Hayy isminin şərhi

63. Hayy isminin şərhi:

Felləri və idrakı olan (Zat)'dır.

Hətta felləri və idrakı olmayan, ölüdür.

İdrakın ən aşağı dərəcəsi, idrak edənin, öz nəfsinin şüurunda olmasıdır. Nəfsinin şüurunda olmayan, cansız və ölü kimidir.

Mütləq və kamil Hayy (həyat sahibi):

~ bütün idrak edilənlər, idrakının;

~ bütün mövcudat, felinin

muhtəvasında olan; elə ki, elmindən, heç bir idrak edilən; felindən də, heç bir məful (felin üzərində təsir buraxdığı şey) istisna olmayan (Zat)'dır. Bu da, ancaq Allah (azzə və cəllə)'dir. Mütləq Hayy, Odur. Ondan başqa hər bir həyat sahibinin həyatı, idrakı və feli nisbətindədir; və bu idrak və fellər isə, az və məhduddur.

Sonra, bu xüsusda, həyat sahibləri, fərqli-fərqlidirlər. Mərtəbələri də, fərqliliklərinə görədir. Daha əvvəl, mələklərin, insanların və heyvanların (həyat) mərtəbələrində, buna işarət edilmişdi.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

--------------------------

--------------------------

Əlavələr:

Hər zaman var olan və həyat bəxş edən, əzəli və əbədi həyat sahibi…

Hayy kəlməsi həyat kəlməsinin sifətidir. Həyat sahibi və diri deməkdir. Allahın sifətləri içində Hayy, həmişə var olan, həyat bəxş edən, tanınan, sonradan yaranmamış və ölümsüz deməkdir. Digər canlılar ölümlüdür. Yəni Allah bizi yox ikən yaratmışdır. Ancaq bir müddət keçdikdən sonra həyat sahibi olan bütün canlılar ölümə məruz qalırlar, sanki yox olurlar. Buna görə yer-göy, quru-dəniz, fizik və metafiziki aləmdə hər şeyi yaradab və yaşadan yalnız Odur. Yəni hər bir varlıq Onun sayəsində həyata sahibi olmuşdur və o biri aləmdə də yenə Onun inayətilə ikinci dəfə həyat əldə edəcək. Hər canlının həyatı, özünə görə həqiqətdir. Allahın həyat sahibi olmağı heç bir varlığın həyatına bəznəmir. Allah olmasaydı, nə həyat olardı, nə də həyatdan və varlıqlardan bir əsər-əlamət qalardı.

Şüursuz, elmsiz, qüdrətsiz həyat Allah için təsəvvür edilə bilməz.  Ona görə də bu sifət, Allahın elm, iradə və qüdrətinin də əsasıdır. Həyat varlığa aid mükəmməllikdir. Allahın düşüncə xaricində həqiqi olaraq varlığı Hayy olması ilə mümkündür. Qədim Yunan filosoflarının dediyi, tanrısız dinlərdə və miflərdə təsvir olunan xəyali tanrı təsəvvürü Quranda yoxdur. Həyatdan məhrum olan varlıq kamil və mükəmməl ola bilməz. Bəli O, yeganə Məbuddur və Ondan başqa Məbud – ibadət edilməyə layiq varlıq yoxdur. Çünki əzəldən əbədə qədər olan və olacaq bütün varlıqlar Onun Əsmasının kölgəsi, kainatın hər tərəfindəki canlılıq Onun həyat nurunun əksi; mövcudiyyətini davam etdirən hər varlığın yaşaması da Onun Qayyumluğunun fani lövhələrə kiçik bir yansımasıdır. Onun varlığı özündən, Hayy və Qayyum olmağı da zatındandır. Varlığı başqasına möhtac deyildir. Ondan başqa kim və nə varsa (insan, cin, mələk, heyvan, bitki) hamısı Ondan; Onun sifətlərinin təcəllisi və əsmasındandır. O, elə bir Hayy və Qayyumdur ki, Ona əsaslandırmadan heç bir varlığın yaradılışını və varlığının davamını izah etmək mümkün deyil. O yeganə Zatı-Əzəm, bu iki isim də İsmi-Əzəmdir. Allah bir varlığı yaradıb ona həyat verməklə kifayətlənmir, onu həyatını davam etdirmək və yaşamaq üçün Qayyumluğu ilə təcəlli edir. Bütün əşya və hadisələr Onun Əsmasının təcəllisi, kainat bu təcəllinin kitabı və böyük sərgi sarayı, insan bu sərgiyə tamaşa edən səyyah və bu kainat kitabını oxuyan mütaliəçi; peyğəmbərlər bir öndər; müqəddəs kitablar − xüsusilə də Quran bu möhtəşəm gözəlliyin nə olduğunu bildirən açıq carçısıdır.

Hayy ismi Quranda beş ayədə keçir. (Furqan, 25/58; Taha, 20/11; Bəqərə, 2/255; Ali İmran, 3/2; Mumin/Ğafir, 40/65). Bu isim ayələrdə, ya “ölümsüz” sifəti ilə, ya da “hasr” (Ona məxsus) ifadəsi ilə və ya əl-Qayyum ismi ilə birlikdə işlədilmişdir. Bu isim bizə mövcud canlılar xaricində müqəddəs, uca, ali bir Zatın qarşısında olduğumuzu xatırladır. Çünki biz, canlı dedikdə doğulan, böyüyüb inkişaf edən, çoxalan, nəfəs alıb verən, nəsli artan, daha sonra qocalan və ölən, tələf olunan varlıları nəzərdə tuturuq. Allah Təala bunların hər birindən münəzzəhdir.

Digər Əsmaul-Hüsanın təcəllisinə səbəblər pərdə olsa da, Allahın Həyat sifəti pərdəsiz olaraq ortaya çıxmışdır. Həyatı verən də, alan da Allahdır. Tarix boyu bəşəriyyət Onun digər isimlərinə şərik qoşsalar da, yaradıcı olaraq müqəddəs, kamal sahibi, uca, gücü hər şeyə yetən qüdrətli bir varlığın olduğunu qəbul etmişlər. Quranı-Kərimdə bu ismlə eyni kökdən gələn “Muhyil-məvta ismi də keçməkdədir. Mənası "ölüləri dirildən" deməkdir. (Rum surəsi, 30/ 50, Fussilət surəsi, 41/39)

 

 

 

 

 

 

 

Read 9.913 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR