Haqqa surəsi 17-ci ayətin təfsiri

وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَـٰنِيَةٌ

Və'l-mələku alə ərcəihə və yəhmilu arşə Rabbikə fəvqahum yəvməizin səməniyətun.

Yəni:

"Mələk isə, onun kənarlarındadır. O gün, sənin Rəbbinin ərşini, onların üstündə olan səkkiz mələk yüklənərlər." (Haqqa/17)

---------------------------

Təfsiri:

Bu ifadə ilə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

Burdakı "mələk" ilə, tək bir mələk deyil; "bütün mələk cinsi", dolayısı ilə, cəm mənası qəsd edilmişdir.

Ərəb dilində, "ərcə", "kənar-bucaqlar" deməkdir. Necə ki, racə-racvənə deyilir ki, bunların cəmi, "ərca" şəklində gəlir. Bu kəlimə, "quyu və qəbir qazma" və başqa mənalarda istifadə edilir. Buna görə, məna: "Göy yarıldığında, mələklər, o yarılan yerlərdən, göyün kənarlarına doğru yönələrlər." demək olur.

--------------------------------------

Əgər, "Haqq Taala'nın, '(O gün), göy və yerdəki hər kəs ölər.' (Zümər/68) ayətindən ötürü, mələklər də, sura ilk üflənişdə ölərlər. Bəs yaxşı, elə isə, göyün kənarlarına getdikləri necə deyilə bilər?" deyə soruşularsa, belə deyərik:

Buna, bu 2 cəhətdən cavab verərik:

1. Onlar, bir an, göyün kənarlarında durar; sonra ölərlər.

2. "Ancaq Allahın dilədikləri müstəsna..." (Zumər/68) ifadəsilə, bu mələklər, istisna edilmişlərdir.

--------------------------------------

"O gün, sənin Rəbbinin Ərşini, səkkiz mələk daşıyacaqdır." ifadəsilə bağlı, bir neçə məsələ vardır. Belə ki:

• Birinci məsələ:

Bu "ərş", "ərşi yüklənənlər..." (Mu'min/7) və "Mələklərin, ərşin ətrafında dönüb dolaşdıqlarını görərsən." (Zumər/75) ayələrində bəhs edilən ərşdir.

---------------------------------------

• İkinci məsələ:

"Onların üstündə..." ifadəsindəki "onların" kəliməsi, kimə racidir/rücu etməkdə/qayıtmaqdadır, kimləri göstərir?

Bu xüsusda da, 2 izah verilmişdir:

1. Doğruya ən yaxın olan görüşə görə, bununla, "göyün kənar-bucağında olan o mələklərin üstündə" mənası qəsd edilmişdir. Bundan məqsəd, bu mələklər ilə, ərşi yüklənən mələkləri, bir-birindən ayırmaqdır.

2. Muqatil isə, belə deyir: "Bu, 'Ərşi yüklənən, daşıyanlar, onu, özlərinin, başları üzərində daşıyarlar." deməkdir. Damir ("onların" şəxs əvəzliyi)'nin raci olacağı şey gətirilmədən əvvəl, damirin gətirilməsi, caizdir. Bu, eynilə, bir kimsənin,

في بيته يوتى الحكم

"Fi bəytihi yu'ti'l-hukmə = Evində hökm verir" demək kimidir.

---------------------------------------

• Üçüncü məsələ:

Həsən əl-Basri'dən nəql edildiyinə görə, o, "Mən, onların, 8'mi, 8.000'mi; yoxsa 8 səfmi, 8.000 səfmi olduqlarını bilmirəm." demişdir.

Bil ki, ayətin bu ifadəsini, bu səbəblərdən ötürü, 8 ədəd mələk mənasında götürmək, daha uyğun olur:

1. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Onlar, bu gün, 4'dürlər. Qiyamət qopunca, Allah, onları digər bir 4 ilə dəstəkləyər. Beləcə, 8 olarlar." dediyi rəvayət edilmişdir.

Yenə, rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Bunlar, 8 mələk olub, ayaqları, 7-ci qat yerin dibindədirlər. Ərş isə, bunların başı üstündədir və onlar, gözlərini yummuş olaraq, Allahı təsbih edərlər."

Bu mələklərin bəzisinin, şir; bəzisinin, öküz; bəzisinin də, qartal şəklində olduqları iləri sürülmüşdür. (haşiyə-1) Şehr b. Harşəd'in, belə dediyi rəvayət edilmişdir:

"Bunlardan 4-ü, 'Ey Rəbbimiz! Səni təsbih edir, Sənə həmd edirik. Gücün çatmasına rəğmən əfv etdiyin üçün, həmd, Sənə aiddir." deyə təsbih edərlərkən (haşiyə-2); digər 4-ü də, 'Ey Rəbbimiz! Səni təsbih edir, Sənə həmd edirik. Bilməyinə rəğmən, o səbrindən dolayı, həmd, Sənə məxsusdur.' deyə təsbih edirlər."

------------------------

(Haşiyə-1:

https://suallarlaislam.com/.../dunya-okuz-v%C9%99-baliq...

Haşiyə-2:

https://suallarlaislam.com/.../isra-sur%C9%99si-44-cu-ay...)

-------------------------

2. Ayədəki bu kəliməni, "8 şəxs" mənasında götürmək, 8.000 mənasında götürməkdən, daha uyğundur. Çünki ləfz, "8"i, qəti olaraq ifadə etməkdədir. Bundan dolayı, ləfzin doğru olması üçün, artıq, "8.000" deməyə ehtiyac yoxdur. Bu halda, ləfz, özündə, "8.000"ə dəlalət olmadan, "8 şəxs"ə dəlalət etməkdədir. Dolayısı ilə, bunu, birinci mənada götürmək, vacib olur.

3. Ayət, qorxutma və işin böyüklüyünü bildirmək sədədindədir. Bundan dolayı, ayətin bu ifadəsindən, "8.000 mələk" yaxud "8 səf mələk" kimi mənalar qəsd edilmiş olsaydı, bu qorxutmağın yaxşıca edilə bilməsi üçün, belə deyilməsi, yəni, açıqca ifadə edilməsi lazım gələrdi. Bu halda, belə deyilmədiyinə görə, bu ayətlə, 8 mələyin qəsd edildiyini başa düşürük.

--------------------------

• Dördüncü məsələ:

Müşəbbihə belə deyir:

"Əgər Allah Taala, ərşdə olmasaydı, ərşi daşımaq, əbəs və faydasız bir iş olardı. Hələ də, bu xüsus, 'O gün sizlər, (hüzura) ərz olunacaqsınız.' (Haqqa/18) ayətilə təkid edilmiş ikən...Çünki ərz edilmə, ancaq, İlahın, ərşində/taxtında olması halında bəhs mövzusu olur."

Tövhid əhli, buna, belə cavab vermişlərdir:

Bu ifadə ilə, Allah Taala'nın, ərşində oturmuş olduğunun qəsd edilmiş olması, imkansızdır. Çünki ərşi daşıyan, ərşdə olanı da daşıyır deməkdir. Əgər Allah, ərşdə olsaydı, mələklərin, Onu da daşımış olması da lazım gələrdi ki, belə bir şey, ola bilməz, bu, imkansızdır. Çünki bu, Allah Taala'nın, Özünü daşıyan o mələklərə möhtac olmasını və onların, Allahdan daha qüvvətli olmalarını vacib edir ki, bunların belə olduğuna inanmaq, açıq küfrdür. Dolayısı ilə, burda, mütləq, bir təvil edilməsi (ayəni zahiri mənasından möhtəməl bir mənaya çevrilməsi) gərəkdiyini başa düşür və belə deyirik:

Ayətin ifadəsinin bu şəkildə gəlişinin səbəbi, budur:

Allah Taala, insanlara, bilib-adət etdikləri üslublarla xitab etmişdir. Beləcə, məsələn:

~ Özü adına, qullarının ziyarət edəcəyi bir ev (beytullah = Allahın evi) yaratmışdır. Halbuki, Özü, orda oturmamaqdadır. Allah, belə bir şeydən münəzzəhdir.

~ Yenə Allah, o beytullahın bir küncünə, bir daş qoydurmuşdur. Bu da, Onun, yer üzündəki əli məsabəsindədir. Çünki insanların, öz başçılarına, sağ əlini öpmək surətilə hörmət göstərmələri, adətlərindən və etdikləri şeylərdəndir.

~ Yenə Allah Taala, qulları üzərində, "hafaza" (əməllərini yazan, qoruyan) mələkləri vəzifələndirmişdir. Bu, Allah (subhənəhu və taala)'nın unuda bilməsindən dolayı deyildir. Lakin bütün bunlar, adət edilmiş və bilinən şeylərdəndir.

~ Yenə, eynilə bunun kimi, padşah, öz adamlarını hesaba çəkmək istədiyində, bir kürsü (taxt) üzərində oturur və beləcə, köməkçiləri, taxtının ətrafında dayanırlar.

Bax, eynilə bunun kimi də, Allah Taala da, qiyamət günü, bir ərş edər. Mələklər də, orda, yer alar; o ərşin ətrafında dönməyə başlayarlar. Bütün bunlar, Haqq Taala, o ərş üzərində oturduğu və ona möhtac olduğu üçün deyildir. Əksinə, Beytullah və ətrafındakı tavaf xüsusunda, daha əvvəl açıqladığımız təmsili bir mənadan ötürüdür.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

----------------------------

----------------------------

Əlavələr:

Mələklərin varlığının əqli isbatı:

https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kl%C9%99r%C9...

Read 26 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR