"Heç biriniz, Mən özünə, övladından, atasından və bütün insanlardan daha sevgili olmadıqca, (tam) iman etmiş ola bilməz." hədisini izah edərsinizmi?

Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Heç biriniz, Mən özünə, övladından, atasından və bütün insanlardan daha sevgili olmadıqca, (tam) iman etmiş ola bilməz."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "İman babı", hədis no: 67)

--------------------

İzahı:

• imam Muslim, bu hədisin mətnini, eyni sənədlə rəvayət etmişdir.

• İmam Buxari'nin, öz "Səhih"inə aldığı eyni mənadakı rəvayət:

"Nəfsim əlində olan Allaha and olsun ki..." sözü ilə başlayır. Allah rəsulu (sallallahu aleyhi və səlləm) and içməklə, bu sevginin əhəmiyyətini bildirmiş olur.

"İman etmiş ola bilməz..." cümləsi ilə, bu dərəcə sevgisi olmayan insanın, kamil bir iman sahibi olmadığı ifadə edilmiş olur.

• Nəvəvi belə deyir:

İbn Battal, Qadı İyad və başqa alimlər, məhəbbət haqqında belə demişlərdir:

Məhəbbət 3 növdür:

1. Təzim, ucaltmaq və hörmət duymaq surətilə olan məhəbbət.

Buna misal: Övladın, atasına qarşı duyduğu məhəbbətdir.

2. Atanın, övladına qarşı göstərdiyi şəfqət və mərhəmət şəklindəki məhəbbət.

3. Kiçiyin böyüyünə hörmət qoyması və böyüyün kiçiyinə şəfqət duyması xaricində qalan və insanların bir birilərini bəyənmələri, sevmələri tərzində görülüb duyulan məhəbbət.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), məhəbbətin bu 3 növünü də burda toplamış və belə buyurmuşdur:

"Məni, uşağından, atasından və bütün insanlardan daha çox sevmədikcə, heç birinizin imanı kamilləşməz."

• İbn Battal belə deyir:

"Kamil imana qovuşmuş olan kimsə, üzərindəki Allah rəsulunun haqqının, atasının, övladının və bütün insanların haqqından daha çox olduğunu bilir. Çünki biz, ancaq Onun sayəsində dəlalətdən qurtulub hidayətə yetişmiş və cəhənnəm əzabından çəkinmə yolunu tutmuş oluruq."

• Qadı İyad isə, belə izah gətirmişdir:

~Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnətinə sarılıb onu ihya etməyə çalışmaq;

~ İslama edilən hücumlara sinə gərib onu müdafiə etmək; və

~ Onu sevib uğrunda canını və malını fəda etmək təmənnisində olmaq,

Onu sevməkdən sayılır."

• Səhih-i Buxari şərhləri olan, "İrşadu's-Sari" və "Tuhfətu'l-Bari"də, bu hədisin izahı verilərkən, belə deyilmişdir:

"Bu hədisdə istənilən məhəbbət, imana dayanan məhəbbətdir, ki, bu cür məhəbbət, sevənin, sevilənə tabe olmasını gərəkdirir.

İradə xaricində duyulan və fitri olan məhəbbətin bəslənməsi, burda ön görülməmişdir. Zatən iradə xaricində qalan şeylərlə, insanlar mükəlləf deyildirlər və ixtiyari olmayan məhəbbət məqbul sayılmadığı üçün, əbu Talib'in, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə məhəbbəti olduğu halda, iman etdiyinə hökm edilməmişdir." (bax: Qastalani, "İrşadu's-Sari", 1. Cild, s. 219-220)

Hasan əl-Basri (rahmətullahi aleyh) belə demişdir:

"İnsan, sevdiyi ilə bərabərdir."

sözü, səni aldatmasın. Şübhəsiz, bir topluluğu sevən, onların buraxdığı (şeyləri) izləyər. Əməl işləməkdə geri qalsan da:

• izlərini izləmədikcə,

• yollarına tabe olmadıqca,

• sünnətlərinə tabe olmadıqca,

• onların metodu üzərə sabahlayıb-axşamlamadıqca,

• onlardan biri olmaq üçün səy göstərmədikcə,

yaxşı insanlara qatıla bilməzsən. İşin başı, istiqamət üzərə olmaqdır.

Yəhudiləri, xristiyanları, azmış həva əhlini görmürsənmi?!

Peyğəmbərlərini sevirlər, ancaq onlarla bərabər deyillər. Çünki onlar, sözlərində və fellərində, peyğəmbərlərinə qarşı gəldilər, onların yolundan başqa yollara girdilər. Beləcə, mənzilləri, cəhənnəm oldu. Cəhənnəmdən Allaha sığınırıq."

(Əbu Musab Talat b. Fuad əl-Hulvani'nin, ibn Rəcəb əl-Hənbəli'yə aid hədis şərhlərini, 4 cild halında bir araya gətirib "Məcmu'u Rəsailu'l-Hafiz ibn Rəcəb əl-Hənbəli" adlı əsərindən nəql, "7. Hədis: Cihad")

Read 6 times
In order to make a comment, please login or register