Hansı hallarda Oruc tutulmaya bilər ?


Oruc tutduğu zaman, xəstəliyinin artmasından və ya uzanmasından əndişə edilən kimsə ilə, xəstəliyi səbəbiylə oruc tutmaqda çətinlik çəkənlərin, Ramazan ayında oruc tutmayıb, yaxşılaşdıqdan sonra bunları qəza etmələrinə icazə verilmişdir.


Əsas etibarilə, bir insanın ibadətlərini normal bir şəkildə etməsini əngəlləyəcək çətin və ağır işlərdə çalışması və ya işlədilməsi doğru deyil. İnsanın, ibadətini sağlam bir şəkildə etməklə, dolanışığını təmin şərtləri arasında buraxılması, insan hüquqları baxımından qətiyyən qəbul edilə bilən bir vəziyyət deyil. Belə bir vəziyyətdə buraxılan adam, əgər cəmiyyət onu daha yaxşı iş imkanları ilə təmin etmirsə, dolayısilə işindən ayrıldığı təqdirdə dolanışıq çətinliyi çəkməsi qəti və ya qüvvətlə ehtimal olunursa, bu vəziyyətdə oruc tutmaya bilər. Müvəqqəti ağır bir işdə çalışmaq vəziyyətində qalan isə bu vəziyyətdə oruc tutduğu təqdirdə sağlamlığına bir zərər gələcəyindən narahatlıq keçirirsə oruc tutmaya bilər. Bunlar imkan tapsalar qəza edərlər, deyilsə oruc yerinə fidyə verərlər.


Qur'an'da oruc tutmamağı mübah edən üzrlər olaraq xəstəlik, səfəroruca güc çadıra bilməməkdən söz edilmişdir. (Bəqərə 2/184-185). Fəqihlər də oruc tutmama icazəsini bu üç vəziyyətlə məhdud tutmağı seçmişlər, bu üç vəziyyətin ortaq xüsusiyyəti məşəqqət olsa belə, hər məşəqqət halında oruc tutulmaya biləcəyini söyləməkdə tərəddüdlü davranmışlar. Bunun ən başda gələn səbəbi, mükəlləflərin subyektiv və dəyişən bir vəziyyət olan məşəqqəti təyin etmədə ölçüsüz və ya mütesâhil (yumşaq, sərbəst) davranıb, olar olmaz bəhanələrlə orucu tərk etməsinə yol açma, yəni bu icazəni sui-istifadə narahatçılığıdır.


Bununla birlikdə oruc ibadəti, nəticə etibarilə qul ilə Allah arasında qalan bir öhdəçilik əlaqəsi olduğundan, mükəlləflərin yuxarıda sayılan üzrlər işığında fərdi təşəbbüslərini istifadə etməsi, üzrləri könüllərinə yatmadığı müddətcə orucu tərk etməməsi, haqlı və etibarlı bir üzrlərinin olduğuna yaxşıca əmin olduqlarında da anılan rüsxətdən faydalanması məqsədəuyğun bir davranış olar .


Məsələn, aclıq və susuzluq çox qorxulu hala gəlir də adamın ölməsindən və ya əqli tarazlığını itirməsindən əndişə edilərsə, o təqdirdə orucu pozmağı mübah edər. Ramazan sonrası uyğun bir zamanda günü gününə qəzanı gərəkdirir.


Bunun kimi isti günlərdə çalışmaq məcburiyyətində qalan bir kimsə, sağlamlığını itirmə və ya ağıl tarazlığını itirmə əndişəsi daşıyarsa, o təqdirdə orucunu poza bilər.


Buna müqayisədə çox yorucu və güc qıran vəzifələrdə olub isti bir mövsümdə oruc tutduğunda həyatını itirmə və ya əqli və ruhi bir balanssızlığa uğrama narahatlığı daşıyan kəslər də oruclarını poza bilərlər. (Fəthu`l-Qadir - Kamal îbn Hümam; Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: 2/234)


Beləliklə narahatlığı səbəbiylə orucunu pozan adamın, pozduğu orucu Ramazan ayı xaricində hər hansı bir gündə gününə gün qəza etməsi lazımdır.

Read 7.262 times
In order to make a comment, please login or register