"Hikmətli söz, möminin itirilmiş (malı kimi) dir." hədisini izah edərsinizmi?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Hikmətli söz, möminin itirilmiş (malı kimi) dir. Onu harda tapsa, almağa ən çox haqq sahibidir."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Hikmət babı", hədis no: 4169

-----------------------

İzahı:

Hikmət, fərqli mənalara gəlir və elm adamları tərəfindən fərqli şəkillərdə tərif edilmişdir. Bu babda rəvayət edilən hədislərin mövzusu və mənası diqqətə alınaraq belə tərif edilməsi uyğun olar:

Nəsihət edici, fəzilət və məziyyətlərə dəvət edici, pisliklərdən çəkindirici və ya bunlara bənzər İlahi rizaya götürən hər sözə hikmət deyilir.

Bəzi elm adamları hikməti, elm diyə tərif etmişlərsə də, yuxarıdakı tərifə görə, hikmət, elmin bir bölməsini təşkil edər. Yəni hər elm, hikmət sayıla bilməz və lakin hər hikmət, elm sayılar.

166-cı hədisin izahında da hikmət'in bəzi tərifləri nəql edilmişdir.

--------------

Dallə: İtirilən mala deyilir. Daha çox, itirilmiş olan  böyük baş və ya kiçik baş heyvan haqqında istifadə edilir. 

İnsan, itirilmiş malını şiddətlə axtarmağa başladığı üçün, hikmətli söz, itirilmiş mala bənzədilmişdir.

Yəni mömin kimsə, hikmətli söz arxasınca qaçmalı, axtarmalı və tapdığında isə, hər kəsdən çox əldə etməyə çalışmalıdır.

---------------------

Hədisin: "Harda tapsa..." ifadəsi, hikmətli sözün sahibinə baxılmadan, sözə sahib çıxılmasının əhəmiyyətinə işarət edir.

Ərəblər arasında istifadə edilən belə bir atalar sözü vardır:

"Danışdığı sözə bax və danışana baxma."

Bunu da söyləmək gərəkir ki:

Bilindiyi kimi, bir çox mömin, hikmətli sözlərə çox da əhəmiyyət verməz. Halbuki bu hədis, hikmətli sözün, mömin kimsənin itirilmiş malı olduğunu və dolayısı ilə əhəmiyyətlə axtarıb tapmağını bildirir. 

Bu etibarla, bir izaha görə, bu hədisin hökmü, şüurlu və kamil imana sahib kimsələrə aiddir. Yəni bu növ möminlər, hikmətli sözləri itirilmiş malı kimi axtarar və tapdığı yerdə hərkəsdən əvvəl alar.

Digər bir izaha görə, hədis, təşviq mahiyyətindədir. Yəni mömin kəs, hikmətli sözü itirilmiş malı kimi əhəmiyyətlə axtarmalı və tapdığı yerdə, hər kəsdən artıq haqq sahibi sifəti ilə almalıdır.

Tirmizi bu hədisi "Elm" kitabının son babında rəvayət edir. 

Tuhfə müəllifinin nəql etdiyi izahlardan biri də belədir:

Hakim, yəni hikmətli sözlərə düşgün şəxs, hikmətli sözləri axtarmalıdır və tapdığı zaman, onu alıb onunla əməl etməli, tətbiqata qoymalı və ona tabe olmalıdır. 

Yəni hikmətli sözü, sırf öyrənməklə kifayətlənmək bir məna daşımaz. Mühüm olan xüsus, o sözün gərəyini etməkdir.

-------------------------

Rəvayət edildiyinə görə, Huzeyfə və Salman (Allah hər ikisindən də razı olsun), Nəbt'li bir qadının evində qonaqlamışlar və namaz vaxdı gəlincə:

"Burda təmiz bir yer var, orda namaz qıla bilərik." deyirlər. 

Qadın, bu sözləri eşitdiyində belə cavab verir:

"Sən, ilk əvvəl, qəlbini təmizləməyə bax."

Bu söz üzərinə, iki səhabədən biri o birinə belə deyir:

"Kafir qəlbdən hikmətli bir söz."

İmam Əhməd, Kitabü'z-Zühd, 815-ci rəvayət, Səhabənin zühdünə dair rəvayətlər: "Salman əl-Farisi (radiyallahu anh)'ın zühdü ilə bağlı rəvayətlər", s. 181

Read 9 times
In order to make a comment, please login or register