Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi cənnət nemətləri

4780- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Mən, saleh əməl sahibi qullarım üçün,

~ heç bir gözün görmədiyi;

~ heç bir qulağın eşitmədiyi; və

~ heç bir (insanın) qəlbindən keçirmədiyi

nemətlər hazırlamışam."

Sonra əbu Hureyrə (radiyallahu anh), dedi:

İstəyirsinizsə, bu ayəti oxuyun:

"Etdikləri əməllərin mükafatı kimi, onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir."

-----------------------------------

İzahı:

Bu hədisi,

~ Buxari (hədis no: 3244, 4779, 7498);

~ Muslim (İman kitabı, "Cənnətdə məqamı ən aşağı olanlara dair bir bab", hədis no: 464)

~ Tirmizi (hədis no: 3195)

~ ibn Macə (Sünən, "Zühd kitabı", 39-cu bab: "Cənnətin sifəti babı", hədis no: 4328)

də rəvayət etmişlərdir.

---------------------------------------

İzahı:

Bu hədis, başqa bir hədisdə, bu şəkildə izah edilmişdir:

"Musa (əleyhissəlam), Rəbbindən, cənnət əhlindən kimin dərəcəsinin daha yüksək olduğunu soruşmuş, Allah Taala da, ona, belə cavab vermişdir:

'Onlara ediləcək yaxşılıqları, Şəxsən Öz əllərimlə hazırladım və üzərini möhürlədim.

~ Heç bir göz, onları görməmişdir;

~ Heç bir qulaq, onları eşitməmişdir;

~ Hər hansı bir kimsənin də bunlar qəlbindən keçməmişdir."

Bu hədisi, imam Muslim rəvayət etmişdir.

Tirmizi də, Şabi təriqilə bu rəvayəti nəql etmişdir:

"Muğirə b. Şubə minbərdə ikən bu hədisi zikr etdi:

'Musa, Rəbbindən soruşdu..."

Tirmizi, yuxarıdakı hədisi, bu şəkildə eynilə vermişdir. Onun zikr etdiyi hədisin sonunda, belə bir əlavə də mövcuddur:

"Bu hədisi, bu ayət də doğrulayır:

'Etdikləri əməllərin mükafatı kimi, onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir." (Səcdə/17)

----------------------------------------

Hədisin, "Hər hansı bir insanın qəlbindən keçməyən..." ifadəsi, ibn Məsud (radiyallahu anh)'ın nəql etdiyi bu hədisdə, bu əlavə ilə birlikdə yer almışdır:

"O mükafatları, nə muqarrəb (yaxın) bir mələk, nə də bir peyğəmbər bilə bilər."

Bu hədisi, ibn əbi Xatim nəql etmişdir.

Bu hədis,

"Burda hər hansı bir insanın qəlbindən keçirmədiyi bildirilmişdir. Demək ki, bu mükafatlar, mələklərin qəlbindən keçir."

şəklindəki iləri sürülən görüşü də çürütməkdədir.

Ən gözəli, bu ayətdəki nəfyi, ümum üzərinə buraxmaqdır. Bu şəkildə olması, hədisi nəfslər üzərində daha təsirli qılar.

Xattabi belə deyir:

Bu hədisdə, sanki belə deyilmək istənilmişdir:

"Sizə xəbər verilənlərə baxmayın (əhəmiyyət verməyin)! Çünki onlar sizin üçün hazırlamış olduqlarımın yanında əhəmiyyətsiz qalır."

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 65-ci Kitab: "Quranın təfsiri kitabı", 32- "Səcdə surəsi", 1-ci Bab: "Səcdə/17 ayətinin təfsiri")

Read 3 times
In order to make a comment, please login or register