Hanzala və əbu Bəkr (radiyallahu anhum) arasındakı ibrətli hadisə

Hanzala əl-Katib ət-Təmimi əl-Usəyyidi (radiyallahu anh)'dan belə rəvayət edilir: 

Biz Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında idik. Bizə cənnət və cəhənnəmi elə xatırlatdı ki, biz (cənnət və cəhənnəmi) gözlə görür kimi olduq. 

Sonra mən qalxıb ailəmin və uşağımın yanına getdim və (o halı unudub) güldüm, əyləndim. 

Hanzala deyir ki:

Bir az sonra (özümü toparlayıb Allah rəsulunun yanında ikən) içində olduğumuz halı xatırladım. O dəqiqə evdən çıxdım və əbu Bəkr'ə rast gəldim. Ona:

(İçinə düşdüyüm qəfləti bildirərək) münafiq oldum, münafiq oldum, dedim. 

Əbu Bəkr:

Şübhəsiz, biz, onu (ailə fərdlərimizlə əylənib gülmək işini) işləyirik, dedi.

Sonra Hanzala gedib bu halı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə bildirdi. Bunun üzərinə Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Ey Hanzala! (Mənim yanımda olmadığınız zaman), Mənim yanımda olduğunuz kimi olsaydınız, mələklər yataqlarınız üstündə (və ya yollarınız üzərində) sizlərlə salamlaşacaqlardı.

Ey Hanzala! Bir saat elə, bir saat belə." buyurdu.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Əməl (yəni ibadət)'ə davam etmək babı", hədis no: 4239

--------------------------

İzahı:

Bu hədisi, Muslim, "Tövbə kitabı"nın 3-cü babında rəvayət etmiş; Tirmizi də "Sifətu'l-Qiyamə" bablarının sonlarında rəvayət etmişdir.

Hanzala (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in katiblərindən olduğu üçün, ona "əl-Katib", deyilmişdir.

Tuhfə müəllifinin bu hədisin izahı bölməsində verdiyi məlumata görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in katibliyini edən səhabələr bunlardır:

• əbu Bəkr;
• Ömər;
• Osman;
• Əli;
• Ubeyy b. Ka'b;
• Zeyd b. Sabit əl-Ənsari;
• Muaviyə b. əbi Sufyan;
• Hanzala əl-Usəyyidi;
• Xalid b. Səid b. əl-As;
• Əban b. Səid; və
• əl-Ala b. əl-Hadrami (radiyallahu anhum)

Onun davamlı katibləri isə, Zeyd b. Sabit və Muaviyə idi.

-----------------------

Hanzala (radiyallahu anh)'ın: "Mən, münafiq oldum." sözünü söyləməsinin səbəbi və mənası belədir:

Hanzala, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in məclisində və söhbətində olduğu zaman:

• Allah qorxusu;
• Axirət narahatlığı;
• Allah zikri;
• Nəfsi sorğu-sual; və 
• Təfəkkür 

kimi dini və mənəvi işlərə tamamilə yönəlib, dünyanı, ailə və uşağı unutmuş halda idi.

Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hüzurundan ayrılıb ailə fərdlərinin yanına gəldiyində, bu dəfə dünya işləri ilə məşğul oldu. 

Halındakı bu dəyişikliyin, bir növ münafiqlik sayılmasından qorxduğu üçün, bu sözü söyləmiş və ən nəhayətində Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə ərz etmiş, Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, bu hal dəyişikliyinin:

• münafiqlik sayılmadığını, 
• möminlərin davamlı surətdə din işlərilə məşğul olub, dünya işlərini tamamilə tərk etməklə mükəlləf olmadıqlarını; və 
• bəzi zamanlarda din işiylə, digər bəzi zamanlarda dünya işlərilə məşğul olmalarının

təbii olduğunu bildirmişdir.

-----------------------

"Mələklərin möminlərlə yataqlar üzərində və ya yollarda salamlaşmaları"ndan məqsəd, açıq və göz görə-görə salamlaşmalarıdır. 

Çünki mələklərin zikir əhli ilə salamlaşdıqları, sabitdir. Ancaq zikr ilə məşğul olanlar, bu salamlaşmaları gözlə görməzlər. Bu etibarla, hədisdəki salamlaşma, açıqdan olan salamlaşmadır.

--------------------

"Bir saat elə, bir saat belə" sözünün mənası belədir:

Yəni adam, bəzi zamanlarda Allahı anmaqla və digər bəzi zamanlarda Allahı anmayıb dünya işlərilə məşğul olmaqla, münafiq sayılmaz. 

Allahı andığınız zamanda, qulluq vəzifənizi yerinə gətirərsiniz. 

Allahı anmağı tərk etdiyiniz vaxtlarda, məşru olmaq qeydi ilə, nəfsi arzularınızı və dünya işlərinizi görərsiniz.

----------------------------

Bəzən nəsihətləri dinləyərkən, dinləyiciyə "oyaqlıq halı" gəlir, nəsihət məclisindən ayrıldığında isə, qəlb qatılığı və qəflət geri qayıdır!

Bunun səbəbini düşündüm və tapdım. Sonra insanları bu xüsusda siniflərə ayrılmış bir halda gördüm. Ümumi hal budur ki, qəlb, nəsihətdən sonra, o nəsihəti dinlədiyi oyanıqlıq və dinclik üzərə olmur.

Bu da 2 səbəbdən dolayıdır:

• Birincisi: Vaazlar (dini söhbət və nəsihətlər), qırmanc (şallaq) kimidir. Qırmanclar isə, vurulduqdan sonra ağrı verməzlər. Onların verdikləri ağrılar, vurulduqları vaxtdadır.

• İkincisi: İnsan, vaaz dinləmək əsnasında, özünü nəsihətdən uzaq qoyan faktorlardan uzaq bir haldadır. Bədəni və fikri ilə dünyəvi səbəblərdən uzaqlaşıb, qəlb rahatı ilə vaaza qulaq vermişdir.

Dünya məşğələlərinə döndükdə isə, onlar, bu adamı afətlərilə bərabər çəkib alır. Artıq bu kimsə, nəsihətdə olduğu hal üzərinə necə qala bilər ki?

Bəhs etdiyim bu hal, bütün insanları əhatə etmişdir. 

Ancaq, nəsihətlərdə dinc və oyaq olan kimsələr, özlərində söhbətlərin təsirinin qalmasında siniflərə ayrılırlar.

• Onlardan kimiləri, tərəddüdsüz bir şəkildə bu yolda əzm göstərir və başqa heç bir şeyə əhəmiyyət vermədən addımlayıb gedirlər. Təbiəti onu dayandırmaq istədiyində isə, eynilə Hanzala (radiyallahu anh)'ın Özü haqqında:

"Hanzala, münafiq oldu." dediyi kimi fəryadlar edir.

• Kimilərini də, təbiətləri bəzən qəflətə sürükləyir, bəzən də dinləmiş olduğu vaaz və nəsihətləri əməl etməyə davam edir. Bunlar eynilə, küləyin sovurub durduğu sünbüllər kimidirlər.

• Bəzi kimsələrdə də, vaazlar, eşitdikləri qədər təsir edir. Eynilə çılpaq bir qayanın üzərinə tökdüyün su kimi.

(İbnu'l-Cevzi, "Saydu'l-Xatir" (Xatirəli səhifələr) əsərindən, s. 29-30)

Read 32 times
In order to make a comment, please login or register