kimidir.
~ Günəşin, ayın və planetlərin hərəkətlərinin yer üzündə bəzi şeylərin hudusuna (meydana gəlməsinə) səbəb olması = suyun hərəkətinin, kürənin düşməsinə və beləliklə, saatın sonlandığının bilinməsini təmin etməyə bənzəyir.
Səmadakı hərəkətlərin, yer üzündəki dəyişikliklərə nə şəkildə təsir etdiyinə, belə bir misal verilə bilər:
Günəş, şərqə doğru hərəkət etdiyində, aləm işıqlanır; insanların, (ətrafı) görməsi və iş-gücləri ilə məşğul olmaları, asanlaşır. Qərbə doğru hərəkət etdiyində isə, bunları edə bilmədikləri üçün, evlərinə qayıdırlar.
Səmanın ortasına yaxınlaşıb yer üzünün məskun bölgələrindəki insanların baş hizasına gəldiyində, hava isinir; quraqlıq şiddətlənir; meyvələr dəyir. Uzaqlaşdığında, qış gəlir; soyuq şiddətlənir; orta məsafədə olarsa, hava mötədil olur; bahar gəlir; bitkilər böyüyür; və yer üzü yaşıllaşır.
Bax, bu məşhur və yaxşı bildiyin şeylərə, bilmədiyin nadir şeyləri də qiyas et! Bütün bu mövsümlərdəki fərqliliklər, məlum bir ölçüyə görə təqdir edilmişlərdir. Çünki hamısı, günəş və ayın hərəkətlərinə bağlıdır.
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ
"Günəş və ay, müəyyən bir ölçü ilə hərəkət edir." (Rahmən/5)
İkisinin hərəkəti, məlum bir hesabladır və bu, "qədər"dir. Külli səbəbləri vaz etmək, qəza; göz açıb-bağlamaq kimi bir müddətdə gerçəkləşən ilk tədbir isə, hökmdür. Allah Taala, bu xüsuslara etibarla, Hakəm və Adl'dır.
Necə ki, alətin, ipin və kürənin hərəkətləri, su saatını düzəldənin iradəsinin xaricində olmayıb bu aləti meydana gətirməklə bütün bunları iradə etmişdir. Eyni şəkildə də, aləmdə gerçəkləşən bütün hər şey, xeyir olsun - şər olsun; fayda olsun - zərər olsun; Allah (azzə və cəllə)'nin iradəsinin xaricində deyildir. Bütün bunlar, Allah Taala'nın muradıdır. Bundan ötürü, səbəblərini tədbir etmişdir ki,
...وَلِذَٰلِكَ خَلَقَهُمْ...
"...Allah, onları, bunun üçün yaratdı..." (Hud/119) ayətinin mənası da, budur.
İlahi işləri, örfi misallarla açıqlamaq, çətindir. Və lakin, o misallardan qəsd olunan, tənbehdir. Bu halda, misalı bir tərəfə qoy; məqsədə diqqət et! Təmsil və təşbehdən də həzər et!
Tənbeh: Qul ilə əlaqəsi nisbətində, hökm, tədbir, qəza və təqdir, nə deməkdirsə; zikri keçən misaldan bilmiş oldun. Və o, asan bir işdir. Bu xüsusdə çətin olan, mücahidə və riyazəti tədbir etmək; din və dünya maslahatları üçün olan siyasəti təqdir etməkdir. Və bunun ilə, Allah, qullarını, yer üzündə xəlifə qılmış; yer üzünü məmur etmələrini (işləmələrini); və necə əməl edəcəklərini görmək istəmişdir.
Allah Taala'ya aid olan bu (əl-Hakəm) vəsfini müşahidəsindən, qulun nəsibi, budur:
Qulun, işlərin, qəti olaraq Ondan gəldiyini və təsadüfən olmadığını bilməsidir. Olacaq şeylər xüsusunda, qələm qurumuş; səbəblər, nəticələrinə yönləndirilmişlərdir. Vaxtları gəldiyində, səbəbin nəticəyə yönəlib onları meydana gətirməsi, vacibdir. Varlıq sahəsinə çıxan hər şey, vacibdir. (Yəni, Allah, bir şeyin varlığını iradə etmişdirsə, o şey, mütləq var olacaqdır. Bu cəhətdən, varlıq meydanına çıxan hər şeyin varlığı, vacib olmuş olur.) (O halda), varlığın, varlıq meydanına çıxması, zatı gərəyi vacib deyilsə də, geri çevrilə bilməyən əzəli qəza səbəbilə, vacibdir.
Beləcə, qul, bilməlidir ki, təqdir edilən şey, olacaqdır; və kədərlənmək, boşunadır. (Dolayısı ilə), insan, ruzisini axtararkən, mötədil olmalı; mutmain (tətmin olunmuş) bir nəfsə sahib olmalı və qəlbi, izdirablı olmamalıdır.
Əgər desən ki: "Burdan, 2 işkəl (problem, məsələ) çıxır. (Onlardan):
1. Bu kədər, necə boşuna ola bilər? Ki, bu da təqdir edilmişdir. Çünki, kədər üçün bir səbəb təqdir edildiyinə görə; bu səbəb gerçəkləşincə, kədərin meydana gəlməsi də vacib olacaqdır.
2. Madam ki, hər şey təqdir edilmişdir. Əbədi səadət və bədbəxtliyin də səbəbləri təyin edildiyinə görə, əmələ nə gərək vardır?"
• Birincinin cavabı: "Hər şey, müqəddərdir; kədərlənmək isə, boşunadır." sözü, kədərin, təqdir edilmişlərin xaricində olduğu mənasında deyil; faydasız olduğu mənasındadır. Çünki kədər, təqdir ediləni dəf edə bilməz.
Gerçəkləşməsi gözlənilən bir şeyə kədərlənmənin səbəbi, məhz cəhalətdir. Çünki:
~ Əgər gözlənilən bu şeyin gerçəkləşməsi təqdir edilmişdirsə, kədər və həzər ilə bunu əngəlləmə imkanı yoxdur. Bu halda, kədər, ağrının meydana gəlməsi qorxusu ilə, başqa bir növ ağrını dəvət etməkdir.
~ Yox əgər meydana gəlməsi təqdir edilməmişdirsə, bu halda da, kədərin bir mənası, yoxdur.
(Elə isə), hər 2 halda da, kədər, boşunadır.
• (İkinciyə, yəni) əməllə bağlı sualın cavabına gəlincə, (cavabı), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisidir:
"Əməl edin! Hər kəs, nə üçün yaradılmışdırsa, (səbəbləri), onun üçün asanlaşdırılar." (Muslim, "Qədər", 1)
Bu hədisin mənası:
~ Özü üçün əbədi səadət təqdir edilmiş olan kimsə üçün, bunun səbəbləri də təqdir edilib asanlaşdırılar (deməkdir) ki, bu səbəblər də, itaətdir.
~ Özü üçün əbədi bədbəxtlik təqdir edilmiş kimsə üçün, (Allah qorusun), bunun səbəbləri də, təqdir edilmiş (demək)'dir ki, bu da, itaət səbəblərini yerinə yetirməmək, tənbəllik etməkdir. Bəzən, bu bədbəxtliyə yol açan bu tənbəlliyin səbəbi, qəlbində,
"Əgər mən səid/xoşbəxt isəm, əmələ ehtiyacım yoxdur; şaqi (bədbəxt) isəm, əməl, mənə fayda verməz." tərzində bir düşüncənin yer etməsidir. Və bu, cəhalətdir. Çünki,
~ Əgər səid/xoşbəxt olacaqsa, belə olmasının, elm və əməl şəklindəki səadət səbəblərinə bağlı olduğunu;
~ Əgər elm və əməl özünə müyəssər olmasa, bunun da, öz bədbəxtliyinin əlaməti olduğunu
bilməməkdədir.
Dində imamlıq dərəcəsinə çatacaq şəkildə bir fəqih olmağı arzulayan birinə, "Çalış, öyrən və davamlı et!" deyildiyində, o kimsənin:
"Əgər Allah (azzə və cəllə), mənim üçün əzəldə imamlığı təqdir etmişdirsə, səy göstərməyə ehtiyacım yoxdur. Yox əgər mənim üçün cəhaləti təqdir etmişdirsə, səy göstərmək, mənə fayda təmin etməz." deyəcək olsa, ona, belə cavab verilər:
Əgər belə bir düşüncə, sənə təsəllüt etdirildisə, bu, sənin haqqında, cəhalət təqdir edildiyinə dəlalət edir. Çünki, əzəldə, biri üçün dində imamlıq mərtəbəsini təqdir etmişdirsə, bunun səbəblərini də təqdir etmişdir. Beləliklə, səbəbləri onda cari qılar və onu, (dini üçün) istifadə edər (çalışdırar). Özündən, tənbəlliyə aparan düşüncələri dəf edər. Çalışmayan şəxs, imamlıq dərəcəsinə, əsla çata bilməz. Çalışan və özü üçün bu mərtəbə asanlaşdırılan kimsə isə, ömrünün sonuna qədər, səyi əldən verməz və yolunu kəsəcək bir əngəl ilə qarşılaşmazsa, məqsədinə çatmaq arzusunda sadiq bir kimsə olar.
Bunu da başa düşməlidir ki, Allaha, ancaq, səlim qəlb ilə gedən şəxs xoşbəxt olar. Qəlb salamatı isə, eynilə, nəfs fiqhi və imamlıq sifəti kimi səy ilə iktisab edilən bir sifətdir. Aralarında, heç bir fərq yoxdur.
Qullar, "əl-Hakəm"i müşahidə etmək cəhətindən, dərəcə-dərəcədirlər. (Belə ki):
~ Özü üçün necə bir sonun olduğuna nəzər edənlər;
~ Əvvəlinə baxanlar. Yəni, əzəldə özü üçün təqdir edilmiş olana baxan şəxs. (Bu ikincisi), daha üstündür. Çünki xatimə, əvvələ tabedir.
~ Keçmiş və gələcəyi tərk edib "ibnu'l-vaqt / zamanın oğlu" olanlar. Onlar, ona (yəni, vaxtlarına) baxıb Allah (azzə və cəllə)'dən zühur edən və Onun təqdir etmiş olduğu şeylərdən razıdırlar. Və bu (mərtəbə) isə, əvvəlki (mərtəbələr)'dən üstündür.
~ Bəziləri də vardır ki, halı, keçmişi və gələcəyi tərk etmiş; qəlbi, "əl-Hakəm" ilə dopdoludur. Onun şuhudunda, daimdir. Bu isə, ən üst dərəcədir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
