Hud surəsi, ayə 114: "Gündüzün hər iki tərəfində və gecənin saçaklarında (gündüzə yaxın olan saatlarında) namaz qıl!" ayəsini açıqlayır bilərsinizmi?


Hud surəsi, ayə 114:


"Gündüzün hər iki tərəfində və gecənin saçaqlarında (gündüzə yaxın olan saatlarında) namaz qıl! Şübhəsiz ki, yaxşılıq pislikləri aradan qaldırar. Bu isə, düşünə bilənlərə bir öyüd-nəsihətdir."


(Və əqimis saləətə tarafəyin nəhəəri və zuləfən minəl leyl, innəl hasənəəti yuzhibnəs səyyiəət, zəəlikə zikrâ liz zəəkirîn.)


Və namazı qıl və qıldır, gündüzün hər iki tərəfində və gecənin zülfələrində yəni gündüzün əsas dəyişmə saatlarının ikisində və gecənin zülfələri, saçaqları olan ətəklərində, gündüzə yaxın olan saatlarında.


Züləf: Zülfə'nin cəmidir və Ərəbcədə cəm ən az üç ədəddən meydana gəldiyi üçün, bu ayədəki ifadədən aydın olan nəticə, ikisi gündüzün tərəflərində, üçü də gecənin ətəklərində olmaq üzrə tam beş vaxt namaz əmr edilmiş olduğu açıqca bəllidir. Gündüz namazlarının qirâətində cəhir (səsli oxuma) məsələsində sübh namazı gecə namazlarından sayıldığı üçün "tarafeyi'n-nəhar" dan məqsəd günorta və ikindi vaxtları, "züləfən minə'l-leyl" dən məqsəd də axşam, yatsı və sübh namazları olmaq lazımgəlir ki, İsra surəsində də


"Günəşin günorta vaxtı zəvalindən, gecənin qaranlığına qədər namaz qıl. Bir də səhər namazını qıl. Çünki səhər namazı həqiqətən də şahidlidir." (İsra, 17/78)


deyə buyurulmuşdur. Beləcə günorta ilə ikindiyə tarafeyi'n-nəhar deyilməsinin səbəbi budur: Sabah gündüzün kökü, günəşin doğuşundan günortaya qədər keçən vaxt isə gövdəsidir. Zəvaldan sonra günorta ilə ikindi də, ta batana qədər olan qisim da tərəfləridir (budaqları). Şəriət baxımından də gündüz vaxtının səhər, günorta və ikindi olmaq üzrə başlıca üç hissəsi, üç tərəfi vardır. Necə ki bir başqa ayədə "Gündüzün tərəfləri ..." (Taha, 20/130) deyə gündüzün üç tərəfindən söz edilmişdir. Sübh namazı günəş doğulmadan əvvəl olduğu üçün, sübh və axşam namazları "züləfən minə'l-leyl" in əhatə dairəsində qalmış olur. Beləcə gündüz namazına iki tərəf qalmış olar. Bununla birlikdə mütləq mənada "gündüzün iki tərəfi" təbiri gündüzün iki ucu və ya ortasının iki yanı mənasına gəldiyindən, şəriət baxımından gündüz də sübh (fəcr) vaxtından etibarlı olduğundan (başladığından) bir çox alim, bunun;


"Günəş doğulmadan əvvəl və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et." (Taha, 20/130)


ayəsini nümunə götürərək səhər namazı ilə ikindi namazı olması gərəkdiyini irəli sürmüşlər.


Lakin bu şəkildə təfsir edildiyi təqdirdə, başqa ayələrdə sarahatlə (açıq şəkildə) yer almış olan günorta vaxtı burada heç zikr edilməmiş olar. Kəşşaf sahibi kimi, bir çoxları da iki tərəf sözündən məqsədin bir tərəfin günortadan öncə, bir tərəfin də günortadan sonra demək olduğunu ifadə etmişlər, yəni "quduvv və aşiyy" şəklində anlamışlar. Belə qəbul edildiyi təqdirdə birinci tərəfdə sübh namazı, ikinci tərəfdə də günorta və ikindi namazları yer almış olur ki, beləcə gündüz namazı olaraq üç vaxt namaz ortaya çıxmış olur. Bu şəkildə "tarafeyi'n-nəhar" ifadəsi ilə digər ayədəki "ətrafun nəhar" eyni mənaya gəlmiş olar. Və sübh namazı onun biri olar, digər ikisi də günorta və ikindi namazları olmuş olar.


Gündüzün iki tərəfində üç namaz yer almış olarsa "züləfən minə'l-leyl" sözü də cəm olduğundan və ən az üç namazı ifadə etməsi gərəkdiyindən, o təqdirdə fərz namazların sayı beş deyil, altı vaxt olmuş olar, ki, bu altı vaxtın biri şəxsən Peyğəmbər Əfəndimiz haqqında


"Və gecə namazından olmaq üzrə təhəccüd namazını da qıl, sırf sənə məxsus nafilədən bir namaz olaraq." (İsrâ, 17/79)

ayəsinə əsasən artıq olaraq təhəccüd, ümmət haqqında da vitr altıncı namaz olmuş olar.


Necə ki "Gecənin bəzi saatlarında və gündüzün ətrafında da təsbih et." (Taha, 20/130) ifadələri də ən az altı ədədi ehtiva edir. Bu da məlumdur ki, beş, bütün cəhətlərə görə  qətidir, altıncısı ehtimal olaraq vitr etiqadi fərz deyil, əməli fərzdir, başqa bir deyişlə vacibdir. Həqiqətən də mütləq mənada gündüzün iki tərəfi deyildiyi zaman səhər və ikindi, hətta səhər və axşam belə açıqlıq qazanarsa da burada bu iki tərəfin qarşılığı olan "züləfən minə'l-leyl" dən olmadığı da bəlli olmaq ip ucuyla "tarafeyi'n-nəhar" ifadəsindən gündüzün iki ucu və ya ortasının iki yanı demək olmayıb, ənənədə başlıca üç qisim sayılan ətrafı nəhardan ikisi demək olması bizcə bütün cəhətlərdən seçim edilməsi lazım olan bir təfsirdir . Gündüzün tərəflərindən iki tərəf: Zöhrlə əsr və gecədən üç zülfə: Axşam, yatsı və sübh olmaq üzrə hamısı tam beş vaxt namazdır ki, iqamət eyni zamanda namaz qıldırmaq anlamına da gəldiyindən bunlar camaatla qılınan namazlardır, iqamət sünnə, camaat vacibdir.


Xülasə məhz bu beş vaxt namazı iqamə et. Çünki burası dəqiqdir ki, yaxşılıqlar pislikləri aradan qaldırar. Yəni hər namaz bir həsənədir, beş vaxt isə hasənatdır. Hasənata davam edildikcə səyyiat, yəni pisliklər silinər gedər, məhz bu şübhəsizdir. Buna görə də beş vaxt namaza davam edildikcə arada bəşəriyyət gərəyi işlənən bəzi səyyiat da silinər gedər. Beş vaxt namaz, arada meydana gələ biləcək kiçik günahlara kəffarə olar. Necə ki bir hədis-i şərifdə də varid olmuşdur ki "Namazdan namaza qədər ikisi arasındakılara kəffarədir, böyük günahlardan uzaq durulduğu müddətcə." Ayrıca "Şübhəsiz ki, namaz, çirkin və pis şeylərdən uzaq tutar." (Ənkəbut, 29/45) buyurulduğundan, namaza davam edildikcə, ümumiyyətlə namaz qılanda pisliklərə və günahlara qarşı nifrət duyğusu inkişaf edər. Beləcə namaz insanları böyük günanlardan da uzaqlaşdırmağa, əgər vərdiş etdiyi şeylər varsa onda peşmanlıq oyandırıb tövbəyə də səbəb olar.


O, (yəni) namaz, yaxud "doğru ol!" əmrindən bura qədər izah edilənlərlə əlaqədar bu bölüm, düşünməyi bilənlərə bir xatırlatmadır. Yəni ağlı başında olan və düşünən hər kəsə bir öyüddür, bir vəz və nəsihətdir. Bu ayələrdə keçən əmrlər və nəhylər bax nə qədər diqqət çəkicidir: Əmrlər "Fəstəqım kəmə umirt""Və əqimussalət" deyə xarici görünüşcə müfrəd (fərdi) olaraq yalnız Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'ə xitab edilmişdir, halbuki məna etibarilə hamıya, yəni bütün ümmətə aiddir. Nəhylər isə "azmayın" və "zülm edənlərə meyl etməyin." deyə yalnız ümmətə yönəldilmişdir. Nə incə, nə zərif bir ifadə tərzidir ki, xeyr olan hərəkətlərdə Hz. Peyğəmbər aleyhissalatu vəssalam həmsöhbət tutulmuş və ümmətə ondan sirayət etdirilmişdir. Günah təşkil edən işlərdən, qadağan hərəkətlərdən nəhyə gəlincə də Hz. Peyğəmbər`ə (s.ə.s.) xitabdan çəkinilib ümmətə keçilmiş və bunun Peyğəmbərə ancaq ümməti səbəbindən zımmən (dolayısı ilə) bir əlaqəsi olduğu izah edilmişdir. Və Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'in şəxsi bu kimi işlərdən uzaq tutulmuşdur.


Çünki üsul elmində bəyan olunduğu üzrə, bir feldən nəhy (qadağa), o felin həmsöhbətdən ortaya çıxmış olması düşünülür və təsəvvür edilir olmasına bağlıdır. Meydana gəlmə ehtimalı olmayan hərəkət nəhy edilməz. Bundan dolayı "Vəlaə tətğav; və la tərkənu" nəhiylərinin Peyğəmbərə yönəldilməyib də ümmətə yönəldilməsi və ümmətin həmsöhbət qəbul edilməsi, bu kimi işlərin Hz. Peyğəmbər (Aleyhissalatu Vəssalam) haqqında əsla düşünüləmiyəcəyi və ehtimal daxilində belə olmadığı həqiqətini ortaya qoyar. Bu halda Hz. Peyğəmbərə verilən doğruluq əmrinin doğruluqda davam və əzmkarlıq etməsini təmin demək olduğunu və lakin buna baxmayaraq ümmətdə doğruluqdan ayrılmanın və zalımlara meyl etmənin yenə də mümkün və ehtimal olduğunu xəbərdarlıq vardır. Və məhz Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`ə "Hud Surəsi məni qocaltdı." dedirdən də ayənin bu incə bəlağətı ilə ümmətin doğruluqdan sapma təhlükəsinin olmasıdır. "Düşünməyi bilənlərə bir xatırlatmadır." O halda bunlara yaxşı diqqət et.


(Elmalılı Muhəmməd Həmdi Yazır, QUR'AN-I KƏRİM TƏFSİRİ)

Read 9.245 times
In order to make a comment, please login or register