Haram pulun zəkatı var?


Haram yolla qazanılan malın zəkatı verilməz. Bu malın, varsa sahibinə verilməsi, bilinmirsə kasıblara paylanması lazımdır.


Bir adamın qumar gəlirinin xaricində başqa bir gəliri varsa, məsələn qəhvəxanada yalnız çay və ya digər içkilər satmaqdan gələn halal qazancı varsa, bunu ayrı olaraq hesablayıb bu miqdar üzərinə zəkat düşürsə, yəni bu halal qazancı nisab miqdarına çatırsa bunun zəkatını və fitr sədəqəsini verə bilər.


Yalnız qumar gəlirindən olan haram puldan zəkat verilməz.

Read 4.687 times
In order to make a comment, please login or register