Hurilər haqqında məlumat verərsinizmi?

Əbu Umamə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Elə bir kimsə yoxdur ki, Allah onu cənnətə yerləşdirsin də, onu 72 zövcə ilə evləndirməsin.

(Bunlardan) ikisi, gözləri geniş hurilərdən və yetmişi, cəhənnəm əhlindən qalan mirasındandır.

Bu zövcələrin hamısının qadınlığı çox şəhvət çəkicidir və cənnətlik olan hər kişinin də şəhvət gücü daimidir.

Hişam b. Xalid, hədisin

"من ميراثه من أهل النار"

"Atəş əhlindən olan mirasları"

ifadəsindən məqsədin bu olduğunu demişdir:

"Bəzi kişilər, cəhənnəmə (əbədi olaraq) girərlər və Fironun zövcəsi (Asiya) miras olaraq (qiyamətdə) alınmış (olacağı) kimi, cənnət əhli olan kişilər, onların (imanlı) xanımlarını miras olaraq alarlar."

Not: Heysəmi, "Məcmau'z-Zəvaid"də belə demişdir:

"Ravilərdən Xalid b. Yezid b. əbi Malik'i, əl-İcli və Əhməd b. Salih əl-Mısri, siqa saymışlardır.

Amma Əhməd, ibn Muin, əbu Davud, Nəsai, ibnu'l-Carud əs-Saci, əl-Uqayli və başqaları, bu ravini zəif görmüşlərdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cənnətin sifəti babı", hədis no: 4337)

--------------------

İzahı:

Hədisdə, 70 qadın, ərləri küfr üzərə ölən imanlı qadınlardır. Bu cür qadınlar, cəhənnəm xalqından, cənnət xalqına miras qalan zövcələrdir. 

Ravi Hişam b. Xalid, hədisin bu hissəsini açıqlayarkən, nümunə olaraq, Firon'un xanımını misal göstərmişdir.

Bilindiyi kimi, Firon, küfr üzərinə ölmüş, zövcəsi Asiya isə, iman etmişdir. Təhrim surəsinin 11-ci ayətində, Firon'un xanımı, möminlər üçün, nümunə göstərilmişdir. 

وَضَرَبَ ٱللَّهُ مَثَلًا لِّلَّذِينَ ءَامَنُوا۟ ٱمْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ٱبْنِ لِى عِندَكَ بَيْتًا فِى ٱلْجَنَّةِ وَنَجِّنِى مِن فِرْعَوْنَ وَعَمَلِهِۦ وَنَجِّنِى مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ

"Allah iman gətirənlərə isə, Fironun zövcəsini misal çəkdi. O zaman o: 

“Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!”– demişdi."

Bu xanım, axirətdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in zövcəsi olmaq şərəfinə qovuşacaqdır.

"Camiu's-Sağir" müəllifinə görə, Taberani, Sa'd b. Cənadə (radiyallahu anh)'dan bu hədisi nəql etmişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu ki:

Allah:

• İmran qızı Məryəmi;
• Fironun xanımını (yəni Asiyanı); və 
• Musanın bacısı (Gülsümü), 

cənnətdə, Mənə zövcə olaraq verməyə hökm etdi.

Read 35 times
In order to make a comment, please login or register