Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçməyən nemətlər
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Allah (Azzə və Cəllə):
Mən, saleh (yəni ibadətə düşgün, qadağan şeylərdən çəkingən, əxlaqən fəzilətli mömin) qullarım üçün:
• heç bir gözün görmədiyi;
• heç bir qulağın eşitmədiyi; və
• heç bir insanın qəlbindən keçməyən
bəzi nemətlər hazırladım." buyurur.
Əbu Hureyrə deyir ki:
Və (bu nemətlər), Allahın sizə (Quranda) bildirdiyi nemətlərdən başqadır. İstəyirsinizsə:
فَلَا تَعْلَمُ نَفْسٌ مَّآ أُخْفِىَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ
"Etdikləri ibadətlərə mükafat olaraq möminlər üçün -Allah qatında saxlanmış göz aydınlığı nemətləri heç kim bilə bilməz." (Səcdə/17)
ayətini oxuyun.
Ravi deyir ki:
Əbu Hureyrə bu ayəti:
مِّن قُرَّةِ أَعْيُنٍ
"Göz aydınlığı" deyə oxuyardı."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cənnətin sifəti babı", hədis no: 4328)
- Əbu Abdulla Məhəmməd ibn Yezid ibn Macə mövla ər-Rabiu əl-Qazvini.
- Cənnət əhlinin mükafatları necə olacaq
- Təəssüb nədir?
- Cənnətdə bir çay olan Kövsər.
- Cənnət nemətləri haqqında məlumat verərsinizmi?
- "Cənnətdə bir qamçının (azacıq) yeri (belə), dünyadan və dünyadakı hər şeydən xeyirlidir."
- Qiyamət günü ölümün öldürülməsi hədisi.
- Qiyamət günü ölümün öldürülməsi hədisi.
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri