Hud surəsi 78-ci ayətin təfsiri
وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ ۚ قَالَ يَـٰقَوْمِ هَـٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌ رَّشِيدٌ
"Qövmü yüyürərək, Onun (Lut'un) yanına gəldi. Onlar, əvvəllər də, yaramaz işlər görürdülər. O dedi: 'Ey qövmüm! Bunlar, Mənim qızlarımdır. Onlar, sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında, Məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?” (Hud/78)
--------------------------------
Təfsiri:
Mələklər, Lut (əleyhissəlam)'ın evinə gəlincə, yaşlı və pis xanımı, xəbəri qövmünə çatdıraraq belə dedi:
"Bizim evimizə elə adamlar gəldi ki, onlardan daha gözəl üzlü, daha təmiz libaslı və daha xoş qoxulu olan bir başqasını görmədim."
Bunun üzərinə, Lut qövmü, yüyərərək, Onun yanına gəldilər. Allah Taala, onların tez-tələsik qaçaraq gəlmələrinin, çox dəfə, o pis feli etmək üçün olduğunu,
...وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ...
"...Onlar, əvvəllər də, yaramaz işlər görürdülər..." deyə bəyan etmişdir.
Nəql edildiyinə görə, Lut'un qövmü, Onun evinə girir və Cəbrail (əleyhissəlam)'ın olduğu otağa girmək istəyirlər. Cəbrail (əleyhissəlam) da, əlini, qapının üzərinə qoyur. Dolayısı ilə, onlar, qapını, qırmadan aça bilmirlər. Bunun üzərinə, Cəbrail (əleyhissəlam) da, onların gözlərini örtdü, onlar da, bundan dolayı kor oldular. Bundan dolayı, "Ey Lut! Bizim üzərimizə, sehrbazlar gəldi və fitnə baş verdi." dedilər. (haşiyə)
-----------------
(Haşiyə:
Mələklərin varlığının əqli isbatı üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rin-va...
-----------------
Lut (əleyhissəlam), "qızlarım" deyərkən, kimləri qəsd edirdi?
Haqq Taala'nın,
... ۚ قَالَ يَـٰقَوْمِ هَـٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ...
"...O dedi: 'Ey qövmüm! Bunlar, Mənim qızlarımdır. Onlar, sizin üçün daha təmizdirlər..." ifadəsilə bağlı olaraq, 2 görüş vardır. (Belə ki):
1. Qatadə, belə deyir:
"Qızlardan murad olunan, Lutun Öz sülbündən olan qızlardır."
2. Mücahid və Səid b. Cubeyr də, belə demişlərdir:
"Bundan məqsəd, Lut ümmətinin qadınlarıdır. Çünki onlar, hədd-i zatında qızlar olub, onların, Luta tabe olmaq və Lutun dəvətini qəbul etmək surətilə, Luta bir mənsubiyyətləri vardır..."
Nəhv alimləri, izafətin gözəl və uyğun ola bilməsi üçün, ən kiçik səbəbin belə kifayət edəcəyini; çünki, Lut'un, onların peyğəmbəri olduğunu, dolayısı ilə, sanki, onların atası məsabəsində olduğunu söyləmişlərdir. Necə ki, Haqq Taala:
...وَأَزْوَٰجُهُۥٓ أُمَّهَـٰتُهُمْ...
"Onun (yəni, peyğəmbərin) zövcələri, möminlərin analarıdır." (Əhzab/6) buyurmuşdur.
Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, ümmətin atasıdır.
Məncə də, tərcihə uyğun olan görüş də, budur. Bunun doğruluğuna isə, bir çox şey dəlalət etməkdədir:
1. İnsanların, öz qızlarını günahkar və pis kimsələrə peşkeş çəkməsi, şəxsiyyəti olan kimsəyə yaraşmayacaq uzaq bir işdir. O halda, bu, peyğəmbərlərin ucalarından olanlara necə yaraşa bilər?!
2. Ayədəki, "...Bunlar, Mənim qızlarımdır. Onlar, sizin üçün daha təmizdirlər..." cümləsidir. Lutun Özündən olan qızlar, böyük bir topluluq üçün kifayət deyildir. Ümmətinin qadınlarına gəlincə isə, onlar, hər kəsə kifayət edəcək qədərdir.
3. Səhih olan bir rəvayətə görə, Onun, 2 qızı var idi. Biri, Zenta; digəri də, Zeura...İki qıza, "qızlar" ləfzinin itlaq edilməsi (yəni, belə istifadəsi), caiz deyildir. Çünki, cəmin ən azının 3 olduğu bilinməkdədir. (haşiyə)
------------------
(Haşiyə:
Ərəb dilində, isimlərin (yəni, ərəbcə isim kateqoriyasına daxil olan bütün sözlərin), 3 qrammatik sayı vardır:
1. Müfrəd (tək);
2. Təsniyə (ikilik);
3. Cəm.
Ayədə, "həuləi bənəti = bunlar mənim qızlarımdır" ifadəsində,
~ "həuləi = bunlar", ərəb dilində, cəm halda (həm kişi cinsi üçün, həm də qadın cinsi üçün) gətirilən ismu'l-işara, yəni, işarə əvəzliyidir.
~ "bənəti = qızlarım" da, eyni şəkildə, cəm halında gətirilmiş isimdir.
Lut'un da, səhih rəvayətə görə 2 qızı olduğuna görə, "həuləi bənəti" kəliməsindən, Öz qızlarının qəsd edilmədiyi görünür. Çünki, əgər ayədə Lutun Öz 2 qızı qəsd edilsəydi, ayə, bu cür olardı: "hətəni bintəni = Bu ikisi, Mənim qızlarımdır"
Yenə, ayənin davamında, "hunnə əthəru ləkum = onlar (yəni, o qadınlar), sizin üçün daha təmizdirlər" ifadəsində də, "hunnə = onlar" damiri (şəxs əvəzliyi), ərəb dilində, 2-dən çox qadını ifadə etmək üzərə istifadə edilən şəxs əvəzliyidir.
----------------------
Birinci görüşdə olanlar, Lut (əleyhissəlam)'ın, Öz qövmünü, ümmətinin qadınları ilə zinaya dəvət etmədiyi xüsusunda, ittifaq halındadırlar. Onlara görə, əksinə, bundan məqsəd, budur:
Əksinə, O (yəni, Lut), Öz qövmünü, qadınlarla evlənməyə dəvət etmişdi.
Bu xüsusda, 2 görüş vardır:
a. O, onları, imana yönəlmək şərtilə qadınlarla evlənməyə dəvət etmişdir.
b. Onun şəriətində, mömin qadınların, kafir kişilərlə evlənmələri, caiz idi. Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm)'in:
~ bir qızı Zeynəbi, müşrik olduğu halda, əbu'l-As ibnu'r-Rəbi ilə;
~ digər qızını da, Utbə b. əbi Ləhəb ilə
evləndirməsi də dəlalət edər ki, İslamın başlanğıcında, bu da, belə idi. Sonra bu, Haqq Taala'nın,
وَلَا تَنكِحُوا۟ ٱلْمُشْرِكَـٰتِ حَتَّىٰ يُؤْمِنَّ ۚ وَلَأَمَةٌ مُّؤْمِنَةٌ خَيْرٌ مِّن مُّشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ ۗ وَلَا تُنكِحُوا۟ ٱلْمُشْرِكِينَ حَتَّىٰ يُؤْمِنُوا۟ ۚ وَلَعَبْدٌ مُّؤْمِنٌ خَيْرٌ مِّن مُّشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ ۗ أُو۟لَـٰٓئِكَ يَدْعُونَ إِلَى ٱلنَّارِ ۖ وَٱللَّهُ يَدْعُوٓا۟ إِلَى ٱلْجَنَّةِ وَٱلْمَغْفِرَةِ بِإِذْنِهِۦ ۖ وَيُبَيِّنُ ءَايَـٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
"Müşrik qadınlar iman gətirməyincə, onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə, mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar, Oda çağırırlar. Allah isə, Öz izni ilə, Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar." (Bəqərə/221).
ayətilə nəsx edilmişdir (hökmü qaldırılmışdır).
--------------------------
Ayədəki "hunnə əthəru ləkum = onlar, sizin üçün, daha təmizdirlər" cümləsilə bağlı, 2 məsələ vardır:
• Birinci məsələ:
"Sizin üçün onlar, daha təmizdirlər." ifadəsinin zahiri, onların (yəni, Lut qövmünün) etmək istədikləri felin, təmiz olmasını gərəkdirir (yəni, "Sizin bu qadınlarla evlənməyiniz, sizin kişilərlə bərabərliyinizdən daha yaxşıdır." ifadəsində zahirən görünən budur ki, sanki Lut qövmünün gördüyü iş də, yaxşı iş idi. Ancaq onlar, ən yaxşısını, yəni qadınlarla evlənməyi tərk etmişdilər.) Halbuki, məlumdur ki, bu, fasid bir işdir. Çünki, kişilərin nikahlanması, təmiz olan bir şey deyildir. Əksinə, bu söz, bizim, "Allahu əkbər = Allah, ən böyükdür" sözümüz kimidir. Halbuki, bu sözdən qəsdimiz, "Allah, böyükdür." mənasıdır.
Bir də, Haqq Taala'nın,
أَذَٰلِكَ خَيْرٌ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ
"Ziyafət üçün, bu yaxşıdır, yoxsa zəqqum ağacı?" (Saffat/62) ayətində də, belədir. Çünki, zəqqumda, heç bir xeyir yoxdur.
Necə ki, əbu Süfyan, "(ey) Uhud! Şanın uca olsun." və ya "Hubel (bütü), şanın ucadır." dediyi vaxt; Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Allahu ə'lə və əcəllu = Daha uca və daha cəlil olan, Allahdır" buyurmuşdur. Halbuki, Allah ilə o büt arasında, heç bir yaxınlıq və müqayisə ola bilməz.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər bir şəkildə-)
