Haram edilmiş şeylərlə müalicə olunmaq olarmı?
Birinci Görüş: Caiz deyildir.
-Bu görüşün sahiblərinə görə haram olan yemək və içkilər ilə müalicə caiz deyildir. Hənbəlilər bunlardandır. əl-Umdənin şərhi olan əl-Uddə'də belə deyilmişdir: "Haram edilmiş şey ilə müalicə mübah deyildir." (İbn Teymiyyə, Fətava, c. I, s. 270. )
İbn Teymiyyənin Fətavasında yazıldığını görə ondan, şərab, donuz əti və bənzərləriylə müalicənin caiz olub olmadığı soruşulmuş, o da bu cavabı vermişdir: "Bunlarla müalicə caiz deyildir." (İbn Qayyim də Zadu'l-məad'da eyni cavabı vermiştir. İbn Kayyim, Zâdu'l-meâd, c. III, s. 114.
Əbu Bəkir İbn Arəbi də Ahkamu'l-Qur`an adlı əsərində, Səhnun'un "Şərab və donuz əti ilə müalicə olunmaz" sözünü nəql etdikdən sonra eyni fikiri mənimsəmişdir. . İbnu'l-Arâbi, Ahkâmu'l-Kur'ân, c. I, s. 59.
-Bu görüşün sahibləri, Hz. Peyğəmbərdən (sallallahu aleyhi və sələm) rəvayət edilən və haram yemək və içkilərlə müalicəni qadağan edən hədislərə əsaslanırlar ki, bunlardan bir qismi əsasən də şərabla müalicəni haram etməkdədir:
a) Tarık b. Süveyd əl-Cu'fî'dən rəvayət edildiyinə görə Rasulullahdan (sav) şərabı soruşmuş, o da qadağan etmiş, yaxud da emal etməsini kərih görmüşdür. Tarık'in: "Mən onu yalnız müalicə üçün emal edirəm" deməsi üzərinə də: "O dərman deyil, dərddir" buyurmuşdur. (Müslim, Sahih, c. XIII, s. 152. )
b) Əbu Dərda'dan Rasulullahın (sav) belə buyurduğu rəvayət edilmişdir: "Allah-təala həm dərdi həm də devanı endirmişdir, hər xəstəliyə bir dərman yaratmışdır, müalicə olun; ancaq müalicədə haramı istifadə etməyin." (Şövqani, Neylü'l-övtar, c. VIII, s. 103; Zadu'l-məad, c. III, s. 114).
c) Sünəndə yazıldığını görə Rasulullah (sav) pis (təmiz olmayan, nəcis) dərmanı qadağan etmiş və belə buyurmuşdur: "Allah-Təala ümmətimin şəfasını, onlara haram etdiyi şeylərdə yaratmamışdır." (Şövkani, a.k.ə., c. VIII, s. 203; İbn Teymiyyə, Fətava, c. I, s. 270; Zadu'l-məad, c. III, s. 114.)
Görünən budur ki, bu görüşün sahibi olanlar xəstəlik halını, haramları mübaha çevirən bir zərurət halı olaraq qəbul etmir və bu səbəbdən aclığa görə darda qalıb murdar heyvan yeyən üçün söylədiklərini burada söyləmirlər: Deyirlər ki: Aclığa görə dara düşmüş kimsə, zərurəti aradan qaldıracaq (haram qılınmış yeməklərdən başqa) heç bir şey tapa bilmir. Halbuki xəstəlik belə deyil; çünki xəstəliyi müalicə üçün tək çarə bu yemək və içkilərdən istifadə olunması deyildir. Bunlardan başqa da bir çox dərman vardır. Aclığı aradan qaldıran şeylər kimi, şəfa verən şeylər müəyyən deyildir. Xəstə, yaxşı olacağını zənn etdiyi bir dərman ilə müalicə olunar amma yaxşı ola bilməz. Bəzən də -tərsinə- yaxşı olması üçün lazımlı görmədiyi bir şey ilə müalicə olunub da yaxşılaşar.
Bütün bunlar aclıq ilə xəstəliyin bir-birinə bənzəmədiyini göstərməkdədir. Çünki birincisi elə bir zərurət halıdır ki (halal tapılmayınca) haram şeyləri yeməyə sövq etməkdədir; çünki aclığın, onları yeməklə gedəcəyi və başqa bir şey ilə də aradan qaldırılması mümkü olmayacağı qəti olaraq bilinməməkdədir. Aclıq halında halal edilməsiylə müqayisə edilərək bunlarla müalicənin də caiz olduğu iki cəhətdən söylənilə bilməz.
a) Bunları yeməklə aclığın gedəcəyi qəti olaraq bilindiyi halda, xəstəliyin keçəcəyi qəti olaraq bilinmir.
b) Aclıq zərurətində murdar heyvan və buna bənzər şeyləri yeməyin fərz olduğu sabitdir. Halbuki xəstənin müalicə olmasının fərz olduğunda ittifaq yoxdur; səhabə və tabiun nəslində bir çox kimsə müalicə olmamışdır və heç bir alim bunları qınamamışdır. Murdar heyvan və buna bənzər digər şeyləri ac qalanın yeməsi fərz olduğu halda, müalicə olmaq fərz olmadığına görə bunların bir-birinə qiyas edilmələri caiz ola bilməz; çünki fərzə görə mübah qılınan şeylər, fərz olmayan şeylər üçün mübah edilməyə bilər, fərzin ədası böyük bir faydadır və bu fayda haramın zərərinə qalib gələ bilər. (İbn Teymiyyə, Fətava, c. I, s. 259-260, 268-270.)
Üçüncü Görüş: Qismən Caizdir.
Hənəfilərə görə: Şəfa verəcəyi qəti olaraq bilinirsə haram ilə müalicə caizdir, bilinmirsə mübah deyildir, İmam Kasani əl-Bədayi' adlı əsərində belə deyir: "Aclıq halında murdar heyvan yemək, susuzluq halında şərab içmək və boğazda qalan loxmanı keçirmək (boğulmağın qarşısını almaq) üçün şərab içmək necə caizdirsə, şəfa verəcəyi qəti olaraq bilindiyi təqdirdə haram yemək və içkilərlə müalicə də elə caizdir, ancaq onlarla şəfanın hasil olacağı bilinmirsə müalicə caiz olmaz. (Kasani, əl-Bedayi', c. I, s. 61) Bununla yanaşı, İmam Əbu Yusif əslində haram olduğu halda dəvə sidiyinin, müalicə məqsədilə içilməsini (yukarıda zikr edilən hədisdən dolayı) mübah görmüşdür.
Əbu Hənifəyə görə isə bu caiz deyildir; çünki şəfa verəcəyi qəti olaraq bilinməyən haram ilə müalicə caiz deyildir. Ona görə Arenilər hədisini belə anlamaq lazımdır: Rasulullah (s.ə.v.), o sidiyin, yalnız onların xəstəliyinə şəfa verəcəyini bildirmiştir. (a.k.ə, c. V, s. 61-62; İbn Abidin, Rəddu'l-muxtar, c. V, s. 224)
Şafiilərə Görə:
Şafilər şərab ilə digər haram olan nəsnələri bir-birindən ayırırlar. Onlara görə pis və haram olan şeylərlə müalicə caizdir, ancaq şərabla müalicə caiz deyildir. Məzhəbin ən qüvvətli və çoxlunluq tərəfindən mənimsənmiş görüşü budur.
Dəlilləri yuxarıda keçən və Ənəsdən rəvayət edilən hədisdir: Arenilərdən bir qrup Rasulullaha (sav) gələrək İslamı qəbul və beyət etdilər. Mədinənin havası onlara ağır gəldiyi üçün bir müddət sonra xəstələndilər və vəziyyətlərini Rasulullaha (sav) bildirincə belə buyurdu: "Dəvə çobanımızla birlikdə (Mədinə xaricinə) çıxıb dəvələrin süd və sidiyindən faydalanın!" Qəbul edib çıxdılar, süd və sidiyindən içdilər və şəfa tapdılar. (Nəvəvi, əl-Məcmu', c. IX, s. 49. Bu hədisi İmam Buxari rəvayət etmişdir. Bax., əl-Askalani, Fəthu'l-Bari, c. X, s 110)
Bu isbatlamadan elə aydın olur ki Şafilər digər pis və haram şeyləri (Pis olan) dəvə sidiyi ilə müqayisə edir və onlarla da müalicənin caiz olduğu nəticəsinə gəlirlər; ancaq şərabı bundan istisna edirlər. Bu müqayisənin gərəyi, zərurət halında şərabla da müalicənin mübah olması ikən, Şafilərin əksəriyyəti bunu qəbul etməmişlər. Bunun səbəbinə gəlincə:
Şafilər də boğazda qalan loxmanı endirmək üçün, başqa halal bir maye olmadığı təqdirdə şərabın içilə bləcəyini qəbul edərək belə deyirlər: "Boğazına loxma ilişsə və onu endirəcək başqa bir şey də tapa bilməsə, şərabla endirməsinin caiz olduğunda ittifaq vardır. Şafii bunu açıqca söyləmiş, bu məzhəbin fəqihləri də üzərində ittifaq etmiş, hətta belə demişlər: "Bu vəziyyətdə şərabı içərək xilas olması fərzdir; çünki burada şərabı içəcəyi təqdirdə xilas olacağı qətidir, halbuki susuzluq və ya xəstəlik üçün içilməsi belə değildir. (əl-Məcmi', c. IX, s. 50-51)
-şərabla və digər sərxoşluq verən şeylər ilə müalicə mövzusuna gəlincə ixtilaf etmişlər: Əksəriyyətə görə caiz deyil, bu hökm məzhəbin də səhih görüşü halına gəlmişdir.
Tez sağalmaq üçün haram qılınmış şeyi istifadə etmək:
-Müsəlman və yaxşı əxlaq sahibi bir həkimin tövsiyəsinə əsasən haram olan bir şey dərman olaraq qəbul ediləcəyi təqdirdə yaxşılaşma daha tez olacaq, qəbul edilmədikdə gecikəcəsə xəstə bununla müalicə ola bilərmi?
İmam Nəvəvi bunun mübah olmasında iki şəkil olduğunu, bunları Bağavî'nin nəql etdiyini, lakin birisini seçmədiyini qeyd etdikdən sonra belə deyir: "Ən səhih görüş caiz olmasıdır." (əl-Məcmu', c. IX, s. 49) Bu vəziyyətdə caiz olduğunu İmam Şafii də açıqca ifadə etmişdir.
Haram qılınmış şeylərlə müalicənin caiz olmasının şərti:
-Şafilər haram edilmiş bir şey ilə müalicənin caiz ola bilməsi üçün, yaxşı əxlaq sahibi və müsəlman bir həkimin təmiz və halal başqa bir dərmanın olmadığını xəbər verməsinin şərt olduğunu irəli sürmüşlər. (A.k.ə., eyni yer) Əslində bu şərt məqbuldur və başa düşülməsində bir çətinlik yoxdur. Çünki haram olan yemək və içki ilə müalicə ancaq zərurət səbəbiylə caiz olmuşdur; təmiz dərmanın tapılmasıyla bu zərurət aradan qalxır və ona bağlı olan "caiz olmaq" hökmünün də ortadan qalxacağı təbiidir.
- Nəzər / göz dəyməsi insanı öldürər mi? Nəzərə / göz dəyməsinə qarşı nə kimi tədbirlər alına bilər? Göz dəyməsinin səbəbləri nələrdir?Nəzər dəyməsindən Sonra, xəbərdarlıqlar!
- Diş teli, diş plombu, örtmə və protez dişlər qüslə mane olarmı? Qüsl və ya dəstəmaz əsnasında protez / taxma dişləri çıxarmaq lazımdırmı?
- Orqan nəqli olar?
- Hz. Peyğəmbərin (sav) Hz Həsən və Hüseyin (R.A) və uşaqlar üçün necə dua edərdi?
- Uşaqlara ad vermə və ad verərkən diqqət edilməsi lazım olanlar nələrdir? Aleyna və Keziban adları nə mənaya gəlir?
- Yuxuda və ya oyaq ikən qorxudan xilas olmaq üçün xüsusi dualar varmıdır?..
- Müalicə ilə əlaqəli Zərurətlər. Açmaq, Baxmaq və Toxunmaq:
- Ruqyə nədir?
- Küsülü qalmaq
- Evlənmək vacibdirmi?-2