Heyvanlara əziyyət etmək

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bir qadın bağladığı (həbs etdiyi) bir pişik səbəbilə cəhənnəmə girdi. Çünki nə özü pişiyə (bir şey) yedirtdi, nə də yerin həşəratından yesin diyə açıb buraxdı və nəhayət pişik (aclıqdan) öldü."

(İbrət verici bu və bundan öncəki hədisi Ma'mərə rəvayət edən) Zühri deyir ki:

"(İbrət verici bu və bundan əvvəlki 4255 no-lu hədisi birlikdə rəvayət etməyim) hər hansı bir adamın (qulluq vəzifəsində tənbəllik edib İlahi rəhmətə) dayanmaması və heç kimin (İlahi rəhmətdən) ümidini kəsməməsi üçündür.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Tövbəni (xatırlamaq) babı", hədis no: 4256

-----------------------

İzahı:

Bu hədisi, Buxari, Muslim və Əhməd də rəvayət etmişlərdir. Bu hədis ilə bundan əvvəlki 4255 no-lu hədisi Zühri'dən rəvayət edən şəxs, Ma'mər'dir. 

Birinci hədisin girişində bildirildiyi kimi, Zühri, ravisi Ma'mərə:

"Diqqət et, mən heyrət verici 2 hədisi sənə rəvayət edəcəm." dedikdən sonra bu hədisləri rəvayət etmişdir.

Birinci hədis, Allahın rəhmətinin bolluğuna, ikinci hədis də Onun əzabından əmin olunmamasının gərəkdiyinə dəlalət edər.

Bilindiyi kimi, mömin kimsənin, axirət həyatının mühasibəsi üçün, ümid ilə qorxu arasında olması gərəkdir. Bir tərəfdən Allahın rəhmətindən ümid kəsməyəcək, digər tərəfdən Allahın əzabından qorxacaqdır. Quran'ın irşad metodu da belədir. Yəni ayətlərin çoxunda qorxu ilə ümid, bir arada mövcuddur. Zühri də bu metodu izləyərək bu 2 hədisi birlikdə rəvayət etmişdir.

Nəvəvi bu hədisin izahı bölməsində deyir:

"Alimlər demişlərdir ki, vaizin verdiyi vaaz və irşadında qorxu ilə ümidi birləşdirməsi, müstəhəbdir. Bu metod izlənilməlidir ki, kimsə Allahın rəhmətindən ümidini kəsməsin və ya rəhmətinə tamamilə bel bağlayıb da əzabından özünü əmin bilməsin. 

Vaiz, söhbətlərində qorxuya ağırlıq verməlidir. Çünki nəfslər, yaradılışı etibarı ilə, ümidlənməyə, istirahətə və bəzi qulluq vəzifələrinə çox da əhəmiyyət verməməyə tərəfdar olurlar. Bu səbəblə, qorxutma tərəfinə bir az ağırlıq verilməlidir."

əl-Hafiz ibn Həcər Asqalani:

"Pişiyi bağlayıb ac buraxmaq surətilə ölümünə səbəbiyyət verən qadının adının nə olduğuna dair bir məlumata rastlamadım. Bir rəvayətə görə, Himyər qəbiləsinə mənsubdur. Bir başqa rəvayətdə yəhudi olduğu ifadə edilmişdir."

Hədisin zahirinə görə, qadın, pişiyi həbs edib ölümünə səbəb olduğundan dolayı, əzaba uğradılmışdır. 

Qadı İyad isə, deyir ki:

'Qadının kafir olması möhtəməldir. Bu təqdirdə, küfründən dolayı əzabdadır. Pişiyin ölümünə səbəbiyyət verdiyindən dolayı da, əzabı arttırılmışdır.

İkinci bir ehtimal isə, qadın müsəlmandır, lakin pişiyin ölümünə səbəb olduğundan dolayı, cəhənnəmlik olmuşdur. '

Nəvəvi də ikinci ehtimalı tərcih edir."

dedikdən sonra, ibn Həcər, qadının kafir olduğunu təyid edən (qüvvətləndirən) rəvayətləri nəql edər.

Read 4 times
In order to make a comment, please login or register