Hikmət nədir?
İbn-i Abbas (radiyallahu anh)'dan belə rəvayət olunmuşdur:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm) bir ara məni qucaqladı və:
'Allahım! Buna hikmət və kitab (Quran) təvilini öyrət.' diyə dua buyurdu.
İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, Allah rəsulunun səhabələrinin fəzilətlərinin bəyanı babı: "Abdullah b. Abbas'ın fəziləti", hədis no: 166
------------------
İzahı:
Bu hədisi:
• Buxari (Vudu: 10; Elm: 17; Fədailu's-əshab: 24);
• Muslim (Fədailu's-Sahabə: 138);
• ibn Hibban (Səhih, 9/98);
• Hakim (əl-Müstədrək, 4/534)
• Qadı İyad (əş-Şifa, 1/327)
da, rəvayət etmişlərdir.
Allah rəsulunun duasındakı "hikmət"in təfsiri xüsusunda, bir çox rəvayətlər vardır. Buxari, Mənaqib bölməsində, ibn-i Abbas'ın fəziləti üçün açdığı bir babda rəvayət etdiyi bu hədis mətninin sonunda, hikməti belə tərif edir:
"---الحكمة الإصابة في غير النبوة---"
"---Hikmət, peyğəmbərlik xaricində qalan görüş və ictihadlarda, isabət etməkdir."
Qastallani, bu təfsirin əbu Zərr'ə aid olduğunu söylədikdən sonra digər təfsirləri belə nəql edir:
• ibn Vehb, Malik'ə, hikmətin nə olduğunu soruşmuş, Malik də:
"Hikmət, dini tanımaq, onu bilmək və ona tabe olmaqdır." diyə tərif edir.
• imam Şafi də:
"Hikmət, Allah rəsulunun sünnətidir. Çünki Allah Taala, Kitab (Quran)'ın oxunmasını və öyrədilməsini zikr etmiş, sonra Kitaba ətf etmişdir."
"---رَبَّنَا وَٱبْعَثْ فِيهِمْ رَسُولًا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِكَ وَيُعَلِّمُهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ---"
"---Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Hikmət sahibisən!” (Bəqərə/129)
------------------
"---لَقَدْ مَنَّ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِّنْ أَنفُسِهِمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَـٰلٍ مُّبِينٍ---"
"---Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.---" (Al-i İmran/164)
------------------
"---هُوَ ٱلَّذِى بَعَثَ فِى ٱلْأُمِّيِّۦنَ رَسُولًا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَـٰلٍ مُّبِينٍ---"
"Ümmilərə özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər." (Cümə/2)
-------------------------
Bunun üçün hikmətdən məqsədin, Kitabın (Quranın) xaricindəki bir şey olması gərəkər ki, o da ancaq Allah rəsulunun sünnətidir.
• Hikmətin haqq ilə batili bir birindən ayırd etmək olduğunu söyləyənlər də vardır.
Qastallani, bundan sonra hikmətin digər təriflərinə davam edir.
Zənnimizcə, bunlar kifayət edər.
Hikmətin, Şafi'nin bəyan etdiyi şəkildə təfsiri, daha uyğun görülmüşdür. Çünki bu təqdirdə, Allah rəsulu, ibn-i Abbas'a, Kitab və sünnətin öyrədilməsi üçün, Allaha dua etmişdir.
İmam Bağavi, "əl-Mucəm" əsərində, ibn-i Abbas haqqında rəvayət olunan:
"---اللهم فقهه في الدين وعلمه التأويل---"
"---Allah'ım! Onu dində fəqih qıl (=Ona dini əhkam və qaydaların elmini ver.), Quran'ın da təvil və təfsirini öyrət."
hədisindən də, ibn-i Abbas'ın fəqih və müfəssir olması üçün, Allah rəsulunun dua etməsi anlaşılır.
Şafi'nin bəyan etdiyi kimi, hikmət ilə Sünnət qəsd edilmiş olarsa, Allah rəsulu, ibn-i Abbas'ın təfsirci, hədisci və fəqih olması üçün dua etmiş olur.
Bu duaların bərəkəti ilə, İslami elmlərin hamısında ən yüksək mərtəbəyə çıxmışdır.
Buxari'nin "Tuhfətu'l-Bari" şərhində:
"Hədisdə, Quran öyrənilməsinə və dua edilməyə təşviq vardır.' deyilmişdir. Hikmət, Sünnət mənasında izah edilsə, ona da təşviq edildiyi məlumdur."
- Sünnət, vəhydirmi? (Mətluv və qeyr-i mətluv vəhy)
- Allahın sevdiyi xislətlər haqqında məlumat verərsinizmi?
- Qiblə niyə dəyişdirildi?
- Namazı son dəfə qılırmış kimi qıl
- Nisə surəsi 41-ci ayətin təfsirini verə bilərsinizmi?
- "Hikmətli söz, möminin itirilmiş (malı kimi) dir." hədisini izah edərsinizmi?
- Aşurə orucu haqqında məlumat verərsinizmi? (1)
- İslam aləminin bu günki cahilliyini və geri qalmışlığını bəhanə edərək İslama qarşı çıxan ətraflara cavab verə bilməmiz üçün İslamın elmə verdiyi əhəmiyyət haqqında bir az məlumat verərsiniz?
- Qədr surəsinin təfsirini verə bilərsinizmi?
- Əlini sevmək iman, Ona düşmənçilik etmək, nifaq əlamətidirmi?