Hakim isminin şərhi
47. Hakim isminin şərhi:
"Hakim": "hikmət sahibi" deməkdir.
"Hikmət": "əşyanın ən fəzilətlilərinin mərifətini, ən fəzilətli elmlə bilmək" deməkdir. Əşyaların ən əcəlli (cəlallısı, ucası), Allah (subhənəhu)'dur. -Daha əvvəl də zikr etdiyimiz kimi- Onun künhünün mərifətini, Özündən başqası bilə bilməz. O, haqq Hakim'dir. Çünki, əşyaların ən əcəllini, ən əcəll (uca) elmlərlə bilir. Elmlərin ən ucası, zavalı təsəvvür edilə bilməyən daimi, əzəli olan; şübhə və gizliliyin özünə çata bilmədiyi məluma uyğun olan elmdir. Bununla, ancaq, Allah (subhənəhu və taala)'nın elmi vəsflənə bilər. Sənətləri, incəlikləri ilə bilib; möhkəm və sağlam bir şəkildə edə bilən şəxsə, "hakim" deyilir. Və bunun kamalı da, sadəcə Allah Taala'dadır.
Tənbeh:
Bütün əşyanı bilib, Allah (azzə və cəllə)'ni bilməyən, "hakim/hikmət sahibi" deyə adlandırılmağa layiq deyildir. Çünki, əşyanın ən əcəllini və əfdalını bilməmişdir. Hikmət, elmlərin ən əcəllidir. Elmin ucalığı, məlumun ucalığı miqdarıncadır. Allah (azzə və cəllə)'dən daha əcəll isə, yoxdur. Allah Taala'nı bilən, hakim'dir. Vələv ki, sair yazılı elmlərdə
~ qavrayışı, zəif;
~ dili, ağır (yavaş); və
~ bəyanda, nöqsan
olsa da...
Ancaq, qulun hikmətinin, Allah Taala'nın hikmətinə nisbəti, qulun, Allah haqqındakı elminin, Allahın Öz Zatına dair elminə nisbəti kimidir. Bu 2 mərifət və 2 hikmət arasında da, nə qədər fərq vardır. Ancaq, bu fərqə baxmayaraq; o (mərifətullah, yəni, Allahı bilmək), mərifətlərin ən gözəli və ən xeyirlisidir. Hər kimə hikmət verilmişdirsə, ona, çox xeyir verilmişdir.
Bəli, Allahı bilənin kəlamı, başqasının kəlamından fərqlidir. O, cüziyyatdan az bəhs edər; əksinə, kəlamı, külli olar. Acil (dünyəvi) maslahatlara deyil; əksinə, daha çox, aqibətə faydalı olan şeylərə toxunar. Və bu, Allah (azzə və cəllə)'nin mərifətinə sahib hakimlərin (hikmət sahiblərinin) əhvalından insanlar nəzdində zahir olduğundan dolayı, bəlkə də, insanlar, bunun kimi külli kəlimələrə, "hikmət" ismini vermiş; və belə danışanlara da, "hakim/hikmət sahibi" demişlərdir.
Bəşərin seyyidi (Rahmən'in salat və salamı, Onun üzərinə olsun), belə buyurur:
• "Hikmətin başı, Allah qorxusudur." (Beyhaqi, "Şuabu'l-İman", no: 728)
• "Ağıllı kimsə, nəfsini boyun əydirib ölüm sonrası üçün əməl edəndir. Aciz isə, nəfsini, həvasına tabe edib Allahdan təmənni edəndir." (Tirmizi, hədis no: 2459)
• "Az olub kifayət edən şey, çox olub diqqət dağıdan şeydən daha xeyirlidir." (ibn Hibban, "Sahih", hədis no: 3329)
• "Hər kim, bədəni, sağlam; qəlbi, amanda; günlük azuqəsi, yanında sabahlamışdırsa, dünya, sanki, bütünü ilə ona verilmişdir." (Tirmizi, hədis no: 2346)
• "Vəra (təqvanın iləri dərəcəsi) sahibi ol ki, insanların ən abidi olasan. Qənaət sahini ol ki, insanların ən şükr edəni olasan." (ibn Macə, hədis no: 4217)
• "Bəla, dilə müvəkkəldir." (Acluni, "Kəşfu'l-Xafa", 1/343)
• "Mənası olmayan şeyləri tərk etməsi, insanın İslamının gözəlliyindəndir." (Tirmizi, hədis no: 2317)
• "Səid kimsə, başqasından ibrət alandır." (ibn Macə, hədis no: 46)
• "Susmaq, hikmətlidir. Lakin susan, azdır." (Beyhaqi, "Şuabu'l-İman", 4672)
• "Qənaət, bitməyən bir maldır." ("Kəşfu'l-Xafa", 2/133)
• "Səbr, imanın yarısı; yəqinlik isə, hamısıdır." (əbu Nuaym, "Hilyətu'l-Övliya", 5/34)
Bu və misli olan ibarələr, "hikmət" deyə adlandırılır. Sahibinə də, "hakim" deyilir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
