Hicr surəsi 72-ci ayətin təfsiri

"(Ey Muhamməd!) Sənin həyatına and olsun ki (və ya Sənin həyatın haqqı üçün), onlar, sərxoşluqları içində, veyl-veyl gəzirdilər." (Hicr/72)

-----------------------------

#Təfsiri:

Bu buyuruğa dair açıqlamalarımızı, 3 başlıq halında təqdim edəcəyik:

1. Peyğəmbərin həyatına and içmək, Onun üçün bir şərəfdir:

• Qadı əbu Bəkr b. əl-Arabi deyir:

"Bütün müfəssirlər, belə demişlərdir:

Uca Allah, burda, Muhamməd (sallallahu aleyhi və səlləm)'in şərəfini ucaltmaq qəsdilə, Muhammədin həyatına and içərək, Onun qövmü olan Qureyşin, (öz) sərxoşluqları içərisində və veyl-veyl gedib gəldiklərini, dolaşdıqlarını xəbər verməktədir."

• Mən (Qurtubi) isə, deyirəm ki, Qadı İyad belə demişdir:

Təfsir alimləri, görüş birliyi halında, bunun, uca Allahın, Muhamməd (sallallahu aleyhi və səlləm)'in həyat müddətinə and olduğunu söyləmişlərdir. Əsl olan, "umur" kəliməsinin, "ayn" hərfinin, ötrəli oxunmasıdır. Lakin çoxca istifadə səbəbilə, üstün oxunmuşdur.

"...Həyatda qaldığın müddət haqqı üçün, ey Muhamməd..." deməkdir.

"...Həyatın haqqı üçün..." mənasında olduğu da söylənmişdir.

Bu isə, təzimin və Ona qarşı yaxşı davranıb onu şərəfləndirməyin ən iləri dərəcəsidir.

• Əbu'l-Cevza belə deyir:

"Allah, Muhamməd (sallallahu aleyhi və səlləm)'in xaricində, heç kimin həyatına and içmiş deyildir. Çünki Muhamməd (sallallahu aleyhi və səlləm), Allah nəzdində, məxluqatın ən şərəflisi, ən dəyərlisidir."

• ibnu'l-Arabi belə deyir:

"Şanı uca və münəzzəh olan Allahın, Lut (əleyhissəlam)'ın həyatına and içərək, onu, istədiyi qədər şərəfləndirməsinin və uca olan Allahın, Lut (əleyhissəlam)'a verdiyi fəzilət və üstünlüyün 2 qatını da, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə şərəf olaraq verməsinin əngəli vardırmı?! Çünki Muhamməd (sallallahu aleyhi və səlləm), uca Allah qatında, Lut (əleyhissəlam)'dan daha kərimdir.

Ayrıca, şanı uca olan Allah:

• İbrahimə, xəlilliyi;

• Musaya, kəlimliyi

verdiyi halda, bunların hər ikisini də, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə vermişdir."

• Mən (Qurtubi) isə, deyirəm ki:

"İbnu'l-Arabi'nin bu söylədikləri gözəldir. Çünki o təqdirdə, uca Allahın, Muhamməd (sallallahu aleyhi və səlləm)'in həyatına and içdiyinə dair sözlərinin, Lut qissəsində etirazı, (ara) cümlə mahiyyətində olması gərəkdir."

• Abdu'l-Kərim Quşeyri, "Təfsir"ində belə deyir:

"Belə demək ehtimalı da vardır:

Burdakı açıqlama, Lut qövmü ilə də bağlı ola bilər. Yəni onlar, öz azğınlıqları içərisində, veyl bir halda idilər.

Deyildiyinə görə, Lut (əleyhissəlam), Öz qövmünə nəsihət edib:

'Baxın, bunlar, mənim qızlarımdır...' (Hicr/71) deyincə, mələklər də:

'Ey Lut! Həyatın haqqı üçün (və ya həyatına and olsun), onlar, həqiqətən, sərxoşluqları içində, veyl bir haldadırlar və bunlar, sabah başlarına nə gələcəklərini bilməməkdədirlər.' dedilər."

• Deyilsə ki:

"Şanı uca olan Allah:

• incirə;

• zeytuna;

• Tur-i Sina'ya

and içdiyinə görə, bu andda (yəni Peyğəmbərin həyatına içilən andda), başa düşülməyəcək nə vardır?"

Ona belə cavab verərik:

"Şanı uca olan Allah, hər hansı bir şeyə and içmişdirsə, mütləq bu, o şeyin öz növündən sayılanlara görə üstünlüyünə, bir dəlildir.

Bax, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in də, Özü kimi peyğəmbər olanlardan daha fəzilətli olması, gərəkməkdədir."

----------------------------------

2. Bir kimsənin, özünün və başqasının ömrünə and içməsi:

Elm adamlarının bir çoxu, insanın, özü haqqında: "...ömrüm haqqı üçün..." deyə and içməsini, məkruh görmüşlərdir. Çünki bu, "...həyatım haqqı üçün..." mənasındadır.

• İbrahim ən-Nəxai deyir:

"İnsanın, '...ömrüm haqqı üçün...' and içməsi, məkruhdur. Çünki o, beləliklə, özünün həyatına and içmiş olur. Bu isə, zəif xarakterli adamların söyləyəcəyi sözlərdəndir."

• Malik də, buna bənzər olaraq, belə deyir:

"Kişilərdən zəif düşmüş olanlar ilə qadınlar:

'...sənin həyatın haqqı üçün, sənin yaşayışın üçün...'

deyə and içərlər. Belə bir and, kişilərin istifadə edəcəkləri and növlərindən deyildir. Şanı uca olan Allahın bu qissədə buna and içməsinin səbəbi isə, mövqeyinin və şərəfinin üstünlüyünü, məqamın yüksəkliyini bəyan etmək üçündür. Bunun xaricindəki andlar, buna qiyas edilə bilməz və başqa yerdə, bu cür and, istifadə edilə bilməz."

• ibn Həbib belə deyir:

"Bu ayətdə keçən '...ömrüm haqqı üçün...' ifadəsinin, danışma və dildəki istifadəsinə görə dəyərləndirilməsi lazımdır."

• Qatadə belə deyir:

"Bu şəkildə bir istifadə, ərəblərin danışıq dilində görülən bir xüsusdur."

• ibnu'l-Arabi deyir:

"Mən də bu görüşdəyəm. Ancaq şəriət, bunun istifadəsini təsbit etmiş və bu cür andı, onunla məhdudlaşdırmışdır."

• Mən (Qurtubi) isə, deyirəm ki:

"Ömrüm haqqı üçün və ömrün haqqı üçün və bənzəri şəkillərdə içilən andlar, ərəb dilində və fasih danışmaqda, çox-çox istifadə edilən bir şeydir."

• Şairlərdən biri belə deyir:

"Ömrün haqqı üçün, ölüm, heç bir zaman, bir igidi belə tərk etməz. Və o, 2 ucu əldə tutulan, boş buraxılmış bir ipə bənzəyir."

• Bir digəri belə demişdir:

"Ey Sürəyya ulduzunu Suheyl'ə nigahlayan şəxs,

Allah adına, ömrün haqqı üçün de, bunlar necə bir araya gələcəklər?"

• Bəzi məani alimləri (haşiyə) belə demişlərdir:

"Belə bir istifadə, caiz deyildir. Çünki, Allahın ömrünə and olsun şəklində bir ifadə, istifadə edilə bilməz. Çünki uca Allah, əzəlidir."

(Haşiyə:

Məani elmi: Sözün yerində istifadə edilməsindən, hala görə baş verən dəyişikliklərindən bəhs edən elm.)

-----------------------------------

3. Allahdan başqası adına and içmək:

Adına and içməyin caiz olduğu kimsələrlə, adına and içməyin caiz olmadığı kimsələrə dair açıqlamalar, bundan əvvəl, Maidə surəsinin 89-cu ayətində keçməkdədir.

Yenə orda, Əhməd b. Hənbəlin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in adına and içən kimsənin, kəffarət ödəməsinə dair görüşünü də zikr etmişdik.

İbn Xuveyziməndad belə deyir:

Hər hansı bir haqq səbəbilə, təzim edilməsi caiz olan Allahdan başqa varlıqlar adına and içməyi caiz qəbul edənlər, bu andların, özlərinə kəffarət ödənilməsi lazım olan andlar olduğu görüşündə deyildirlər. Ancaq belə bir kimsə, yalan söyləməyi qəsd edəcək olsa, qınanan bir kimsə olar. Çünki o, qəlbən təzim etməklə mükəlləf olduğu bir şeyi, xəfifə almış olur.

Ayrıca, uca Allah, peyğmbərinin həyatına and içdiyinə görə, bununla, Onun həyatı haqqına and içməyimizin caiz olduğunu, bizə açıqlamağı murad etmiş, deməkdir.

İmam Malikin məzhəbinə görə isə:

• "Həyatın haqqı üçün";

• "And olsun incirə və zeytuna." (Tin/1);

• "And olsun Tura və sətir-sətir yazılmış kitaba." (Tur/1-2);

• "And olsun batdığı zaman ulduza." (Nəcm/1);

• "And olsun günəşə və aydınlığına." (Şəms/1);

• "And olsun bu şəhərə. Sən də o şəhərin sakinisən. And olsun valideynə və onun törəməsinə!" (Bələd/1-3)

kimi, bu və bənzəri buyruqlar:

• İnciri və zeytunu yaradanın haqqı üçün;

• Sətir-sətir yazılı kitabın Rəbbinə and olsun;

• Sənin, içində olduğun bu şəhərin Rəbbinə;

• Sənin həyatını yaradanın haqqına; və

• Muhammədin haqqına;

and olsun, deməkdir.

Buna görə, axırıncı təhlildə, and içmək, yaradılmış olanın adına deyil, şanı uca olan Allahın zatına and ilə təhəqquq etməkdədir (gerçəkləşməkdədir).

(Yenə) ibn Xuveyziməndad belə deyir:

Uca Allahdan başqası adına and içməyi caiz görənlər, Peyğəmbərin:

"Atalarınız adına and içməyin."

hədisini təvil edərək, belə deyirlər:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), kafir atalar adına and içməyi qadağan etmişdir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ataların adına and içdikləri vaxt, belə dediyinə diqqət edək:

"Şübhəsiz ki, dağ, Allah qatında, sizin cahiliyyə dövründə ölmüş atalarınızdan daha şərəflidir."

İmam Malik isə, az əvvəl keçən hədisi, zahiri üzərə qəbul etmişdir.

Yenə ibn Xuveyziməndad belə deyir:

Bunu caiz qəbul edənlər, ayrıca bunu dəlil göstərirlər:

Müsəlmanların andları, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründən günümüzə qədər, Peyğəmbər (sallallahu aleyhi və səlləm) adına and içmək şəklində cərəyan edərək gəlmişdir. Hətta günümüzə qədər, Mədinəlilər, biri, öz dostu ilə mühakimələşəcək olarsa:

"Bu qəbrin, içində saxladığı şəxsin haqqı üçün, bu qəbrdə yatan şəxsin haqqı üçün, mənə and iç."

deyər və bununla, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i qəsd edər.

Eyni şəkildə:

• Haramu'l-Şərif və böyük məşair (həccə gedənlərin, bu həcc ibadətilə bağlı bəzi vəzifələri yerinə gətirmək üçün bir müddət dayandıqları, qaldıqları yerlər) ilə rükün,

• Məqam;

• Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in mehrabı və orda oxunan şeylər haqqına and içmək də, bu qəbildəndir.

(İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran" təfsiri)

Read 16 times
In order to make a comment, please login or register